Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasına rəhbərlik Azərbaycana keçib

Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasına rəhbərlik Azərbaycana keçib

31.05.2024 [16:15]

Bundan sonra Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasına (CAATS) Azərbaycan rəhbərlik edəcək.

"Report" xəbər verir ki, bununla bağlı qərar Şuranın iclasında qəbul olunub.

Qərara əsasən, Şuraya prezidentlik səlahiyyətləri Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Orucun timsalında Azərbaycana, vitse-prezidentlik səlahiyyətləri isə Türkiyə Qiymətləndirmə Mütəxəssisləri Birliyinin sədri Yaşar Bahçecinin şəxsində Türkiyəyə keçib.

İclasda həmçinin Şuranın gələcək fəaliyyət istiqamətləri barədə müzakirələr aparılıb.

Müzakirələrdə Şuraya üzv olan Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Şimali Kiprin qiymətləndirmə birliklərinin rəhbərləri və qiymətləndiricilər iştirak ediblər.

Paylaş:
Baxılıb: 574 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

COP29

Analitik

Diqqət ANKARAYA!!

07 İyul 10:40  

YAP xəbərləri

Ədəbiyyat

Maraqlı

Maraqlı

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31