İstehlakçıların hüquqları necə məhdudlaşdırılıb?
31.07.2024 [10:20]
Dövlət Xidməti kompleks tədbirləri davam etdirir
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehlakçı hüquqlarının pozulmasının qarşısının alınması ilə bağlı kompleks tədbirləri davam etdirir.
Dövlət Xidmətindən bildirilib ki, istehlakçıların hüquqlarını məhdudlaşdıran şərtlərin müqavilələrə daxil edilməsi, həmçinin satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulmasının qarşısını almaq məqsədilə elektronika və məişət texnikası mallarının satışı sahəsində əsas bazar iştirakçıları olan sahibkarlıq subyektləri - “ABC Telecom” MMC (“Kontakt Home” mağazalar şəbəkəsi), “Baku Electronics” MMC, “İntegral” QSC (“Maxi” mağazalar şəbəkəsi), “İrşad Electronics” MMC, “Power On” MMC (“Music Gallery” mağazalar şəbəkəsi), “Soliton LTD” və “Ultratek” MMC-nin (“Texnomart” mağazalar şəbəkəsi) rəsmi internet səhifələrinə baxış keçirilib. Nəticədə, “ABC Telecom” MMC (“Kontakt Home” mağazalar şəbəkəsi), “Baku Electronics” MMC, “İrşad Electronics”, MMC “Power On” MMC (“Music Gallery” mağazalar şəbəkəsi), “Soliton LTD” və “Ultratek” MMC (“Texnomart” mağazalar şəbəkəsi) tərəfindən zəmanət şərtlərinin, habelə malların dəyişdirilməsi və qaytarılması zamanı tətbiq edilən şərtlərin istehlakçıların hüquqlarını qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə məhdudlaşdırdığı müəyyən edilib.
Yuxarıda göstərilən hallarla bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən sözügedən sahibkarlıq subyektlərinə fəaliyyətlərinin istehlakçı hüquqlarının müdafiəsi sahəsində qanunvericiliyə uyğunlaşdırılması barədə məktublar ünvanlanıb. Həmin məktublarda satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulmasına, habelə qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsinə görə qüvvədə olan qanunvericilik aktlarının müddəaları diqqətə çatdırılıb.
Qeyd edilən sahibkarlıq subyektləri tərəfindən istehlakçı hüquqlarını məhdudlaşdıran hallar könüllü olaraq aradan qaldırılıb və bu, Dövlət Xidməti tərəfindən nəzərə alınıb.
Məlumat üçün bildiririk ki, qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtləri etibarsız sayılır və bu şərtlərin tətbiqi nəticəsində istehlakçıya zərər dəyibsə, istehlakçı həmin zərər məbləğinin təqsirkar şəxs tərəfindən tam həcmdə ödənilməsini tələb etmək hüququna malikdir. Həmçinin İnzibati Xətalar Məcəlləsinə əsasən, satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulması, eləcə də qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsi inzibati məsuliyyətə səbəb olur.
İstehlakçılar qanunvericiliklə təminat verilən hüquqlarının pozulması, yaxud onları məhdudlaşdıran hallarla üzləşdikləri halda, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif), elektron poçt ünvanı (office@competition.gov.az), birbaşa ərizə və ya 195-1-4 Çağrı Mərkəzi vasitəsilə müraciət edə bilərlər.
Xəbər lenti
Hamısına baxMaraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32

