/ / Rauf Əliyev: 2019-cu ildə Avropa Liqasının finalının Bakıda keçirilməsi ilə bağlı qərar Azərbaycanda idman siyasətinin uğurudur
Rauf Əliyev: 2019-cu ildə Avropa Liqasının finalının Bakıda keçirilməsi ilə bağlı qərar Azərbaycanda idman siyasətinin uğurudur
22.09.2017 [10:16]
“UEFA-nın 2019-cu ildə Avropa Liqasının finalının Bakı Olimpiya stadionunda keçirilməsi ilə bağlı qərarı Azərbaycanda həyata keçirilən idman siyasətinin uğurudur”. Bu fikri Milli Məclisin deputatı, AFFA-nın vitse-prezidenti Rauf Əliyev deyib.
R.Əliyev bildirib ki, UEFA-nın qərarına əsasən Avropa Liqasının finalı 2019-cu ildə Bakı Olimpiya Stadionunda keçiriləcək. Onun sözlərinə görə, bu xəbər idman ictimaiyyəti tərəfindən, bütün futbolsevənlər tərəfindən böyük sevinc hissi ilə qarşılanıb.
“Bu hadisə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin başçılığı ilə Azərbaycanda aparılan ümumi inkişaf strategiyasının, o cümlədən idman sahəsində həyata keçirilən genişmiqyaslı layihələrin həyatiliyini bir daha sübut etdi. Bakı Olimpiya Stadionunun tikilməsi ilə bağlı qərar qəbul ediləndə bəzi uzağı görə bilməyənlər belə böyük stadionun Azərbaycana lazım olmadığını bildirirdilər. Ancaq həyat sübut etdi ki, bu qərar çox uzaqgörənliklə qəbul edilib. Artıq bu stadionda birinci Avropa Oyunları, 4-cü İslam Həmrəyliyi Oyunları, Azərbaycanın futbol üzrə milli komandasının oyunları keçirilib. Qarşıda Qarabağ FK-nun Çempionlar Liqasındakı qrup oyunları, 2019-cu ilə təyin olunmuş Avropa Liqasının final oyunu, 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa Çempionatının qrup oyunlarının keçirilməsi dayanır. Azərbaycan idman ictimaiyyətini bu xoş xəbər münasibəti ilə təbrik edirəm, bütün idmançılarımıza yarışlarda uğurlar arzulayıram”, - deyə R.Əliyev vurğulayıb.
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19

