“Rio-2016”da uğurla çıxış edən cüdoçularımız Vətənə qayıdıblar
16.08.2016 [15:15]
Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarının cüdo yarışlarında iştirak edən Azərbaycan idmançıları avqustun 14-də Vətənə qayıdıblar.
AZƏRTAC xəbər verir ki, mötəbər yarışın üçüncü günündə Rüstəm Orucov (73 kq), altıncı günündə isə Elmar Qasımov (100 kq) ölkəmizə gümüş medal qazandırıblar.
Heydər Əliyev Beynəlxalq Aeroportunda təşkil olunan qarşılanma mərasimində Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Azərbaycan Cüdo Federasiyasının əməkdaşları, idman ictimaiyyətinin nümayəndələri, idmançıların yaxınları və azarkeşlər iştirak ediblər.
Musiqi sədaları altında təşkil edilən mərasimdə cüdoçulara gül dəstələri təqdim olunub.
Son 10 ayın gərgin məşq prosesləri ilə keçdiyini bildirəm Elmar Qasımov mükafatçılar sırasında yer aldığı üçün özünü xoşbəxt hiss etdiyini bildirib. “Rio-2016”nın gümüş mükafatçısı deyib: “Braziliyaya çempionluq üçün yollanmışdım. Ancaq düşündüyüm kimi alınmadı. Buna baxmayaraq, üçrəngli bayrağımızı Rioda dalğalandırmağı bacardım. Bu, çox qürurverici bir hissdir. Ən əsası yarışı zədəsiz başa vurdum. Qarşıda yeni sınaqlar var. Üzərimdə var gücümlə çalışıb növbəti yarışlarda da ölkəmizi layiqincə təmsil edəcəyəm”.
On gün istirahətdən sonra yenidən məşq prosesinə start verəcəyini bildirən Rüstəm Orucov növbəti hədəfinin gələn il Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunları olacağını söyləyib. “Keçirdiyim dörd görüşdə asanlıqla qələbə qazandım. Ən çətin görüşüm yaponiyalı rəqibə qarşı final oyunu oldu. Qazandığım nailiyyətə görə, şəxsi məşqçimə təşəkkürümü bildirirəm”, - deyə cüdoçumuz vurğulayıb.
XXXI Yay Olimpiya Oyunlarında yığma komandamız əvvəlki olimpiadalarla müqayisədə daha geniş tərkibdə - idmanın 18 növü üzrə 56 idmançı (57 lisenziya) ilə təmsil olunur. Bu, ötən Olimpiya Oyunları ilə müqayisədə 4 idman növü çoxdur. Azərbaycan triatlon, kamandan oxatma, velosiped və kanoe-slalom idman növlərində ilk dəfə təmsil edilir.
Rio-de-Janeyroda Azərbaycan güləş, gimnastika və boks olmaqla, 3 hakimlə də təmsil olunur. Bundan başqa, idmançılarımızı 34 məşqçi, 6 həkim, fizioterapevtlər, texniki işçilər və digərləri müşayiət edir.
XXXI Yay Olimpiya Oyunlarına avqustun 21-də yekun vurulacaq.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03

