Trans-Əfqanıstan dəmir yolu Avrasiya regionunun inkişafına əsaslı dəstək olacaq
10.03.2025 [23:19]
Rusiya-Ukrayna münaqişəsi Rusiyanın özü ilə yanaşı, Mərkəzi Asiya respublikalarının da yeni tranzit yollara ehtiyacı olduğunu ortaya çıxarıb. Trans-Əfqanıstan dəmir yolunun çəkilişi davam edir və Türkmənistan bu yolun Torqund-Herat hissəsinə sərmayə yatırmağa başlayıb. 2024-cü ilin sentyabrında “Türkmənistan Dəmir Yolları” dövlət şirkətinin nümayəndəsinin iştirakı ilə yolun təməlqoyma mərasimi keçirildi.
AZƏRTAC “Asia Plus” saytına istinadla xəbər verir ki, bu fikirlər Qazaxıstanda fəaliyyət göstərən “Karvan yolları” Elmi-Tədqiqat İnstitutunun baş elmi işçisi Nərgiz Umarova “Əfqanıstanda nəqliyyatın inkişafı Mərkəzi Asiyaya nə verəcək?” analitik məqaləsində yer alıb.
Analitik nəzərə çatdırıb ki, Türkmənistan Torqund-Herat dəmir yolunun çəkilişində ona görə maraqlıdır ki, gələcəkdə bu dəmir yolu Aşqabada, oradan isə Xəzər dənizi sahilindəki Türkmənbaşı limanına qədər uzana bilər. Türkmənbaşı limanı ilə Bakı Beynəlxalq Ticarət Limanı arasında əlaqə mövcuddur. Beləliklə, Əfqanıstanın Herat şəhərindən başlanan dəmir yolu Türkmənistan, Azərbaycan (Trans-Xəzər marşrutu) vasitəsilə Gürcüstana, Türkiyəyə və Avropaya uzanacaq. Keçmişdə Qərb ilə Şərq arasında bu marşrutla ticarət əlaqələri mövcud olub ki, buna da Lazurit dəhlizi (Lapis-Lazuli) adı verilib və Azərbaycan ilə Türkiyə bu dəhlizin reallaşmasını dəstəkləyirlər.
Məqalədə qeyd olunur ki, Torqund-Herat dəmir yolunun çəkilişində Rusiya da maraqlıdır. Rəsmi Moskva bu yolla Asiya bazarlarına çıxış əldə etməyə çalışır.
Yazıda Azərbaycanın əlverişli coğrafi mövqeyə malik olduğu bildirilir və nəzərə çatdırılır ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşmasında da Azərbaycan əhəmiyyətli rol oynayır. Rusiyadan Hindistana və Cənub Şərqi Asiyanın digər ölkələrinə daşınan yüklər dəmir yolu ilə Azərbaycan ərazisindən keçməklə İranın Çabahar limanına oradan isə Hindistana daşınır. Müəllif bəzi mütəxəssislərin rəyinə əsasən qeyd edir ki, 2030-cu ildə Trans-Əfqanıstan dəmir yolunun böyük hissəsi istismara veriləcək ki, bu da Lazurit dəhlizinin inkişafına təkan verəcək. Analitik qeyd edir ki, Trans-Əfqanıstan dəmir yolu yalnız Əfqanıstanın deyil, Avrasiya regionunun nəqliyyat və tranzit sahələrinin, ümumilikdə iqtisadiyyatın inkişafına əsaslı dəstək olacaq.
Xəbər lenti
Hamısına baxMüsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26

