/ / Ağırlıqqaldırma üzrə yeniyetmələr arasında dünya kubokunda idmançımız bir qızıl, iki gümüş medal qazanıb
Ağırlıqqaldırma üzrə yeniyetmələr arasında dünya kubokunda idmançımız bir qızıl, iki gümüş medal qazanıb
18.11.2020 [17:21]
Noyabrın 11-dən 18-dək Perunun təşkilatçılığı ilə keçirilən ağırlıqqaldırma üzrə yeniyetmələr arasında dünya kuboku başa çatıb.
AZƏRTAC xəbər verir ki, yarışda 61 ölkədən 399 (181 qadın və 218 kişi) idmançı mübarizə aparıb. Onların arasında Azərbaycan yığma komandasının üzvləri də olub. İdmançılarımızdan daha ikisi qüvvəsini sınayaraq millimizin çıxışlarına yekun vurublar.
Belə ki, 102 kiloqram çəki dərəcəsində təmsilçimiz Əli Şükürlü böyük uğur qazanıb. O, birdən qaldırma hərəkətində 145 kiloqramı ram edərək bu hərəkətdə qızıl medala sahib çıxıb. Təkanla qaldırma hərəkətində 165 kiloqramı başı üzərinə qaldıran atletimiz bu hərəkətdə isə gümüş medal əldə edib. Toplam 310 kiloqram (145+165) nəticə ilə Əli Şükürlü dünya kubokunun yekun sıralamasında da gümüş medal qazanıb.
Daha bir ağırlıqqaldıranımız, 73 kq çəki dərəcəsində C qrupunda çıxış edən Sənan Sahibov toplam 228 kiloqram (100 kq+128 kq) nəticə ilə 4-cü yeri tutub.
Əli Şükürlü yarışla bağlı təəssüratlarını da bölüşüb: “Bütün çətinliklərə baxmayaraq, bu medalları qazana bilməyim məni çox sevindirir. Birdən qaldırmada qızıl, təkan və toplamda gümüş medal böyük nəticədir və pandemiya şəraitində buna nail olmağıma xüsusilə şadam. Yarışa hazırlığımız çox çətin şəraitdə keçmişdi. Sumqayıtda ev şəraitində məşq edirdim, təlim-məşq toplanışlarımız yox idi. Məşqçilərim - Ağalar Muxtarov, Oktay Muxtarov və Emil Əliyevə minnətdaram ki, ruhdan düşməyimə imkan vermədilər. Məhdud imkanlarla çalışmalarımı davam etdirdim, formamı qorudum və inkişaf etdirdim. Dünya kubokunda bu medalları qazanmağım bütün əziyyət və əməyimizin bir əvəzi oldu. Atama da təşəkkür edirəm ki, mənə çox dəstək oldu, inandı. Onu da bu uğurum münasibətilə təbrik edirəm. Cəbhədəki qələbəmizdən sonra bu, əlavə bir sevinc oldu. Mən Qubadlıdanam. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun torpaqlarımızı işğaldan azad etməsi böyük bir bayram idi. Ata-baba torpaqlarımız geri qayıtdı və biz ərazi bütövlüyümüzü təmin etdik. Mən də bu uğurumu Azərbaycan Ordusuna həsr edirəm. Hər bir əsgərimizə təşəkkür edirəm ki, bizə belə xoş hissləri yaşatdı. Mən də bir idmançı kimi bu qələbəyə əlavə töhfəmi verə bildiyimə görə şadam. İnanıram ki, uğurlarımız davamlı olacaq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”
Qeyd edək ki, kubok qeyri-ənənəvi qaydada təşkil edilib. Dünyada tüğyan edən koronavirus pandemiyası səbəbindən idmançıların bir araya gələrək eyni məkanda yarışması mümkün olmadığı üçün Beynəlxalq Ağır Atletika Federasiyası alternativ variant olaraq onlayn yarış keçirməyi qərara alıb. Belə ki, kubokda iştirakı təsdiqlənən ölkələrin idmançılarının hər biri öz ölkəsində (məkan seçimi sərbəstdir) təyin olunan vaxtda “Zoom” proqramı vasitəsilə yarışa qoşulub.
Xəbər lenti
Hamısına baxDünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17

