I Milli Rəqabət Forumu...
13.07.2024 [10:35]
Problemlər və həll yolları müzakirə edildi
Bakıda keçirilən I Milli Rəqabət Forumunda azad biznesin fəaliyyətində əsas prinsiplərdən biri olan azad rəqabət mühitinin vəziyyəti müzakirə olunub.
Forum ölkədə rəqabət sahəsində təkmilləşdirilən qanunvericilik aktları və institusional islahatlar, rəqabətədavamlı iqtisadiyyatın inkişafı, o cümlədən rəqabət problemlərinə dair effektiv tənzimləmə üsulları və hüquqi alətlər ətrafında müzakirələrin aparılması məqsədilə təşkil olunub. Forum çərçivəsində ölkə başçısının sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində öz əksini tapan dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşdırılmasının əsas istiqamətlərdən biri kimi müəyyən olunması diqqətə çatdırılıb.
Tədbirdə rəqabət siyasətinin iqtisadi inkişafa töhfəsi, rəqabət mədəniyyətinin formalaşması, rəqabət orqanının müasir çağırışlar fonunda rolu, işğaldan azad edilmiş ərazilərdə rəqabət siyasətinin tətbiqi xüsusiyyətləri, bazar subyektlərinin yeni rəqabət qanunvericiliyin sahibkarlara verdiyi imkanlar, vəkillərin sahibkarların hüquqlarının qorunması istiqamətində atdığı addımlar, elm və təhsil müəssisələrinin rəqabət siyasətinin icrasında rolu və rəqabət qanunvericiliyinə əməl edilməsinə nəzarət tədbirləri ətrafında fikir mübadiləsi aparılıb.
Forumda səslənən və irəli sürülən təkliflərdən də göründüyü kimi biznes sektorunun hələ də haqsız rəqabət halları ilə bağlı problemləri qalmaqdadır. Müxtəlif iqtisadi sektorlar, əmtəə və xidmət bazarlarında rəqabətin pozulması halları azad biznesin fəaliyyətinə mane olur. Bu baxımdan yeni rəqabət qanunvericiliyində öz əksini tapan yeni hüquqi mexanizmlərin tətbiqi rəqabət tənzimləmələrində mühüm rol oynayacaq. Belə ki, cari ilin 1 iyul tarixindən qüvvəyə minmiş Rəqabət Məcəlləsinin ölkəmizin sosial-iqtisadi inkişaf məqsədlərinin reallaşmasına xidmət edən islahatlar sırasında xüsusi əhəmiyyət kəsb edəcəyinə ümidlər böyükdür. Biznes sektoru Məcəllənin sahibkar təbəqəsinin genişlənməsi, kiçik və orta biznes subyektlərinin bazara girişinin asanlaşdırılması, investisiya cəlbinin və iqtisadi fəaliyyətin dayanıqlılığının artırılmasına fayda verəcəyinə çox ümidlidir.
Forumda qeyd olunduğu kimi yeni qanunvericilik aləti rəqabətin məhdudlaşdırılmasının qarşısını almaq, bazar mühitinin sağlam şəraitdə fəaliyyətini təmin etmək və istehlakçıların faydasını artırmaq üçün effektiv təsir imkanlarına malikdir. Məcəllənin tətbiqi əhalinin sosial rifahının əsas elementləri olan iqtisadi artım və iqtisadi inkişafın təməlində dayanan azad rəqabətin formalaşması və bazarda çoxiştirakçılığın təmin olunmasına töhfə verəcək. Həmçinin, Rəqabət Məcəlləsi kiçik və orta biznes subyektlərinin inkişafının təmin edilməsi, onların bazara girişinin asanlaşdırılması üçün geniş tənzimləmə mexanizmlərini əhatə edir. Yeni rəqabət siyasətinin dinamik, inklüziv və dayanıqlı iqtisadi artımı dəstəkləməsi azad edilmiş ərazilərimizin dirçəldilməsinə də əlavə imkanlar açacaq, bazar iştirakçılarının sayı çoxalacaq, yerli təsərrüfat subyektlərinin rəqabətqabiliyyətliliyi yüksələcək, innovasiya fəaliyyətinin, özəl sektorda rəqəmsallaşmanın tətbiqi genişlənəcək.
Biznes sektorunun, həmçinin rəqabət və istehlakçı hüquqlarının müdafiəsi sahələrində istehlakçıların və bazar subyektlərinin müraciətlərinin qəbulu, emalı və çevik sənəd mübadiləsinin elektron qaydada əlçatanlığını təmin etmək üçün yeni yaradılan Elektron Rəqabət İnformasiya Sisteminin də gözləntiləri böyükdür.
Ümumilikdə, rəqabətlə bağlı təşkil edilən forumlar, irəli sürülən təşəbbüslər ölkə iqtisadiyyatının inkişafı, biznes mühitinin əlverişliliyinin artırılması, azad sahibkarlığın təşviqi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu cür tədbirlər bazar iştirakçılarının məsuliyyətini artırmaqla istehlakçıların hüquqlarının müdafiəsini, məhsul və xidmətlərin keyfiyyətinin daha da artırılmasına səbəb olur. Həmçinin, rəqabətə dair yeni təklif və səmərəverici qərarlar ölkəmizin rəqabət indeksinin müəyyən edilməsi metodologiyasının təkmilləşməsində mühüm rol oynayır.
ELBRUS
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05

