“Yaşıl avtomobil” parkını genişləndirən vergi təşviqləri
10.10.2024 [09:01]
2025-ci ildən avtomobillər üçün enerji doldurucularının idxalı və satışı ƏDV-dən azad olunacaq
Azərbaycanda az karbonlu nəqliyyat sektorunun inkişaf etdirilməsi tədbirlərinə uyğun olaraq ekoloji baxımdan daha təmiz avtomobillərin idxalına vergi-gömrük güzəştlərinin tətbiqi əsas prioritetlərdən biri kimi müəyyən olunub. Əsas məqsəd ölkəmizdə ənənəvi avtomobil parkını tədricən elektroavtomobillərlə əvəz etmək, elektrikomobillərin sayını sürətlə artırmaq, avtomobil idxalı ilə məşğul olan sahibkarları bu sahəyə motivasiya etməkdir. Oktyabrın 8-də parlamentin plenar iclasında birinci oxunuşda qəbul edilən Vergi Məcəlləsinə dəyişikliklər layihəsi də ekoloji təmiz nəqliyyat sektorunun stimullaşdırılmasına yönələn tədbirlərin tərkib hissəsi hesab edilə bilər. Məcəlləyə dəyişikliklərə əsasən, 2025-ci il yanvarın 1-dən etibarən elektrik mühərriki ilə işləyən avtomobillər üçün enerji doldurucularının idxalı və satışı 2 il müddətində ƏDV-dən azad olunacaq.
Vergi-gömrük güzəştləri elektromobillərin idxalını kəskin artırıb
Ölkədə avtomobil parkının “yaşıllaşdırılması”, elektriklə işləyən avtomobillərin sayının artırılması üçün müxtəlif stimulların verilməsi 2 ildir ki, həyata keçirilir. Vergi Məcəlləsinə edilmiş müvafiq dəyişikliklərə əsasən, 2022-ci ilin yanvarın 1-dən elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı və satışı əlavə dəyər vergisindən azad edilib. Həmçinin, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışı - 2022-ci il yanvarın 1-dən 3 il müddətinə əlavə dəyər vergisindən azad olunub. Həmçinin, Nazirlər Kabinetinin11 noyabr 2022-ci il tarixli müvafiq qərarına əsasən, zavod buraxılış tarixindən 3 ilədək ötmüş yalnız elektrik mühərrikli minik avtomobillərinin mövcud 15 faiz idxal rüsumu sıfır dərəcə müəyyən edilib. Eyni zamanda, qərara əsasən, elektrik mühərrikli avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucuları üzrə idxal rüsum dərəcəsi də 5 fazidən 0 dərəcəcəyə endirilib.
Nəticədə bu təşviqlər ekoloji cəhətdən təmiz avtonəqliyyat vasitələrinin istifadəsinin stimullaşdırılmasına və idxalın artmasına səbəb olub. Son 2 il ərzində hibrid və elektromobillərin idxalı 2 dəfən çox böyüyüb. Təkcə 2024-cü ilin ötən səkkiz ayında Azərbaycana 387 milyon 875 min dollar dəyərində 13 min 504 ədəd hibrid avtomobil idxal olunub ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 40,1 faiz çoxdur. Bundan başqa, qeyd edilən dövrdə 2 minə yaxın elektromobil idxal edilib ki, bu da ötən illə müqayisədə 25 faizdən çoxdur.
“Avro-6” və “Avro-7” standartına keçidə hazırlıq...
Azərbaycan hökuməti Yaşıl Dünya Naminə Həmrəylik ilində üzərinə götürdüyü öhdəliklərə və qlobal iqlim çağırışlarından irəli gələn tələblərə uyğun olaraq avtomobil sənayesi parkını tamamilə “yaşıllaşdırmaq”da israrlıdır və avtonəqliyyat vasitələrinin “Avro-5” və daha yüksək ekoloji standartlara keçidinin təmin olunmasına çalışır. Bu istiqamətdə atılan addımlardan biri kimi bir neçə ay əvvəl Nazirlər Kabineti qərar qəbul edərək şəhər nəqliyyatında, ələlxüsus da taksi minik avtomobillərinin “Avro-5” ekoloji standartlara uyğunlaşdırılması tələblərini müəyyənləşdirib. Sənədə əsasən, yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan ərazisinə gətirilməsi məhdudlaşdırılacaq. Həmçinin iyunun 1-dən etibarən dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 8 ildən artıq müddət keçmiş avtonəqliyyat vasitəsinə “Avtomobil nəqliyyatı haqqında” qanunla müəyyən edilən buraxılış kartı verilmir. Azərbaycan özü iyun ayından “Aİ-95” markalı benzin istehsalını təmin etməklə, avtomobil və dizel yanacağının tamamilə həmin normativlərə uyğunlaşdırılmasına nail olub.
Qeyd edək ki, “Avro-5” standartlı yanacağın istifadəsi avtomobilin işlənmiş qazının tüstüsünü azaldır və ətraf mühitə karbon emissiyasını azaldır. “Avro-5” avtomobilin işlənmiş qazlarındakı zərərli maddələrin tərkibini tənzimləyən ekoloji standartdır və təmiz ekoloji mühitin təmin edilməsində beynəlxalq miqyasda qarşıya qoyulmuş tələblərdən biridir.
Bu istiqamətdə ekoloji təkmilləşdirmələrə və de-karbonizasiya planına uyğun olaqar, yaxın dövrlərdə “Avro-6” ekoloji standartına keçidin təmin edilməsi nəzərdə tutulur. 2050-ci ilə qədər istixana qazı emissiyalarının 40 faizə qədər azaldılmasını hədəf prioritetlərdən biri elan etmiş hökumət ətraf mühitə buraxılan zərərli yanacaq emissiyalarının daha da azaldılması məqsədilə növbəti mərhələlərdə avtomobillərin “Avro-6” və “Avro-7” standartına keçidinin təmin edilməsini planlaşdırır.
“Təmiz ətraf mühit” çağırışlarından irəli gələn yeni tələblər...
Yuxarıda qeyd edilən hədəflər həm də “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də yer alan 5-ci istiqamətə - “təmiz ətraf mühit və “yaşıl artım ölkəsi” çağırışlarına söykənir. Həmin konsepsiyada müxtəlif stimullaşdırıcı və motivləşdirici alətlərin tətbiqinə üstünlük verilməsi öz əksini tapıb ki, hazırda həyata keçirilən vergi-gömrük siyasəti də bu prinsiplərdən irəli gəlir. Ona görə də karbon emissiysasının azaldılmasını təşviq edən “ağıllı sənaye texnologiyaları”nın, ekoloji təmiz nəqliyyat vasitələrinin ümumi istehlakda payının daha da artırılması üçün qarşıdakı dövrdə ekoloji və “yaşıl vergilər”in tətbiq dairəsinin müəyyən edilməsi istiqamətində əlavə tədbirlər görüləcək. Ekoloji cəhətdən təmiz avtonəqliyyat vasitələrinin istifadəsinin stimullaşdırılması və təşviqi məqsədilə vergi-gömrük tətillərinin artırılması işləri davam etdiriləcək. Həmçinin “yaşıl tövsiyə”lərə əsasən, ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin infrastrukturunun təkmilləşdirilməsi də planlaşdırılır.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxXəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19

