Azərbaycan çinli turistlərin sifarişlərinin ən çox artdığı ölkələrdəndir
05.10.2024 [17:23]
Çinin yaranmasının ildönümü münasibətilə ölkədə birhəftəlik bayram tətili dövründə çinli turistlərin otel və uçuş sifarişlərinin ən sürətlə çoxaldığı ölkələrdən biri Azərbaycandır.
AZƏRTAC xəbər verir ki, bu barədə Çinin populyar onlayn səyahət platformalarından olan “Qunar” açıqlama yayıb.
Pekində yerləşən “Qunar” turizm agentliyi 1-7 oktyabr tarixlərini əhatə edən və “Qızıl həftə” adlandırılan bayram tətilində Çin vətəndaşlarının ölkə daxilində səyahətləri ilə yanaşı, xaricə də turist səfərlərinin sayının çoxaldığını, otel və uçuş sayının sentyabr ayı ilə müqayisədə 2 dəfədən çox artdığını açıqlayıb. “Qunar”ın qlobal rezervasiyaları 140 ölkə üzrə 1600 təyinat nöqtəsini əhatə edib. Ənənəvi olaraq, çinli turistlərin ən çox rezervasiya sifarişləri Yaponiya, Cənubi Koreya və Tailandı əhatə edir. Turizm sifarişlərinin sayında ən yüksək artım olan ölkələr isə Azərbaycan, Kuba, Qazaxıstan, Gürcüstan, Meksika və başqlarıdır.
“Azərbaycan və Gürcüstanın çinlilər üçün vizasız giriş rejimini tətbiq etməsi həmin ölkələrin Çində turizm populyarlığını xeyli dərəcədə yüksəldib”, - deyən “Qunar”ın tədqiqatçısı Çay Muci əlavə edib ki, hava İpək yolunun inşası, uçuşların daha da artması sayəsində Çin ilə İpək yolu boyunca yerləşən ölkələr arasında turizm və ticarət mübadiləsinə tələbat sürətlə artmağa davam edəcək.
Çinin digər onlayn səyahət platformalarından olan “Tuniu”nun vitse-prezidenti Çi Çunquan bildirib ki, bayram tətilində Azərbaycan, Serbiya, Macarıstan da daxil olmaqla bəzi istiqamətlərin çinli turistlər arasında populyarlığı artmaqla yanaşı, unikal səyahət axtaran bir çox təcrübəli turist üçün əsas seçim olub.
Qeyd edək ki, COVID-19 pandemiyası səngiyəndən sonra Çin vətəndaşlarının Azərbaycana səfərlərinin sayı davamlı artır. Cari ilin 8 ayında Azərbaycana səfər edən çinli turistlərin sayı 27 minə yaxınlaşıb ki, bu da pandemiyadan əvvəlki ən yüksək rəqəmdən də çoxdur. Ölkəmizə səfər edən çinli turistlərin sayınının çoxalmasında Azərbaycanın Çin vətəndaşları üçün birtərəfli qaydada vizasız səyahət rejimini tətbiq etməsi olduqca böyük rol oynayıb.
Dövlət Turizm Agentliyi və onun tabeliyindəki Azərbaycan Turizm Bürosu dünyanın ən böyük turist bazarlarından olan Çindən Azərbaycana daha çox turist cəlb olunması üçün kompleks tədbirlər görür. 2018-ci ilin dekabrından Çində Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəliyi fəaliyyət göstərir, 2019-cu ildə Çinin Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Dövlət Turizm Agentliyi arasında çinli turistlərin Azərbaycana qrup səfərlərinin sadələşdirilməsi haqqında Anlaşma Memorandumu imzalanıb. Azərbaycan Turizm Bürosu, “Azərbaycan Hava Yolları” QSC və Çinin tanınmış onlayn səyahət platformaları olan “Trip.com” və “Qyer.com”, habelə “China Tourism Group” Holdinqi arasında Azərbaycan turizm məhsullarının təşviqi, yeni turizm məhsullarının inkişaf etdirilməsi, onlayn reklam, sosial media vasitəsilə məzmun marketinqi, onlayn və oflayn tədbirlərin təşkili üzrə fəaliyyətin həyata keçirilməsini nəzərdə tutan memorandumlar imzalanıb.
Bundan başqa, Çin turizm sənayesinin Azərbaycan haqqında məlumatlılığını genişləndirmək və ölkənin Çin bazarında iştirakını gücləndirmək məqsədilə Azərbaycan Turizm Bürosu mütəmadi olaraq Çinin iri şəhərlərində təqdimatlar keçirir, iki ölkənin turizm şirkətləri arasında B2B (biznesdən-biznesə) formatlı görüşlər təşkil edir. Bakı ilə Pekin (AZAL) və Urumçi şəhərləri (“Çin Cənub Hava Yolları”) arasında birbaşa uçuşlar iki ölkə arasında turizm əlaqələrinin genişlənməsinə təsir edən amillərdəndir.
Xəbər lenti
Hamısına baxMaraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32

