166 tərəfdaş ölkə...
20.08.2025 [10:31]
Azərbaycanın xarici ticarət partnyorlarının sayı artır
2025-ci ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 166 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 104 ölkəyə məhsul ixrac olunub, 160 ölkədən idxal edilib. Qeyd edilən dövrdə xarici ticarət dövriyyəsi 24 milyard 400 milyon dollara bərabər olub. Qeyd edilən dövrdə ixracın dəyəri 12 milyard 878 milyon dollar, idxalın dəyəri 11 milyard 522,1 milyon dollar təşkil edib, nəticədə 1 milyard 356 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.
Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, ticarət dövriyyəsində əsas ölkələr sırasında İtaliya, Türkiyə, Rusiya, Çin, Almaniya, Böyük Britaniya, ABŞ, Qazaxıstan, Çexiya, Rumıniya yer tutur. Region baxımından əmtəə mübadilələrində Avropa İttifaqı 42,9 faiz, MDB ölkələri 15,9 faiz, digər ölkələrin isə payı 41,2 faizə bərabər olub.
Çin idxalda Azərbaycanın birinci tərəfdaşıdır
Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 17,7 faizi Çinin, 16,7 faizi Rusiyanın, 10,3 faizi Türkiyənin, 4,8 faizi ABŞ-ın, 4,5 faizi Birləşmiş Krallığın, hər biri 3,9 faiz olmaqla Qazaxıstan və Almaniyanın, 3,1 faizi Avstraliyanın, 2,5 faizi İranın, 2,3 faizi Cənubi Afrika Respublikasının, 2,2 faizi İtaliyanın, 1,9 faizi Meksikanın, hər biri 1,8 faiz olmaqla Özbəkistan və Yaponiyanın, 1,7 faizi Braziliyanın, hər biri 1,5 faiz olmaqla Koreya, İsveçrə və Belarusun, hər biri 1,2 faiz olmaqla Kanada və Ukraynanın, 14 faizi isə digər ölkələri əhatə edir.
İxracın strukturunda 6 milyard dollarlıq mal nəqli ilə İtaliya yenə ilk yerdə qərarlaşır. Bu, cəmi ixracın təxminən 50 faizi deməkdir. İxracda Türkiyə 1,7 milyard dollarla ikinci yeri tutur. Sonrakı yerlərdə MDB və Avropa ölkələri dayanır.
İdxalda qiymətli metalların, azqiymətli metallar və onlardan hazırlanan məmulatların, maşınların, mexanizmlərin, elektrotexniki avadanlıq və aparatların, nəqliyyat vasitələrinin, kimya sənayesi məhsullarının, mineral məhsulların, hazır ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, bitki mənşəli məhsulların, toxuculuq materialları və məmulatlarının, plastik kütlə və ondan hazırlanan məmulatların dəyəri üstünlük təşkil edib.
Qeyri-neft məhsullarının ixracı 1,8 milyard dollar təşkil edib
Azərbaycanın ixracında neft-qaz məhsullarının həcmi əsas üstünlük təşkil etsə də, qeyri-neft mallarının ixrac potensialı həcm və fiziki dəyər baxımından ötən ilki dövrə nisbətən daha çox olub. Belə ki, qeyri-neft-qaz məhsullarının ixracı cari ilin 6 ayında ilin müvafiq dövrü ilə müqayisədə 9,9 faiz artaraq 1,8 milyard dollar təşkil edib. Bu dövrdə yeyinti məhsulları üzrə ixrac 19,1 faiz artaraq 564,7 milyon dollara bərabər olub. Dövr ərzində ixracı ən çox artım nümayiş etdirən qeyri-neft-qaz sektoruna aid malların siyahısında şəkər, sement, kimya sənayesi məhsulları, tərəvəz və meyvə məhsulları, pambıq iplik, qara metallar, çay, plastmassa və ondan hazırlanan məhsullar, alüminium və ondan hazırlanan məhsullar yer alıb. Belə ki, şəkər ötən ilin müvafiq dövrünə nəzərən 7,4 milyon dollar və ya 54,4 faiz, kimya sənayesi məhsulları 48,7 milyon dollar və ya 38,7 faiz, meyvə-tərəvəz 81,2 milyon dollar və ya 24,3 faiz, pambıq iplik 1,8 milyon dollar və ya 16,6 faiz, qara metallar və onlardan hazırlanan məmulatlar 5,1 milyon dollar və ya 12,5 faiz, çay 62,5 min dollar və ya 2 faiz, alüminium və ondan hazırlanan məmulatlar 666,8 min dollar və ya 0,7 faiz artıb.
“İstisu” mineral su zavodu aparıcı ixracatçılar arasında
Qeyri-neft ixracında aqrar məhsulların ümunmi ixracı 21,9 faiz artaraq 455,2 milyon dollar təşkil edib. Aqrar-sənaye məhsullarının ixracı isə 7,7 faiz artaraq 145 milyon dollara bərabər olub. Bütövlükdə, aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 18,2 faiz artaraq 600,3 milyon dollar təşkil edib.
Qeyd olunan dövrdə ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında pomidor 149 milyon dollarla birinci olub. Bu siyahıda qızıl 144 milyon dollarla ikinci, pambıq 98,6 milyon dollarla üçüncü yerdə qərarlaşıb.
2025-ci ilin yanvar-iyun aylarında qeyri-neft məhsullarının qeyri-dövlət ixracatçı subyektlərin reytinqində “MKT İstehsalat Kommersiya” MMC, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, “Baku Steel Company” QSC, “Export Stream” MMC, “P-AQRO” MMC, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC, “Avrora” MMC, “Sahdag SY”, “UYTROP” MMC, “Green Tech”, “SOCAR Polymer” MMC, “AzerGold” QSC, “Azəralüminium” MMC, “Azərpambıq” Aqrar Sənaye Kompleksi” MMC, “SOCAR-DALĞIC” MMC, “Azərbaycan Dəmir Yolları” QSC, “İstisu” mineral su zavodu MMC dayanır.
Peyk məhsullarının ixracında rekord
Azərbaycanın qeyri-neft ixracında yeni nəsil xidmət ixracı hesab edilən peyk telekommunikasiya xidmətləri də öz imkanlarını genişləndirib. Belə ki, birinci yarımillikdə Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 41 ölkəsinə 8,5 milyon dollar dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib. “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 65 faizi təşkil edib. Peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 2,3 milyon dollarla Böyük Britaniya, 1,8 milyon dollarla Lüksemburq, 436 min dollarla Nigeriya, 385,1 min dollarla Türkiyə, 357,9 min dollarla Misir qərarlaşıb.
Cənubi Qafqazda lider
Cənubi Qafqaz ölkələrinin Dövlət Gömrük Komitəsinin, Gürcüstanın və Ermənistanın statistika orqanlarının yaydığı xarici ticarət göstəricilərinə əsasən, cari ilin birinci yarımilində Cənubi Qafqazda xarici ticarət dövriyyəsi ən yüksək olan ölkə Azərbaycan olub. Bu dövrdə xarici ticarət dövriyyəsi Azərbaycanda 24,4 milyard dollar, Gürcüstanda 11,9 milyard dollar, Ermənistanda isə 9,7 milyard dollar olub.
İxrac və idxal göstəricilərinə ayrı-ayrılıqda baxdıqda isə burada yalnız Azərbaycanın ixrac həcminin idxal həcmini üstələdiyini görə bilərik. Yəni Cənubi Qafqazda xarici ticarət saldosu müsbət olan ölkə yalnız Azərbaycandır (1,4 milyard dollar). Gürcüstanda bu göstərici -5,5 milyard dollar, Ermənistanda isə -2,1 milyard dollar təşkil edib.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
27 Oktyabr 07:14
İdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
Dünya
26 Oktyabr 14:36
Hadisə
26 Oktyabr 13:19
Dünya
26 Oktyabr 12:31
Dünya
26 Oktyabr 11:20
Dünya
26 Oktyabr 10:59
İdman
26 Oktyabr 10:23
Dünya
26 Oktyabr 09:57
Hadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26

