Sənayenin yeni sütunları
03.09.2024 [10:22]
Azad ərazilərdəki sənaye müəssisələrində 300 milyon manatlıq məhsul istehsal edilib
Azərbaycanın inkişafında güclü iqtisadi sütunlardan birinə çevrilən sənaye sektorunun yeni ünvanlarından biri kimi işğaldan azad edilmiş ərazilərdə yeni yaradılan sənaye müəssisələrinin əhəmiyyəti artmaqdadır. Son 2-3 il ərzində burada fəaliyyətə başlayan sənaye müəssisələrinin sayı hazırda 142-yə çatıb ki, bu da olduqca mühüm göstərici hesab edilə bilər. Sənaye müəssisələrinin 82,4 faizi və ya 117-si Qarabağ iqtisadi rayonunun, 17,6 faizi və ya 25-i isə Şərqi Zəngəzur iqtisadi rayonunun payına düşür. Azad edilmiş ərazilərdə sənaye fəaliyyəti ilə məşğul olmaq üçün qeydə alınmış fərdi sahibkarların sayı da artmaqdadır. Belə ki, son bir il ərzində sənaye sektorunda çalışan sahibkarların sayı 13,1 faiz artaraq 1218-ə çatıb. Qarabağ iqtisadi rayonunda fərdi sahibkarların sayı 11,6 faiz artaraq 1070-ə, Şərqi Zəngəzur iqtisadi rayonunda isə 25,4 faiz artaraq 148-ə çatıb.
Azad ərazilərdə fəaliyyət göstərən sənaye sektorunda istehsal və emalın həcmində də əhəmiyyətli artımlar baş verib. 2023-cü ildə bu ərazilərdə istehsal olunmuş sənaye məhsulunun dəyəri təxminən 300 milyon manat təşkil edib ki, məhsulun 275 milyon manatı Qarabağ iqtisadi rayonunun, 25 milyon manata yaxını isə Şərqi Zəngəzur iqtisadi rayonunun payına düşür. Ümumilikdə, bu bölgədə son bir il ərzində bütün sənaye məhsulları üzrə istehsalın həcmi 45-50 faiz arasında böyüyüb. Ən çox sənaye məhsulu Ağdamda istehsal edilib.
Bu ərazilərdə yaradılan sənaye parkları isə sənaye istehsalının onurğa sütununu təşkil edir. Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında sahibkarlıq fəaliyyətinin inkişafı üçün əlverişli investisiya mühiti formalaşdırılıb. Hazırda Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında ümumilikdə investisiya kapitalı 330 milyon manatdan çox olan 39 sahibkarlıq subyektinə rezidentlik, 8 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Sahibkarlıq subyektləri tərəfindən sənaye parklarında 2900-dək daimi iş yerinin yaradılması nəzərdə tutulur. Həmin parkların hər biri yerləşdiyi ərazinin coğrafi və iqtisadi spesifikasına, sənaye xüsusiyyətlərinə uyğun olaraq müxtəlif adda sənaye məhsulları istehsal etməklə ölkəmizin sənaye iqlimini zənginləşdirib. İndiyədək rezidentlər tərəfindən sənaye parklarına 89 milyon manatdan çox investisiya yatırılıb, 330-dan artıq daimi iş yeri yaradılıb.
Mədənçıxarma sənayesinin əsas ünvanı azad edilmiş ərazilərdir və burada yeni sənaye bumu başlanıb. Kəlbəcər, Zəngilan, Cəbrayıl, Ağdərə rayonlarındakı qızıl yataqlarının hasilatına xarici investorları cəlb etmməkdədir. Qardaş Türkiyənin “Eti Bakır A.Ş” və “Artvin Maden A.Ş” şirkətləri Kəlbəcərin “Qaşqaçay”, “Elbəydaş” və “Ağduzdağ” filiz yataqlarında hasilata başlamaqdadır. Eləcə də digər zəngin mənbələr olan “Söyüdlü”, “Qızılbulaq”, “Vejnəli”, “Dəmirli” yataqlarının işlənməsi üçün xarici investorların təklifləri nəzərdən keçirilir.
Azərbaycan hökuməti azad ərazilərdə sənaye parklarının yaradıldığı ilk gündən bu müəssisələrdə çalışan sahibkarlara müxtəlif iqtisadi stimullar, güzəştlər, dövlət dəstəyi tədbirləri verib, ən münbit şərait formalaşdırıb, parklara investisiya qoyuluşlarını motivasiya etmək üçün dünya praktikasında tətbiq olunan ən səmərəli iqtisadi alətləri tətbiq edib. Vergi qanunvericiliyinə edilmiş dəyişikliklərə əsasən, sənaye parklarının rezidentləri dövlət vəsaiti hesabına hazır infrastrukturla təmin edilir. Eyni zamanda, qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak vergisi, torpaq vergisi və mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 10 il müddətinə gömrük rüsumlarından azad olunublar. Bütövlükdə, Vergi Məcəlləsində edilmiş dəyişikliklərlə işğaldan azad olunmuş ərazilərdə real sektorun bütün sahələrini, yəni ticarət, xidmət, istehsal, tikinti sektoru, hasilat sənayesi və digər subyektlər əhatə etməkdədir.
2024-cü ilin sonuna kimi digər yeni sənaye müəssisəsinin fəaliyyətə başlaması da nəzərdə tutulur. Sözsüz ki, Qarabağ və Şərqi-Zəngəzurda sayı daha da artan sənaye obyektləri, ələlxüsus da sənaye parklarında yeni rezidentlərin fəaliyyətə başlaması bu bölgənin sürətli inkişafına və ümumilikdə ölkə iqtisadiyyatına reinteqrasiyasına imkan yaradacaq. Emal sənayelərinin inkişafı nəticə etibarilə kənd təsərrüfatının inkişafı üçün əlavə stimul verəcək, xüsusilə də sənaye müəssisələrinin rentabelli fəaliyyəti sayəsində Azərbaycanın neft-qaz amilindən asılılığı daha da minimallaşacaq və ÜDM-də qeyri-neft sektorunun payı daha da artacaq. Bu isə iqtisadi artıma töhfə verməklə, ölkəmizin sosial-iqtisadi inkişafında dayanıqlılığı daha da möhkəmləndirəcək.
ELBRUS
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
29 Oktyabr 14:01
Sosial
29 Oktyabr 13:58
Gündəm
29 Oktyabr 13:57
Xəbər lenti
29 Oktyabr 13:55
Sosial
29 Oktyabr 13:53
Dünya
29 Oktyabr 13:51
Dünya
29 Oktyabr 13:49
Dünya
29 Oktyabr 13:25
YAP xəbərləri
29 Oktyabr 13:08
Sosial
29 Oktyabr 13:03
Dünya
29 Oktyabr 12:51
Dünya
29 Oktyabr 12:30
Maraqlı
29 Oktyabr 12:17
Siyasət
29 Oktyabr 11:47
Siyasət
29 Oktyabr 11:45
Siyasət
29 Oktyabr 11:26
Siyasət
29 Oktyabr 11:19
Sosial
29 Oktyabr 11:15
Hadisə
29 Oktyabr 11:14
İqtisadiyyat
29 Oktyabr 11:13
İqtisadiyyat
29 Oktyabr 11:12
Siyasət
29 Oktyabr 10:58
İqtisadiyyat
29 Oktyabr 10:32
Siyasət
29 Oktyabr 10:14
Ədəbiyyat
29 Oktyabr 09:51
Siyasət
29 Oktyabr 09:38
Analitik
29 Oktyabr 09:17
Analitik
29 Oktyabr 09:14
Sosial
29 Oktyabr 08:56
MEDİA
29 Oktyabr 08:31
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:09
Sosial
29 Oktyabr 07:47
Dünya
28 Oktyabr 23:41
Siyasət
28 Oktyabr 23:20
Dünya
28 Oktyabr 22:41
İqtisadiyyat
28 Oktyabr 22:30
Siyasət
28 Oktyabr 22:26
Sosial
28 Oktyabr 22:18
YAP xəbərləri
28 Oktyabr 22:09
Dünya
28 Oktyabr 21:55
İdman
28 Oktyabr 21:27
Sosial
28 Oktyabr 21:15
Dünya
28 Oktyabr 20:46
İqtisadiyyat
28 Oktyabr 20:34
İqtisadiyyat
28 Oktyabr 20:18
Dünya
28 Oktyabr 19:51
Dünya
28 Oktyabr 19:23
Gündəm
28 Oktyabr 19:20
Gündəm
28 Oktyabr 19:19
Dünya
28 Oktyabr 19:10
Gündəm
28 Oktyabr 19:05
Gündəm
28 Oktyabr 18:43
Hadisə
28 Oktyabr 18:37
Siyasət
28 Oktyabr 18:24
Siyasət
28 Oktyabr 17:49
Siyasət
28 Oktyabr 17:48
Siyasət
28 Oktyabr 17:48
YAP xəbərləri
28 Oktyabr 17:29
Sosial
28 Oktyabr 17:23
YAP xəbərləri
28 Oktyabr 17:13
Sosial
28 Oktyabr 17:11
Gündəm
28 Oktyabr 16:52
Dünya
28 Oktyabr 16:25
Siyasət
28 Oktyabr 16:24
Siyasət
28 Oktyabr 16:23
Gündəm
28 Oktyabr 15:54
Gündəm
28 Oktyabr 15:53
Gündəm
28 Oktyabr 15:52

