/ / Əhmədbəyli-Füzuli-Şuşa yolu İnnovativ inşaat metodologiyası nominasiyası üzrə dünyada 1-ci yeri tutub
Əhmədbəyli-Füzuli-Şuşa yolu İnnovativ inşaat metodologiyası nominasiyası üzrə dünyada 1-ci yeri tutub
01.10.2024 [13:01]
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu layihəsi dünya üzrə İnnovativ inşaat metodologiyası nominasiyasında 1-ci yeri tutub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, bu il Avropa və Mərkəzi Asiya Regional Mükəmməllik Mükafatlarına təqdim edilən Əhmədbəyli-Füzuli-Şuşa Avtomobil yolu layihəsi Beynəlxalq Yol Federasiyası (BYF Qlobal) tərəfindən İnnovativ İnşaat Metodologiyası kateqoriyasında birinci yerə layiq görülüb. Bu nüfuzlu mükafatın qalibi hər biri yollar və nəqliyyat sektoru ekspertləri olan müstəqil beynəlxalq münsiflər heyəti, hakimlər və BYF Qlobal-ın könüllülər rəhbərliyi tərəfindən qiymətləndirilərək seçilib. Mükafatı qazanmaqla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi müstəsna layihələri mükəmməlliyə, innovasiyaya və cəmiyyətə müsbət təsirinə görə mükafatlandırılmış təşkilatların elit qrupuna qoşulub.
Sentyabrın 26-da Bolqarıstanın Plovdiv şəhərində baş tutan mükafatlandırma mərasimində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən agentliyin İnvestisiya Baş İdarəsinin Xarici İnvestisiya şöbəsinin rəisi Emin Məmmədzadə iştirak edib.
E.Məmmədzadə çıxışında Azərbaycanın yol infrastrukturu sahəsində əldə etdiyi uğurlar, icrası həyata keçirilmiş və davam etdirilən mühüm yol layihələri barədə geniş məlumat verib. Bildirilib ki, ölkəmizdə yol infrastrukturunun yenilənməsi Prezident İlham Əliyevin diqqətdə saxladığı əsas məsələlərdən biridir.
Mükafatlandırma tədbirində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının bu il Azərbaycanda keçiriləcəyi, ölkəmizin COP29-a ev sahibliyi etməsi münasibətilə fəal hazırlıq prosesində olduğu, ölkəmizin bütün müvafiq qurumlarında olduğu kimi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində də COP29-a hazırlıqların sürətlə davam etdiyi qeyd olunub.
Tədbirdə həmçinin 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun 300-dən çox şəhər və kəndi, təxminən 30 il davam edən işğaldan azad etməsindən bəhs edilib. Qeyd olunub ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində, həmçinin dövlət başçısının sərəncamları əsasında 45 avtomobil yolu layihəsinin tikintisi yerinə yetirilir. Avtomobil yolu layihələrinin ümumi uzunluğu 3094,3 kilometr təşkil edir.
Proqram çərçivəsində ümumi uzunluğu 254,2 kilometr təşkil edən 7 avtomobil yolu layihəsi uğurla icra olunaraq yekunlaşdırılıb.
Bildirilib ki, bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində icra olunan yol infrastrukturu layihələrində ümumi uzunluğu 69,1 kilometr təşkil edən 45 avtomobil tuneli, ümumi uzunluğu 13,4 kilometrə yaxın olan 463-dən artıq körpü və yol ötürücüsü də inşa edilir.
Mühüm yol infrastrukturu layihələrindən biri olan və innovativ inşaat metodologiyası nominasiyası üzrə qalib seçilmiş, uzunluğu 81,7 kilometr təşkil edən I texniki dərəcəli Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda da 11 körpü, 7 tunel və 9 viaduk inşa edilib. Diqqətə çatdırılıb ki, viadukların tikintisi zamanı aşırım qəliblərin üfüqi sürüşdürülməsi üsulu ilə betonlama işləri yerinə yetirilib.
Avropa Yollar Konfederasiyasının Baş katibi Stiv Philips: “Mən Stiv Filips CEDR-in (Conference of European Directors of Roads) - baş katibi olaraq sizi Beynəlxalq Yol Federasiyası tərəfindən təltif olunmağınız münasibətilə təbrik edirəm. İcra etdiyiniz layihələr çox təqdirəlayiqdir və əminəm ki, yol infrasturukturu sahəsində ölkənizdə görə biləcəyim müsbət işlər kifayət qədərdir”.
“Kapsch” şirkətinin layihələrin idarə edilməsi üzrə baş mütəxəssisi Kristof Demut: “Azərbaycanda icra olunan müasir yol infrastruktur layihəsi haqqında öz fikirlərimi bildirmək istərdim. Qeyd etməliyəm ki, burada bizə təqdim olunan layihənin önəmli cəhəti odur ki, bu layihə vaxtında və yüksək standartlarla icra edilb. Bizə məlum olan Qərb standartları üzrə icra edilmiş bu layihə Avropa və Asiyanın birləşməsində yol qovşağı funksiyasını icra edəcək”.
“Ekoposte” şirkətinin Beynəlxalq Biznesin İnkişafı üzrə direktoru Esteban Salinas: “Sizi Beynəlxalq Yol Federasiyası tərəfindən təltif olunmanız münasibətilə təbrik edirəm. Bu böyük bir uğurdur. Ölkənizin yol infrastrukturu sahəsində əldə etdiyi nailiyyətlərə görə, xüsusən də yol təhlükəsizliyi sahəsindəki həyata keçirilən tədbirlərlə bağlı sizi təbrik edirik”.
Xəbər lenti
Hamısına baxXəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19

