Hindistandan Helsinki limanına...
02.07.2024 [11:05]
Rəşt-Xəzər dəmir yolu Şimal-Cənub dəhlizinə inteqrasiya üçün yeni imkanlar vəd edir
Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsi olan Rəşt-Xəzər dəmir yolu xətti bir neçə gün əvvəl İranın dövlət rəsmilərin iştirakı ilə istifadəyə verilib. Xəzər dənizi ilə Fars körfəzini birləşdirən Rəşt-Xəzər dəmir yolu xətti müasir nəqliyyat arteriyaları içərisində mühüm qovşaqlardan biri olmaqla, həm böyük bir coğrafiyada daşınmaların həyata keçirilməsi, həm də 10-dan artıq ölkə arasında idxal-ixrac əməliyyatları üçün xüsusi əhəmiyyət daşıyır. Bu yol gələcəkdə Rəşt-Xəzər-Qəzvin-Rəşt-Astara-Astara (İran və Azərbaycan) dəmiryollarına birləşərək Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin tam formalaşmasının təmin edilməsində mühüm rol oyanayacaq.
Ümumilikdə, Rəşt-Astara tranziti Hindistandan gələn yüklərin İran və Azərbaycan üzərindən Rusiyaya nəqlini nəzərdə tutur. Belə ki, Mumbaydan İranın Çabahar limanına gətirilən yüklərin oradan dəmir və avtomobil yolu ilə Xəzər sahillərinə və oradan isə Rusiyaya çatdırılması dəniz yolu ilə nisbətdə həm vaxt, həm logistika imkanları, həm də xərc baxımından daha sərfəlidir. Ona görə də, bu dəhlizə son vaxtlarda xüsusi maraq artıq və infrastrukturların daha da tez yaradılaraq istifadəyə verilməsi planlaşdırılır.
Astara-Rəşt-Qəzvin nəqliyyat dəhlizinin yaradılmasının əsas təşəbbüskarı Azərbaycan, İran və Rusiyadır ki, 3 ölkə hazırda öz dəmir yollarını birləşdirəcək qovşaqların texniki-fiziki imkanlarını tam hazır vəziyyətə gətirməyə çalışır. Bu dəhlizin bir hissəsi olan Rəşt-Astara bölgə üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycan və İran arasında Rəşt-Astara dəmir yolunun tikintisinə dair ötən il razılıq əldə olunub və Astara stansiyasından İranın Astara şəhərinə qədər dəmir yolu artıq inşa edilib, hazırda dəhlizboyu daşımaların əsas hissəsi yük maşınlarından istifadə etməklə həyata keçirilir.
Növbəti mərhələdə İran və Azərbaycan dəmir yollarının tam birləşdirilməsi üçün çatışmayan 167 km uzunluğundakı Astara-Rəşt dəmir yolunun tikintisini reallaşdıracaq. Perspektivdə Astaradan gələn xətt üzərində əlavə infrastruktur təminatlarının yaradılması, daşıyıcı qatarların yenilənməsi, magistral dəmiryolunun genişləndirilməsi və Ələt-Astara hissəsinin elektrikləşdirilməsi də nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycanın dəmir yolu xətləri Avropaya, Orta Asiyayadək uzanır. Ona görə də, Qəzvin-Rəşt-Ənzəli-Astara dəmir yolu xəttinin Azərbaycan dəmir yollarına birləşdirilməsi İranda dəmir yolu sahəsində ticarətin inkişafı baxımından olduqca əhəmiyyətlidir. “Şimal-Cənub” dəmir yolu dəhlizinin yaranmasından sonra yükdaşıma xərcləri xeyli azalacaq və bu, hər iki ölkənin maraqlarına cavab verir. İran da öz növbəsində, bu layihənin mümkün qədər tez reallaşmasına çalışır.
Böyük əhəmiyyətə malik olan bu dəmir yolu xətti Qəzvin-Rəşt-Ənzəli-Astara marşrutu ilə Azərbaycanın dəmir yolu xəttinə qoşulacaq və bununla da o, beynəlxalq əhəmiyyətli dəmir yoluna çevriləcək. Bütün işlər yekunlaşandan sonra, Skandinaviya ölkələri, Rusiya, Azərbaycan və İranın dəmir yolları bir şəbəkədə birləşəcək və Şimaldan İran körfəzinə qədər vahid dəmir yolu formalaşacaq. Hindistandan Avropanın Helsinki limanınadək olan 5200 kilometrlik dəmir yolu xətti yaranacaq. Bu, təbii ki, beynəlxalq dəmir yolu xəttinə çevrilməklə, yüklərin daşınma müddətinin 45 gündən 20 günədək azalmasına, məsafənin isə təxminən 3 min kilometr qısalmasına səbəb olacaq. Ən əsası isə Fars körfəzindən Azərbaycan və Rusiyaya malların daşınması sadələşəcək.
Bu isə onu göstərir ki, Şimal-Cənub dəhlizi böyük coğrafi hüdudları əhatə etməklə əsas nəqliyyat arteriyalarından birinə çevriləcək. Bu baxımdam son illərdə Şimal-Cənub nəqliyyat dəhlizi region ölkələri üçün öz strateji əhəmiyyətini daha da artırır və 13 ölkə artıq bu layihədə birləşib. Orta-Mərkəzi Asiya ölkələri üçün də xüsusi maraq doğuran dəhlizin daşınmalar imkanları nəzərə alınaraq tranzit tariflərinin yumşaldılması təklif olunur. Dəhlizdə güzəştli ticarət rejiminin yaradılması, sərhəd-keçid məntəqələrində nəqliyyat vasitələrinin sərhəddən keçməsi prosesinin, gömrük yoxlaması və sənədlərin rəsmiləşdirilməsi qaydasının asanlaşdırılması nəzərdə tutulur.
ELBRUS
Xəbər lenti
Hamısına baxSosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53

