Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Argentinanın “Diario Jornada” portalı: “Bakı - Formula 1-in yeni ünvanı”

Argentinanın “Diario Jornada” portalı: “Bakı - Formula 1-in yeni ünvanı”

18.06.2016 [11:13]

Azərbaycanın Argentinadakı səfirliyinin təşəbbüsü ilə bu ölkənin “Diario Jornada” xəbər portalında “Bakı - Formula 1-in yeni ünvanı” adlı məqalə yayılıb.
Məqalədə bildirilir ki, 1990-cı illərdən etibarən Formula-1 təqviminə bir sıra yeni şəhərlər əlavə olunub, lakin iyunun 17-də bu yarışların tarixində yeni səhifə açılır və ilk dəfə olaraq Bakı şəhəri həmin yarışlara ev sahibliyi edir. Məqalədə Bakı Şəhər Halqası barədə məlumat verilir, 20 döngəsi olan həmin halqanın yarış təqvimində genişliyinə görə ikinci olduğu diqqətə çatdırılır.
Müəllif, həmçinin Bakı şəhəri haqqında məlumat verir, şəhərin qədim hissəsində yerləşən Şirvanşahlar sarayı və Qız qalasının UNESCO-nun Dünya İrs Siyahısına daxil edildiyi, Bakıda “Eurovision” musiqi yarışmasının, birinci Avropa Oyunlarının keçirildiyi, paytaxtın 2020-ci ildə futbol üzrə Avropa çempionatına ev sahibliyi edəcəyi qeyd olunur.
Məqaləyə, həmçinin Formula-3 yarışlarında Azərbaycanı təmsil edən gənc pilot Gülhüseyn Abdullayevin yarış maşınında Bakı Şəhər Halqasında həyata keçirdiyi sınaq yürüşünü əks etdirən video əlavə olunub.

Paylaş:
Baxılıb: 1076 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31