TransXəzər reallaşır
12.09.2025 [11:15]
TRIPP-in həyata keçirilməsi regionun enerji xəritəsini də dəyişəcək
TransXəzər qaz kəmərinin inşası ABŞ-ın xarici siyasət gündəminə, o cümlədən Cənubi Qafqaz vasitəsilə Avropanı Mərkəzi Asiya ilə birləşdirən “Tramp Marşrutu” (TRIPP) adlı təşəbbüsə mükəmməl şəkildə uyğun gəlir. Bu fikri Hadson İnstitutunun baş elmi işçisi Lyuk Koffi “Arab News” nəşrində dərc olunan məqaləsində bildirib.
Xatırladaq ki, TransXəzər qaz kəməri ideyası ilk dəfə 1997-ci ildə Türkiyənin Türkmənistan qazını almaq planları ilə bağlı gündəmə gəlmişdi. ABŞ tərəfindən dəstəklənən bu layihənin reallaşması üçün hüquqi-iqtisadi mexanizmlər də formalaşır və 1999-cu il fevralın 19-da Aşqabadda təntənəli surətdə Türkmənistan hökuməti ilə PGS konsorsiumu arasında kommersiya müqaviləsi imzalanır. Müqaviləyə ABŞ Prezidentinin və dövlət katibinin Xəzər regionunun enerji məsələləri üzrə müşaviri Riçard Morninqstar da imza atır. Sazişə əsasən, Türkiyə TransXəzər kəməri vasitəsilə ildə 30 milyard kubmetr qaz almağa dair öhdəlik götürür. Kəmərin 28 ay müddətində həm türkmən hissəsinin, həm də sualtı hissəsinin tikilməsini başa çatdırmaq nəzərdə tutulurdu. Azərbaycan və Gürcüstan üzərindən keçəcək yerüstü hissə Ərzurumda başa çatmalıydı. O zaman türkmən qazının Avropa bazarına çıxarılması gündəmdə olmasa da, perspektiv bazar kimi Türkiyə-Qərb marşrutunun yaradılması istisna olunmurdu.
25 il əvvəlki maneələr aradan qalxmaqdadır
Rusiya və İran TransXəzər qaz kəmərinin çəkilişinə razı olmadığından dövlət səviyyəsində Aşqabada qarşı müxtəlif təzyiqlər baş verdi və Türkmənistan prezidenti Saparmurad Niyazov tərəddüdlər içərisində layihənin reallaşmasını ləngitdi. Nəticədə PGS konsorsiumu 2000-ci ilin ortalarında ləğv edildi.
Hazırda qlobal fraqmentasiyalar, ələlxüsus da Avropa Birliyinin Rusiya qazından imtina etməsindən sonra yanacağa olan əlavə tələbatlar və digər amillər Türkmənistan qazının Xəzər dənizi və Azərbaycan vasitəsilə Türkiyəyə nəqlini nəzərdə tutan TransXəzər qaz kəməri ideyası yenidən aktuallaşıb.
2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilən üçtərəfli görüşdə Orta Dəhlizin mühüm seqmentlərindən sayılan Zəngəzur dəhlizi ilə bağlı müzakirələrin aparılması TransXəzər qaz kəməri layihəsinə ümidləri bir qədər artırır. Məlum olduğu kimi, həmin görüşdə beynəlxalq ticarət və tranzit imkanlarının genişləndirilməsi üçün əlverişli hesab edilən və “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” - TRIPP) adlandırılan Zəngəzur dəhlizi ilə bağlı kommersiya və təhlükəsizlik mexanizmləri üzərində ilkin razılaşma da əldə edildi. Belə bir fikir ifadə olundu ki, bu addım regionun logistika xəritəsini dəyişdirə və enerji-ticarət axınlarını yönləndirə bilər.
ABŞ-ın Hadson İnstitutunun baş elmi işçisi Lyuk Koffi bir neçə gün əvvəl “Arab News” nəşrində dərc olunan məqaləsində bildirib ki, TRIPP-in həyata keçirilməsi fonunda TransXəzər qaz kəmərinin inşası yeni impuls qazanacaq. Onun fikrincə, kəmərin inşası ABŞ-ın xarici siyasət gündəminə, o cümlədən Cənubi Qafqaz vasitəsilə Avropanı Mərkəzi Asiya ilə birləşdirən “Tramp marşrutu” adlı təşəbbüsə tam uyğun gəlir. L. Koffinin qənaətinə görə, Azərbaycanın təşəbbüs ilə ərsəyə gələn Şərq-Qərb enerji layihələri Xəzər regionunun enerji resurslarına qlobal bazarların çıxışını təmin edərək Qərblə əlaqələrin dərinləşməsinə də töhfələr verməkdədir. Bu rifah və əməkdaşlıq alyansının genişlənməsi zərurətləri hazırda TransXəzər qaz kəməri layihəsini də labüdləşdirir. Hazırda TransXəzərin gerçəkləşməsi üçün əlverişli fürsət yaranıb və bu kəmər inşa olunarsa, bu bütün region üçün dönüş nöqtəsi olacaq, Avropanın enerji təhlükəsizliyi təmin ediləcək. Türkmənistan üçünsə əlavə gəlir mənbəyi açılacaq və Avrasiya məkanında geosiyasi sabitlik güclənəcək.
Türkmənistan - Azərbaycan - Türkiyə enerji müttəfiqliyi
Məlum olduğu kimi 2025-ci il martın 1-dən etibarən Türkmənistan qazı Türkiyəyə nəql olunur. BOTAŞ və “Türkmənqaz” arasında əldə edilmiş razılaşmaya əsasən, Türkmənistan qazı Azərbaycan üzərindən Türkiyəyə çatdırılır.
Türkmənistanın “Türkmənqaz” Dövlət Konserni, Azərbaycanın Energetika Nazirliyi və Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi tərəfindən imzalanmış “Energetika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair Qurumlararası Memorandum”u sözügedən qaz layihəsini gerçəkləşdirən hüquqi bazadır və enerji əməkdaşlığının daha da genişləndirilməsi nəzərdə tutulur.
Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib ki, ilkin mərhələdə Türkiyəyə 2 milyard kubmetr qazın çatdırılması nəzərdə tutulur. Gələcəkdə bu həcmin daha da artırılacağı və həcm artdıqca türkmən qazının Türkiyənin daxili tələbatı ilə yanaşı, Avropa regionlarına nəqli istisna edilmir. Göründüyü kimi, Ankara öz geosiyasi mövqeyindən istifadə edərək Türkmənistan qazını Avropaya çatdırmaq öhdəliyini götürmək istəyir. Rusiya-Ukrayna müharibəsi nəticəsində Avropanın enerji problemi ilə üzləşdiyi bir zamanda alternativ yollar axtarışına başlanıb. Alternativ yollardan biri hesab edilən Türkmənistan qazının Avropaya çatdırılması da bu ssenarilərdən biridir.
Son dövrlərdə strateji tərəfdaşlıq səviyyəsinə çatan Azərbaycan-Türkmənistan münasibətləri və enerji sahəsində birgə əməkdaşlığa dair anlaşma da TransXəzərin reallaşmasına inamı artırır. Lyuk Koffi bu məqama nəzərə salaraq Prezident İlham Əliyevin uğurlu Vaşinqton səfərindən sonra Aşqabadda olması yeni enerji təşəbbüskarlığı fonunda adıçəkilən layihənin praktiki fazaya daxil olması ehtimalları da güclənir.
Türkmənistan Cənub Qaz Dəhlizi ailəsinə qoşulur
Türkmən qazının Azərbaycan üzərindən Türkiyəyə nəqli geoiqtisadi əhəmiyyət daşımaqla Azərbaycanın tranzit ölkə kimi həm mövqeyini artıracaq, həm də tranzit gəlirləri əldə etməsinə səbəb olacaq. Bu layihə Bakı və Ankaranın iqtisadi inteqrasiyasına daha yeni şaxə əlavə etməklə iki ölkənin iqtisadi zəncirlərinin birləşməsində əlavə təhlükəsizlik amilinə çevriləcək. Digər əsas məqam Türkmənistan-Azərbaycan-Türkiyə enerji ittifaqının formalaşmasıdır. Hər 3 qardaş ölkə bu strateji qərarın gerçəyə çevrilməsi ilə Türk ailəsinin iqtisadi inteqrasiya proqramının əhatəsini daha da genişləndirmiş olacaq. Layihə geosiyasi əhəmiyyət daşımaqla Avropanın enerji təchizatının təhlükəsizliyinə mühüm töhfə verəcək.
Beləliklə, regionda baş verən yeni geoiqtisadi proseslər və qaz nəqlində diversifikasiyaların genişlənməsi TransXəzər qaz dəhlizinin yaranmasına xidmət edir. Xəzər bölgəsinin böyükhəcmli yanacaq ehtiyatlarının Qərbə daşınmasında isə əsas tranzit və infrastruktur təminatı Azərbaycanın üzərinə düşəcək. Respublikamız təkcə öz enerji ehtiyatlarını deyil, Xəzəryanı ölkələrin də resurslarını Avropaya nəql edərək Mərkəzi Asiya ilə Avropa arasında iqtisadi bağlantını təmin edəcək.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxİdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
Dünya
26 Oktyabr 14:36
Hadisə
26 Oktyabr 13:19
Dünya
26 Oktyabr 12:31
Dünya
26 Oktyabr 11:20
Dünya
26 Oktyabr 10:59
İdman
26 Oktyabr 10:23
Dünya
26 Oktyabr 09:57
Hadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17

