/ / Özbəkistan iqtisadi inteqrasiyanın dərinləşdirilməsi ilə bağlı Azərbaycanla əməkdaşlığa hazırdır
Özbəkistan iqtisadi inteqrasiyanın dərinləşdirilməsi ilə bağlı Azərbaycanla əməkdaşlığa hazırdır
18.09.2024 [19:21]
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Özbəkistan Prezidenti müşavirinin müavini, İqtisadi Araşdırmalar və İslahatlar Mərkəzinin direktoru Obid Hakimovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
İİTKM-dən Yeniazerbaycan.com-a bildirilib ki, V.Qasımlı Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı imzalanan “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” ilə iki ölkə arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu qeyd edərək iqtisadi, ticarət və investisiya əlaqələrinin cari vəziyyəti və gələcək inkişaf istiqamətləri barədə qonaqlara məlumat verib.
Eyni zamanda, “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ilə Özbəkistanın İnvestisiyalar, Sənaye və Ticarət Nazirliyi arasında iqtisadi-ticarət və investisiya əməkdaşlığının daha da genişləndirilməsi üzrə 2024-2025-ci illər üçün Praktiki Fəaliyyət Planı”nın (“Yol xəritəsi”) icrasına İİTKM-in töhfəsi ilə bağlı potensial layihə təkliflərini təqdim edib.
İİTKM-in icraçı direktoru bildirib ki, ötən il Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin həcmi 180 milyon dollara yaxın olub. 2024-cü ilin ilk beş ayında isə bu göstərici 70 milyon dollara çatıb. Bu rəqəmləri daha da artırmaq, mövcud potensialı reallaşdırmaq üçün qarşılıqlı təmasların, müxtəlif formatlarda görüşlərin keçirilməsi zəruridir. Vüsal Qasımlı energetika sahəsində əməkdaşlıq, xüsusilə Mərkəzi Asiyadan Avropaya elektrik enerjisinin ixracı ilə bağlı qarşıda duran hədəflərdən söz açaraq bu istiqamətdə əsas prioritetləri diqqətə çatdırıb. O, həmçinin İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə Özbəkistanın İqtisadi Tədqiqatlar və İslahatlar Mərkəzi arasında 2021-ci ildə imzalanmış memorandumu xatırladaraq həmin sənəd çərçivəsində son illər həyata keçirilmiş mühüm layihələri vurğulayıb.
Obid Hakimov Azərbaycanın nail olduğu dinamik iqtisadi inkişafı yüksək qiymətləndirib, bu məqsədlə İİTKM ilə əməkdaşlığın vacibliyini və Özbəkistanın sosial-iqtisadi inkişafına dəstək verən təcrübələrin öyrənilməsində maraqlı olduqlarını qeyd edib. O, iki ölkə arasında ticarət, investisiya və strateji tərəfdaşlıqlar sahələrində əlaqələrin mühüm əhəmiyyət daşıdığını və ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiyaların təşviqi və iqtisadi inteqrasiyanın dərinləşdirilməsi ilə bağlı əməkdaşlığa hazır olduqlarını bildirib.
Sonra İİTKM-in proqram idarəetməsi modulları, o cümlədən “azranking.az”, “Azexport”, Rəqəmsal Ticarət Qovşağı (dth.az), “EnterpriseAzerbaijan” portalları barədə təqdimatlar olub.
“Azexport.az” portalının rəhbəri Ayxan Qədəşov, “B.EST Solutions” şirkətinin təsisçisi Yana Krimpe, “EnterpriseAzerbaijan” portalının rəhbəri Mətanət Musayeva, İİTKM-in əməkdaşları Günay Quliyeva və Səbinə Cumazadə təqdimatlarla çıxış ediblər.
Sonra tərəflər ticarət və investisiya sahələrində birgə layihələrin həyata keçirilməsi və iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi üçün gələcək addımlar barədə razılığa gəliblər.
Xəbər lenti
Hamısına baxDünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Dünya
17 İyul 21:25
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46
Ədəbiyyat
17 İyul 11:42
Gündəm
17 İyul 11:35
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:24
Gündəm
17 İyul 11:22
Gündəm
17 İyul 11:15
Analitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14
İqtisadiyyat
17 İyul 11:14
Mədəniyyət
17 İyul 11:13
Gündəm
17 İyul 11:10
Siyasət
17 İyul 11:08
Dünya
17 İyul 10:55
Dünya
17 İyul 10:29
İdman
17 İyul 10:27
Analitik
17 İyul 10:09
Siyasət
17 İyul 09:56
Elm
17 İyul 09:48
Dünya
17 İyul 09:42
Sosial
17 İyul 09:34
Dünya
17 İyul 09:17
Hadisə
17 İyul 08:47
Dünya
16 İyul 22:41

