Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / "Bakı Fond Birjası"nın dövriyyəsi 2 dəfədən çox artıb

"Bakı Fond Birjası"nın dövriyyəsi 2 dəfədən çox artıb

06.09.2024 [19:45]

Bu ilin yanvar-avqust aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 29 milyard 575,296 milyon manat təşkil edib.

Yeniazerbaycan.com BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur.

Son 1 ildə bağlanmış əqdlərin sayı isə 25,4 % artaraq 9 904 olub.

BFB-nin dövriyyəsinin 79,15 %-i, yaxud 23 milyard 407,782 milyon manatı repo əməliyyatlarının payına düşüb. Bu, illik müqayisədə 3,4 dəfə çoxdur.

Hesabat dövründə dövlət qiymətli kağızları üzrə əqdlərin dəyəri 6,85 % azalaraq 4 milyard 802,552 milyon manat, korporativ qiymətli kağızlar üzrə əqdlərin dəyəri isə 51,7 % artaraq 1 milyard 364,963 milyon manat olub.

Paylaş:
Baxılıb: 374 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

Siyasət

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

İlk dəfə...

29 Oktyabr 10:32

Ədəbiyyat

Siyasət

Analitik

Sosial

Görünməz təhlükə!

29 Oktyabr 08:56

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31