Firdovsi Umudov: Qazanılan qələbə ilk növbədə dövlətimizin qələbəsidir
21.02.2017 [10:31]
İran İslam Respublikasının Kirmanşah şəhərində keçirilən sərbəst güləş üzrə Dünya Kuboku yarışlarında bürünc medal qazanan yığma komandamızın üzvləri Vətənə qayıdıblar. Yarışın nəticələri ilə bağlı məlumat verən yığma komandanın baş məşqçisi Firdovsi Umudov qazanılan qələbənin ilk növbədə dövlətimizin qələbəsi olduğunu bildirib. F.Umudov qeyd edib ki, güləşçilərimiz sona qədər mübarizə apararaq möhtəşəm qələbə qazanıblar: “A qrupunda biz çox güclü güləş ölkələri ilə - Rusiya, ABŞ və Gürcüstan komandaları ilə mübarizə apardıq. Rusiya və Gürcüstan komandalarını məğlub etdikdən sonra ABŞ idmançıları ilə qarşılaşdıq. Yarışdan öncə biz ilk üçlükdə qərarlaşmağı planlaşdırmışdıq. Görüşləri keçdikcə isə qızıl medalları qazanmağa daha ümidli idik. Ancaq ABŞ komandası ilə görüşdə 74 kq çəki dərəcəsində hakim haqsızlığı ilə üzləşdik. Görüşün sonuna 1 dəqiqə qalmış ardıcıl 3 xəbərdarlıqla Murad Süleymanova texniki məğlubiyyət verilməsi görüşün nəticəsinə ciddi təsir etdi. Dünya Kuboku mənim baş məşqçi təyin olunduğum məşqçilər korpusunun 2017-ci ildə ilk ciddi yarışı idi. Bu, bizim hamımızın birlikdə əldə etdiyimiz nəticədir”.
Heyətdə əsasən gənc və təcrübəsi az olan güləşçilərə yer verdiklərini bildirən baş məşqçi komandanın hər bir üzvünün sona qədər mübarizə aparıb, əzmkarlıq nümayiş etdirdiyini xüsusi qeyd edib. Onun sözlərinə görə, dövlətimizin və Federasiya rəhbərliyinin qarşıya qoyduğu tələblərdən ən əsası 2020-ci ildə Yaponiyanın paytaxtı Tokio şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarına ehtiyat qüvvənin formalaşdırılmasıdır. Bu məqsədlə heyətdə Hacı Əliyev, Cəbrayıl Həsənov, Georgi Edişeraşvili, Şərif Şərifov və Cəmaləddin Məhəmmədov kimi təcrübəli güləşçilərlə yanaşı, Mahir Əmiraslanov, Əli Rəhimzadə, Məhəmməd Müslümov, David Suynuçxanov, Murad Süleymanov, Nurməhəmməd Hacıyev, Aslanbek Alborov kimi gənc güləşçilərə də yer verilib: “Gənc güləşçilər özlərini yaxşı tərəfdən göstərə bildilər. 61 kq-da mübarizə aparan Əli Rəhimzadə Rusiya ilə görüşdə Olimpiya çempionu Camal Otarsultanovu məğlub etdi. ABŞ-la görüşdə isə dünya çempionuna 12-11 hesabı ilə uduzdu. Müəyyən səhvlər var idi ki, əsas da təcrübəsizlik, onların üzərində gələcəkdə işləyəcəyik. 97 kq-da mübarizə aparan Aslanbek Alborov ABŞ komandası ilə görüşdə Rio Yay Olimpiya Oyunlarının qalibi Kyle Snyderi məğlub etdi. Güləşçilərimizin hər birini təbrik edir, əsl xarakter nümayiş etdirdiklərinə görə onlara təşəkkür edirəm”.
Bu ilin mayında ölkəmizdə keçiriləcək İslam Həmrəyliyi Oyunlarına ciddi hazırlıq prosesinin getdiyini diqqətə çatdıran F.Umudov idmançılarımızın, eləcə də hər bir gəncimizin Prezidentimizin ətrafında sıx birləşdiyini, dövlətimizin idman şərəfini qorumaq üçün var gücü ilə mübarizə aparacağını diqqətə çatdırıb: “Qarşıda bizi IV İslam Həmrəyliyi Oyunları, Avropa çempionatı kimi mötəbər yarışlar gözləyir. Təqvim planımız olduqca gərgin və sıxdır. Çalışacağıq ki, dövlətimizin, Federasiya rəhbərliyinin etimadını, güləş azarkeşlərinin ümidlərini doğruldaq və daha yaxşı nəticələr qazanaq. Gənc və peşəkar komandamızla birlikdə biz hələ çox nailiyyətlər qazanacağıq. Qarşımızda böyük hədəflər var, bu hədəflərə nail olmaq üçün var gücümüzlə çalışacağıq”.
Xəbər lenti
Hamısına baxİdman
22 İyul 08:50
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35

