ASAN İmzanın tətbiqi günün tələbidir
01.08.2013 [09:40]
Bu xidmətdən bütün vətəndaşlar istifadə edə bilərlər
Məlum olduğu kimi, 2013-cü ilin may ayından Vergilər Nazirliyinin müasir tipli Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) yaradılıb. ASXM-in yaradılmasında məqsəd Vergilər Nazirliyi tərəfindən informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsinin genişləndirilməsini, göstərilən elektron xidmətlərin təkmilləşdirilməsini, eləcə də, elektron xidmətlərin yüksək təhlükəsizlik tələblərinə cavab verən Asan İmza SİM kartı üzrə dövlət orqanlarına, hüquqi və fiziki şəxlərə sertifikat xidmətlərinin göstərilməsini təşkil etməkdir. ASXM-in istismara verilməsi ilə İnternet Vergi İdarəsində hüquqi və fiziki şəxslərin onlayn qeydiyyatı, POS-terminalların onlayn qeydiyyatı, ƏDV-nin depozit hesabı, elektron vergi hesab-fakturalarının göndərilməsi və s. əməliyyatlar üzrə elektron xidmətlərdə Asan İmzanın tətbiqinə başlanıb. Vergilər Nazirliyinin İnternet Vergi İdarəsinə daxil olmaq üçün verilən istifadəçi kodu, parol, şifrədən istifadə edilərkən ƏDV ödəyiciləri tərəfindən aparılan əməliyyatların imzalanması mümkün olmur ki, bu da müasir beynəlxalq təhlükəsizlik standartlarının tələblərinə cavab vermir. Yüksək təhlükəsizlik tələb edən elektron xidmətlərdən - “Vahid depozit hesabı vasitəsi ilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması” və “Elektron vergi hesab-fakturasının qəbulu” elektron xidmətlərdən istifadə zamanı Asan İmzanın (Mobil İmzanın) tətbiqinə zərurət yaradır. Bunları nəzərə alaraq, ƏDV ödəyiciləri tərəfindən Vergilər Nazirliyinin İnternet Vergi İdarəsində “Vahid depozit hesabı vasitəsi ilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması” və “Elektron vergi hesab-fakturasının qəbulu” üzrə elektron xidmətlərdən istifadə 1 sentyabr 2013-cü il tarixdən yalnız Asan İmza (Mobil İmza) vasitəsi ilə həyata keçiriləcək.
Bunu KİV-ə açıqlamasında Vergilər Nazirliyinin Hüquq Baş idarəsinin rəisi Samirə Musayeva deyib. Onun sözlərinə görə, ASXM Vergi ödəyicilərinə xidmət mərkəzlərində, Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamenti, Bakı Şəhər Vergilər Departamenti, Ərazi vergilər departamentləri və ya Ərazi vergilər idarələrinin xidmət strukturlarında, “ASAN xidmət” mərkəzlərində, habelə, Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyinin xidmət strukturlarında müvafiq xidmətlər göstərir: “Qeyd edim ki, Asan İmza üçün sertifikat xidmətləri ASXM tərəfindən pulsuz həyata keçirilir: Asan İmza üçün sertifikatların verilməsi, sertifikatların qüvvəsinin dayandırılması, bərpa edilməsi, ləğv edilməsi xidmətləri üçün heç bir ödəniş nəzərdə tutulmayıb. Bu xidmətləri həyata keçirən əməkdaşlar üçün müvafiq treninqlər keçirilmiş və onlar əyani vəsaitlərlə təmin olunub. Vergilər Nazirliyinin təqdim etdiyi elektron xidmətlərdə Asan İmzanın tətbiqi həyata keçirilib və İnternet Vergi İdarəsinin yardım bölməsində müvafiq təlimatlar yerləşdirilib”.
“Vergilər Nazirliyi tərəfindən Asan İmza ilə bağlı hüquqi məsələlərin həll olunması istiqamətində hansı layihələr hazırlanıb” sualına isə S.Musayeva aşağıdakı cavabı verib: “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun və “Azərbaycan Respublikasında elektron imza və elektron sənədlə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş müvafiq qaydaların tələblərinə uyğun olaraq, “Elektron imza üçün sertifikat xidmətlərinin göstərilməsi üzrə metodiki vəsait” hazırlanıb. Bu vəsait Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzinə elektron imza üçün sertifikatın əldə edilməsi ilə bağlı daxil olan müraciətlərin qeydiyyata alınması və elektron imza üçün sertifikat xidmətlərinin göstərilməsi prosesini tənzimləyir. Həmçinin, ASXM tərəfindən Asan İmza SİM kartı və ya Rəqəmsal ID kartı üzrə sertifikat xidmətlərinin göstərilməsi haqqında “Müqavilə forması”, həmin müqavilələrin bağlanılması üçün “Ərizə forması” və onun doldurulma qaydası, imza sahibi tərəfindən ilkin ərizə məlumatlarında dəyişiklik edilməsi barədə “Ərizə forması”, sertifikatın statusunun dəyişdirilməsi üçün “Ərizə forması”, elektron imza üçün sertifikat əldə edilməsi məqsədi ilə ASXM-ə müraciət edildikdə təqdim edilməli müvafiq etibarnamələrin nümunəvi formaları, sertifikat xidmətlərinin göstərilməsi ilə bağlı müvafiq bildiriş formaları və müvafiq “Yaddaş” vəsaitləri hazırlanıb. Asan İmzanın tətbiqi ilə əlaqədar Vergilər Nazirliyi tərəfindən “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”nda dəyişikliklər edilməsi barədə” və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 28 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydaları”nda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı layihələri hazırlanıb”.
Samirə Musayeva onu da deyib ki, Asan İmza təkcə vergi ödəyiciləri üçün nəzərdə tutulmayıb: “Bu xidmətdən bütün vətəndaşlar, dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarında çalışan əməkdaşlar və s. istifadə edə bilərlər. Asan İmza dövlət orqanları, banklar və s. tərəfindən göstərilən elektron xidmətlərdən vahid autentifikasiya və imzalama vasitəsi kimi istifadə etməyə imkan verir. Hazırda bu xidmətin digər dövlət orqanlarının və bankların elektron xidmətlərinə inteqrasiyası üzərində işlər aparılır. Xidmətlər istismara verildikdən sonra vətəndaşlar öz bank hesablarını internet üzərindən idarə edə, kredit ala və ya özləri haqqında informasiya reyestrlərində olan məlumatlara baxa biləcəklər”.
NADİR
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Gündəm
20 Yanvar 11:51
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Gündəm
20 Yanvar 00:24
Dünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32
Gündəm
19 Yanvar 19:25
Dünya
19 Yanvar 19:14
Dünya
19 Yanvar 18:43
YAP xəbərləri
19 Yanvar 18:22
YAP xəbərləri
19 Yanvar 18:16
YAP xəbərləri
19 Yanvar 17:10
YAP xəbərləri
19 Yanvar 17:09
Elm
19 Yanvar 16:56
YAP xəbərləri
19 Yanvar 16:53
Hadisə
19 Yanvar 16:45
YAP xəbərləri
19 Yanvar 16:13
Sosial
19 Yanvar 16:07
Dünya
19 Yanvar 16:06
İdman
19 Yanvar 16:06
İqtisadiyyat
19 Yanvar 16:05
Siyasət
19 Yanvar 15:59
Gündəm
19 Yanvar 15:58
Sosial
19 Yanvar 15:39
YAP xəbərləri
19 Yanvar 15:38
YAP xəbərləri
19 Yanvar 15:31
YAP xəbərləri
19 Yanvar 15:29
YAP xəbərləri
19 Yanvar 15:24
YAP xəbərləri
19 Yanvar 15:23
Gündəm
19 Yanvar 15:13
Sosial
19 Yanvar 14:35
YAP xəbərləri
19 Yanvar 14:00
YAP xəbərləri
19 Yanvar 13:54
Siyasət
19 Yanvar 13:47
YAP xəbərləri
19 Yanvar 13:27
Sosial
19 Yanvar 12:34
Dünya
19 Yanvar 12:33
Dünya
19 Yanvar 12:26
Sosial
19 Yanvar 12:21

