/ / Bakıda “Formula-1” yarışının əhatə etdiyi yolların asfaltlanması aprelin sonunda başa çatdırılacaq
Bakıda “Formula-1” yarışının əhatə etdiyi yolların asfaltlanması aprelin sonunda başa çatdırılacaq
04.03.2016 [10:17]
“İyunda Bakıda təşkil olunacaq “Formula-1” üzrə Avropa Qran-pri yarışının trekinin uzunluğu 6 kilometrdir. Trasın birinci qatının asfaltlanması prosesi başa çatmaq üzrədir”.
Bu sözləri AZƏRTAC-a müsahibəsində “AzVirt” şirkətinin “Formula-1” üzrə tikinti rəhbəri Qəzənfər Cəfərli deyib.
Q.Cəfərli bildirib ki, bu həftənin sonunadək trek üzrə birinci qat asfalt örtüyünün salınması prosesi yekunlaşacaq. Ötən həftə Niyazi küçəsində qənbər daşı döşənmiş yol asfaltlanıb. Hazırda isə paytaxtımızda qənbər daşlı ikinci yolda - Əziz Əliyev küçəsində asfaltlama işi aparılır. Birinci qat qoruyucu təbəqə hesab olunur. Qoruyucu qat asfaltın tərkibində olan bitumun qənbər daşlara zərər verməməsi üçündür. Həmin layın üzərinə üçqat asfaltın çəkilməsi planlaşdırılır. Bundan əlavə, ikinci və üçüncü layların arasına Almaniyadan sifariş olunmuş xüsusi tor salınacaq. Həmin tor asfaltın üzərinə düşən ağırlığı bərabər şəkildə paylamağa imkan yaratmaqla qənbər daşlarını qoruyacaq. Ümumilikdə konstruksiyanın qalınlığı 25 santimetr təşkil edəcək.
Asfaltın ikinci qatının salınmasına martın sonunda start veriləcəyini diqqətə çatdıran mütəxəssis deyib: “Ümumilikdə, trekin asfaltlanması aprelin sonunadək başa çatacaq. “Formula-1” üzrə Avropa Qran-pri yarışları başa çatdıqdan sonra bir ay ərzində Niyazi və Əziz Əliyev küçələrindəki asfalt örtüyü götürüləcək və qənbər daşlı yollar əvvəlki vəziyyətə gətiriləcək. Növbəti illərdə isə “Formula-1” yarışları zamanı ancaq Niyazi və Əziz Əliyev küçələrindəki qənbər daşlı yolların üzəri örtülüb asfaltlanacaq”.
“Formula-1” üzrə Avropa Qran-pri yarışları iyunun 17-19-da təşkil olunacaq.
Xəbər lenti
Hamısına baxDünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09

