Milli Brendlərin Pərakəndə Zirvəsi -2025” keçirilib
04.06.2025 [15:54]
“Biznes Mərkəzi Klubu”nun təşkilatçılığı ilə “Milli Brendlərin Pərakəndə Zirvəsi – 2025” adlı mötəbər forum keçirilib. Tədbirə 400-dən çox qonaq – rəsmi şəxslər, tanınmış şirkət rəhbərləri və media nümayəndələri qatılıb.
Forumun rəsmi hissəsi “Biznes Mərkəzi Klubu”nun İdarə Heyətinin sədri Rüfət Nadirlinin açılış nitqi ilə başlayıb. O, klubun əldə etdiyi nailiyyətlərdən bəhs edərək, qarşıdakı dövrdə sahibkarlara təqdim olunacaq yeni layihələr barədə ətraflı məlumat verib. Rüfət Nadirli, klubun əsas hədəfinin sahibkarlığın daha geniş miqyasda inkişafına dəstək vermək olduğunu vurğulayıb.
Forumda çıxış edən Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, “Biznes Mərkəzi Klubu”nun sahibkarlığa verdiyi töhfələri yüksək qiymətləndirib. O, bu cür təşəbbüslərin ölkədə biznes mühitinin formalaşmasında və inkişafında mühüm rol oynadığını bildirib. Tədbirin açılış mərasimində “KOBSKA” İH-in sədri Ramin Şərifov və UİD Arge və Eğitim Başkanı Cengiz Aygör də çıxış edərək, “Biznes Mərkəzi Klubu”nun təşəbbüslərini yüksək qiymətləndirib, bu cür forumların beynəlxalq əməkdaşlıq və investisiya imkanlarının genişlənməsində mühüm rol oynadığını bildiriblər. Tədbirdə həmçinin “Xəzər Media Mərkəzi”nin Reklam və Marketinq departamentinin direktoru Gökhan Özkundakçı çıxış edərək klubun sahibkarlıq ekosistemindəki rolunu yüksək dəyərləndirib. O, media və biznes arasında əməkdaşlığın daha da gücləndirilməsinin əhəmiyyətini qeyd edib və bu əlaqələrin ölkə iqtisadiyyatına müsbət təsir göstərəcəyinə inandığını bildirib. Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva tədbirin sahibkarlar üçün yeni əməkdaşlıqlar qurmaq və şəbəkələşmək baxımından əhəmiyyətli olduğunu qeyd edib.
Tədbirin bədii hissəsində rəqs nümayişi etdirilib və tanınmış modelyer Mətanət Bayramovanın “Meta4Fashion” brendinin “Business Style” dəfiləsi iştirakçılara təqdim olunub. Forum çərçivəsində Pərakəndə sektorunun inkişafına həsr olunmuş panel müzakirələri keçirilib. Panel müzakirələrində pərakəndə sektorunda mövcud vəziyyət, rəqabət mühiti, rəqəmsal transformasiya, istehlakçı davranışlarının dəyişməsi, eləcə də yerli brendlərin gücləndirilməsi yolları müzakirə edilib. Spikerlər yeni dövrün tələblərinə uyğun strateji yanaşmaları bölüşərək, brendlərin beynəlxalq bazarlara çıxışı, rəqəmsal marketinqin rolu, müştəri təcrübəsinin fərdiləşdirilməsi, loqistika və təchizat zəncirinin optimallaşdırılması kimi mövzularda fikir mübadiləsi aparıblar.
Xəbər lenti
Hamısına baxDünya
22 İyul 07:41
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10

