Daha çox kredit və dəstək ...
11.10.2024 [10:56]
İpoteka və Kredit Zəmanət Fondunun kredit portfelinin artırılması vətəndaşların və biznesin maliyyə təminatını artıracaq
Prezident İlham Əliyevin oktyabrın 9-da imzaladığı müvafiq fərmana əsasən, İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsində dəyişiklik edilib. Fondun nizamnamə kapitalı 87,7 milyon manat artırılaraq 1 milyard 68 milyon manata çatdırılıb. Beləliklə, dövlət büdcəsindən güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün əlavə 87 milyon manatın ayrılması mümkün olacaq.
İlk növbədə onu qeyd edək ki, son illərdə İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalının artırılması ilə bağlı qərarlar verilməkdədir və siyasət sayəsində dövlət büdcəsindən əlavə maliyyə təminatları yaradılır. Nizamnamə kapitalının artırılması isə ipoteka ilə əhatə olunan sahələrin və şəxslərin miqyasının artırılması üçün yeni fürsət deməkdir. Belə ki, biznes və sadə vətəndaşların daha çox ipoteka kreditlərinə çıxışı üçün maliyyə bazası genişlənir ki, nəticədə ipoteka alanların sayı da çoxalır. Ələlxüsus da güzəştli şərtlərlə kredit əldə edənlər üçün imkanlar artır və bu maliyyə təchizatı öz növbəsində iqtisadi və sosial təyinatlı kreditlərin portfelini genişləndirir.
Nizamnamə kapitalının artırılması vətəndaşlar üçün hansı əhəmiyyət daşıyır?
İpoteka kreditləri sosial məzmun daşımaqla vətəndaşların mənzil kreditləri əldə etməsini motivasiya edir və bu sahədə əlçatanlığı möhkəmləndirir. Qeyd edək ki, indiyədək fond tərəfindən 51 min 778 ipoteka krediti verilib ki, kreditlərin cəmi məbləği 3 milyard 249 milyon manatdan çoxdur. Həmin vəsaitlərin əhəmiyyətli hissəsi isə mənzil kreditlərinə yönəldilib. 2024-cü ilin yanvar-sentyabr aylarında fondun vəsaiti hesabına 365,6 milyon manat ipoteka krediti verilib ki, onun da 66,5 milyon manatını güzəştli ipoteka kreditləri təşkil edir. İlin əvvəlindən adi ipoteka kreditləri hesabına 3017, güzəştli ipoteka kreditləri hesabına isə 844 ailə özünün mənzil şəraitini yaxşılaşdırıb.2024-cü ilin ötən dövründə verilmiş ipoteka kreditlərinin orta məbləği 94 683 manat təşkil edib.
Ümumilikdə indiyədək fondun vəsaiti hesabına 3,2 milyard manat dəyərində ipoteka krediti verilib ki, bu da 51710 ailənin mənzil şəraitini yaxşılaşdırmasına imkan verib. Bu kreditlərin 931 milyon manatdan çoxu dövlət dəstəyinə ehtiyacı olan xüsusi kateqoriyaya aid şəxslərə verilmiş güzəştli ipoteka kreditləri təşkil edir. İpoteka kreditlərindən faydalananların 67 faizi gənclər və gənc ailələrdir.
Kreditlərin kiçik və orta biznes üçün hansı faydaları var?
İpoteka kreditlərinin digər mühüm prioriteti biznesin maliyyə təminatını yaxşılaşdırmaqdır. Belə ki, iqtisadiyyatın tarazlı və dayanıqlı inkişafına nail olmaq, maliyyə sahəsində risklərin bölüşdürülməsinə əsaslanan kreditləşdirmə sistemini formalaşdırılmaq və biznesin kredit resurslarına çıxışını genişləndirmək məqsədilə 2018-ci ildən etibarən yeni maliyyə zəmanəti mexanizmi yaradılıb. Həmin mexanizm çərçivəsində sahibkarların investisiya layihələrinin güzəştli şərtlərlə maliyyələşdirilməsində zəmanət hüquqları İpoteka və Kredit Zəmanət Fonduna (İKZF) həvalə edilib. Fond sahibkarlıq subyektlərinə dövlət tərəfindən zəmanət və subsidiyaların verilməsində tənzimləyici rol oynayaraq kreditlər üzrə hesablanmış faizlərin bir hissəsini subsidiyalaşdırır. Biznes üçün yeni maliyyə dəstəyi aləti hesab edilən bu mexanizmin tətbiqi sayəsində sahibkarlıq subyektlərinin daha inamlı və etibarlı şəkildə maliyyələşdirilməsi təmin edilib.
2024-cü il oktyabrın 1-nə olan məlumata görə, indiyədək müvəkkil banklar tərəfindən İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) zəmanəti ilə sahibkarlara güzəştli şərtlərlə 500 milyon manatdan artıq kredit verilib ki, bunun da 65 milyon 155 min manatı yanvar-sentyabr aylarını əhatə edir. Bu mexanizm çərçivəsində bugünədək zəmanət verilmiş kreditlərin orta müddəti 30 ay, İKZF tərəfindən sahibkarlıq kreditləri üzrə hesablanmış faizlərin bir hissəsinə subsidiyanın verilməsi hesabına sahibkarların ödəyəcəyi kreditlər üzrə faktiki faiz dərəcəsi 6 faiz, bir sahibkara ayrılan kreditin məbləği isə 30 min manatdan 5 milyon manatadək təşkil edib.
Fondun dəstəyi sayəsində 6500 yeni iş yerinin yaradılması nəzərdə tutulur
Zəmanətli kreditlərin yönəldildiyi əsas sahə sənaye məhsullarının istehsalı və emalı, kənd təsərrüfatı və qida sənayesidir. Digər əsas sahələr isə tikinti, turizm və infrastrukturun inkişaf etdirilməsi ilə bağlı sahələr, maşın və avadanlıq istehsalı, ticarət və xidmət sektorlarıdır. Biznesə kredit zəmanətinin verilməsi sahibkarlığın maliyyələşdirilməsinə, ölkə iqtisadiyyatının inkişafına, yeni iş yerlərinin açılmasına, sahibkarlıq sahələrinin genişlənməsinə və dövlət büdcəsinə vergi daxilolmalarının artmasına səbəb olur. Zəmanət və faiz subsidiyası hesabına sahibkarlara ayılan kreditlər vasitəsilə maliyyələşən layihələrdə 6500 yeni iş yerinin yaradılması nəzərdə tutulub.
Hazırda fond 17 müvəkkil təşkilatı vasitəsilə sahibkarların manatla aldıqları kreditlər üzrə zəmanətlərin və kredit öhdəlikləri üzrə subsidiyaların verilməsini həyata keçirir.
Kredit zəmanətinin kəmiyyət və keyfiyyətinin yaxşılaşdırılması...
Ümumilikdə, biznesin maliyyə əlçatanlığının təmin edilməsi məqsədilə dövlətin güzəşt siyasətinin əsas məqsədi qeyri-neft sənaye sahələrinin inkişafı, kənd təsərrüfatı sahəsinin inkişafı üzrə istehsalyönümlü və logistik xidmət layihələrinin dəstəklənməsi, anbar komplekslərinin qurulması, turizmin inkişafında dövlətin dəstəkləyici rolunun artırılması, balıqçılıq və akvakultura təsərrüfatlarının yaradılması, “yaşıl”, rəqəmsal inkişaf və innovasiyayönümlü sahələrə maliyyə qayğısının göstərilməsindən ibarətdir.
Anoloji təcrübə və ölkədə formalaşmış kredit zəmanət mexanizminin təhlili göstərir ki, mexanizm kiçik və orta biznes sahəsində maliyyələşdirilməni asanlaşdırır, bank və digər kredit resurslarından fəal istifadə etməyə imkan yaradır kredit risklərinin azaldılmasına səbəb olur.
Bu baxımdan fondla sahibkarlar arasında maliyyə vasitəçiliyinin daha da yaxşılaşdırılması üçün yeni inkişaf konsepsiyası hazırlanıb. Qarşıdakı strateji dövr ərzində kredit mexanizminin həm kəmiyyət, həm də keyfiyyət baxımından yaxşılaşdırılması, resurs əhatəliliyinin və təqdim edilən kredit çeşidlərinin artırılması hədəf kimi müəyyən edilib.
Beləliklə, Kredit Zəmanət Fondunun kredit portfelinin artırılması həm ipoteka kreditləri almaq istəyən vətəndaşlar üçün əlavə maliyyə resuslarının formalaşmasına, eyni zamanda, kiçik və orta biznesin dayanıqlı maliyyə ehtiyaclarının təmin edilməsinə səbəb olacaq.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
28 Oktyabr 23:41
Siyasət
28 Oktyabr 23:20
Dünya
28 Oktyabr 22:41
İqtisadiyyat
28 Oktyabr 22:30
Sosial
28 Oktyabr 22:18
YAP xəbərləri
28 Oktyabr 22:09
Dünya
28 Oktyabr 21:55
İdman
28 Oktyabr 21:27
Sosial
28 Oktyabr 21:15
Dünya
28 Oktyabr 20:46
İqtisadiyyat
28 Oktyabr 20:34
İqtisadiyyat
28 Oktyabr 20:18
Dünya
28 Oktyabr 19:51
Dünya
28 Oktyabr 19:23
Dünya
28 Oktyabr 19:10
Hadisə
28 Oktyabr 18:37
Siyasət
28 Oktyabr 17:49
Siyasət
28 Oktyabr 17:48
Siyasət
28 Oktyabr 17:48
YAP xəbərləri
28 Oktyabr 17:29
Sosial
28 Oktyabr 17:23
YAP xəbərləri
28 Oktyabr 17:13
Sosial
28 Oktyabr 17:11
Dünya
28 Oktyabr 16:25
Siyasət
28 Oktyabr 16:24
Siyasət
28 Oktyabr 16:23
Gündəm
28 Oktyabr 15:54
Gündəm
28 Oktyabr 15:53
Gündəm
28 Oktyabr 15:52
Dünya
28 Oktyabr 15:45
YAP xəbərləri
28 Oktyabr 15:29
YAP xəbərləri
28 Oktyabr 15:28
Gündəm
28 Oktyabr 15:23
İqtisadiyyat
28 Oktyabr 14:47
YAP xəbərləri
28 Oktyabr 14:45
Mədəniyyət
28 Oktyabr 14:40
Gündəm
28 Oktyabr 14:38
Sosial
28 Oktyabr 14:37
Sosial
28 Oktyabr 14:35
Gündəm
28 Oktyabr 13:48
YAP xəbərləri
28 Oktyabr 13:21
YAP xəbərləri
28 Oktyabr 12:39
Gündəm
28 Oktyabr 12:14
Sosial
28 Oktyabr 12:03
İqtisadiyyat
28 Oktyabr 11:57
İqtisadiyyat
28 Oktyabr 11:56
Hadisə
28 Oktyabr 11:55
Gündəm
28 Oktyabr 11:52
Siyasət
28 Oktyabr 11:37
Gündəm
28 Oktyabr 11:23
Gündəm
28 Oktyabr 11:22
Gündəm
28 Oktyabr 11:21
Gündəm
28 Oktyabr 11:19
Siyasət
28 Oktyabr 11:13
Analitik
28 Oktyabr 10:56
Siyasət
28 Oktyabr 10:46
MEDİA
28 Oktyabr 10:34
Analitik
28 Oktyabr 10:17
Dünya
28 Oktyabr 10:14
Siyasət
28 Oktyabr 10:13
Analitik
28 Oktyabr 09:49
Analitik
28 Oktyabr 09:34
Analitik
28 Oktyabr 09:15
Mədəniyyət
28 Oktyabr 08:51
Ədəbiyyat
28 Oktyabr 08:25
İdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58

