“Yaşıl enerji” diplomatiyasının uğuru
02.10.2025 [10:49]
Bakı İqlim Həftəsi iqlim hədəflərinə çatmaqda beynəlxalq əməkdaşlığı gücləndirəcək
Ölkəmizdə işini davam etdirən Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW2025) çərçivəsində keçirilən sessiyalarda təmiz enerjiyə keçid, davamlı kənd təsərrüfatı və su ehtiyatlarının idarə olunması, şəhərlər və tikinti mühiti, elm, texnologiya və innovasiya, davamlı iqtisadi inkişaf, KOB və yaşıl bacarıqlar, iqlimə uyğunlaşma və dayanıqlılıq kimi mövzularda səmərəli müzakirələr aparılıb. Beynəlxalq enerji korporasiyalarının tanınmış ekspertləri və iqlim sahəsində çalışan mütəxəssislər maraqlı təklif və təşəbbüslərlə çıxış ediblər. Bir sözlə, İqlim Həftəsi “yaşıl platforma” kimi COP hədəflərinə uyğun olaraq qlobal iqlim icması tərəfindən elan edilmiş 1,5°C hədəfinə aparan yol xəritəsi çərçivəsində müəyyən edilmiş prioritetlərə çatmaqda mühüm rol oynamaqdadır.
İqlim dəyişikliyi ilə mübarizədə nümunəvi fəaliyyət çərçivəsi
Tədbirdə çıxış edən ekspertlər vurğulayıblar ki, bu mötəbər tədbirə növbəti dəfə ev sahibliyinin Azərbaycana həvalə edilməsi ölkəmizin iqlim dəyişikliyi ilə mübarizədə nümunəvi fəaliyyəti ilə bağlıdır. BMT Baş Assambleyasının 73-cü sessiyasının prezidenti Maria Fernanda Espinoza bildirib ki, COP29-da iqlim dəyişikliyi ilə bağlı maliyyə vəsaitinin təmin edilməsi ən böyük uğur kimi yadda qalıb. COP-un əsas mövzularından biri maliyyələşmə ilə bağlı yekun nəticəyə Bakıda nail olunub. Azərbaycanın səyi ilə aparılan səmərəli danışıqlar və diplomatik uğurların nəticəsində iqlim maliyyəsi siyasətini koordinasiya edəcək beynəlxalq təsisatın - İtki və Zərərə cavab verən Fondun maliyyə büdcəsinin formalaşdırılması və maliyyələşdirmə səlahiyyətləri təmin edilib.
Mərkəzi Asiya üzrə İqlim Dəyişikliyi və Dayanıqlılıq Xidmətlərinin rəhbəri Viktor Kovalenko isə qeyd edib ki, Azərbaycan uğurlu “yaşıl enerji” diplomatiyasını yürütməklə geniş həmrəylik platforması yaradıb və ötən il COP29 sammiti ilə iqlim tarixində ən mühüm sazişlərin Azərbaycan paytaxtında imzalanmasına nail olub, uzun illər əldə edilməyən razılaşmalar bu məkanda öz həllini tapıb.
“Yaşıl enerji”nin gücü 4 giqavata çatdırılacaq
Azərbaycanın bərpaolunan enerji güclərinin yaradılması istiqamətində apardığı məqsədyönlü layihələrdən bəhs edən energetika naziri Pərviz Şahbazovun sözlərinə görə, ölkəmizdə 2030-cu ilə qədər şəbəkənin inteqrasiya imkanları çərçivəsində ümumi 2,7 giqavat gücündə Günəş elektrik stansiyası tikmək planlaşdırılır. Bu addım Azərbaycanda quraşdırılmış bərpaolunan enerji gücünü üçqat artıraraq 4 giqavata çatdıracaq və 3,2 milyard ton istixana qazı emissiyasının qarşısını alacaq. Növbəti iki ildə 10 yeni elektrik stansiyası şəbəkəyə inteqrasiya ediləcək. Bununla yanaşı, 2 qiqavat bərpaolunan enerjinin idarə olunması üçün 250 meqavat gücündə və 500 meqavat-saat həcmində batareya saxlanc sistemləri də istifadəyə veriləcək. Bu layihələrdən biri - 240 meqavat gücündə Xəzər dənizində qurulan külək elektrik stansiyasının artıq bu ilin noyabrında istismara verilməsi planlaşdırılır.
Bərpaolunan enerji sahəsində yalnız iri layihələr deyil, kiçik və orta ölçülü layihələr də bazarda mühüm rol oynayır. Bərpaolunan enerji üzrə tanınmış təsisatlardan biri “BCG Bakı” şirkətinin tərəfdaşı Aleksandr Tişkov bildirib ki, alternativ enerji sahəsində uğur qazanmaq üçün uzunmüddətli strateji master-plan, dövlətin maliyyə dəstəyi və yeni biznes imkanlarının araşdırılması xüsusi əhəmiyyət daşıyır. Bu sahədə Azərbaycanın atdığı addımlar təqdirəlayiqdir. Azərbaycan qlobal modelləri uğurla tətbiq edərək həm alternativ enerji mənbələrini istehlaka gətirir, həm də günəş panellərinə sərmayə qoymaqla ekoloji təmin enerji imkanlarını genişləndirir.
Azərbaycan enerji gücü ilə regiona sabitlik gətirmək niyyətindədir
“Masdar Azerbaijan” şirkətinin meneceri Murad Sadıxov isə bildirib ki, Azərbaycan bərpaolunan enerjinin ixracında potensial mərkəzlərdən birinə çevrilir. “Yaşıl enerji” ixracı əsasən Avropaya yönəlib. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə də sazişlər imzalayıb ki, bu sənədlərin icrası sayəsində Azərbaycan həm Mərkəzi Asiyaya bağlanacaq, həm də Avropaya çıxış imkanı qazanacaq. Əsas marşrutlardan biri Naxçıvana, Türkiyəyə, digəri isə Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu ilə Bolqarıstana uzanır. Bu diversifikasiya sayəsində Yaşıl Enerji Dəhlizləri formalaşacaq. Layihələr çərçivəsində 2040-cı ilə qədər mərhələli şəkildə təxminən 4 giqavatlıq bərpaolunan enerji ixracı nəzərdə tutulur. Bu amil Azərbaycanın “yaşıl enerji” sahəsində ixrac potensialını artıracaq və regionun dayanıqlı enerji inteqrasiyasına töhfə verəcək.
Ambisiyalar yalnız ixracla bitmir. Məqsəd daha böyük bir enerji şəbəkəsi qurmaq, həmin şəbəkənin bir hissəsinə çevrilmək və bununla bütün regiona sabitlik gətirməkdir. Azərbaycan bu prosesin mərkəzində enerji qovşağı kimi çıxış edərək, qitələr arasında enerji keçidində mühüm rol oynayacaq. Nəticədə, bu, təkcə respublikamız üçün deyil, bütövlükdə Avrasiya üçün böyük əhəmiyyət kəsb edir.
Azad ərazilərdə “yaşıl infrastruktur” qurulur
Azərbaycanın “yaşıl hədəflərində” azad ərazilərin potensialı da xüsusi əhəmiyyət daşıyır və bölgədə istifadəyə verilmiş 30-dan artıq su elektrik stansiyası bu potensialı getdikcə artırır. Bir neçə gün əvvəl işğaldan azad edilmiş ərazilərdə yaşıl texnologiyaların və enerji səmərəliliyi tələblərinin tətbiqi ilə bağlı əlaqələndirmə və monitorinq üzrə İşçi Qrupun 10-cu iclasında da bölgənin “yaşıl gücü” barədə nikbin rəqəmlər səsləndirilib. İşçi Qrupunun sədri Pərviz Şahbazov bildirib ki, azad olunmuş ərazilərdə “yaşıl texnologiyalar”ın təşviqi və bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi davamlı xarakter alıb.
Şuşa, Kəlbəcər və Cəbrayıl şəhərləri, Cəbrayıl rayonunun Şükürbəyli və Horovlu kəndlərində, eləcə də Laçın və Kəlbəcərdə istifadəyə verilmiş su elektrik stansiyaları təmiz enerjiyə keçidə dərin töhfələr verir. Eyni zamanda, bölgədə “ yaşıl texnologiyalar”ın tətbiqi artır, Horovlu kəndində 334 fərdi yaşayış evində damüstü günəş panellərinin şəbəkəyə qoşulması, Şuşa və Laçın şəhərləri, həmçinin Zabux kəndinin əhalisi üçün təşkil edilmiş bərpaolunan enerji mənbələrindən istifadə enerji səmərəliliyini gücləndirir. Bölgədə inşa edilmiş binalarda yüksək enerji səmərəliliyini təmin etmək məqsədilə görülmüş tədbirlər, ərazidə quraşdırılmış LED işıqlandırma dirəkləri, günəş əsaslı hibrid işıqlandırma qurğuları, elektrik doldurma məntəqələri, istismar edilən elektrikli avtobuslar və ictimai binalarda quraşdırılmış günəş panelləri “yaşıl infrastruktur”un dayanıqlılığını möhkəmləndirir.
Beləliklə, Bakı İqlim Fəaliyyəti Həftəsi dayanıqlı inkişaf və iqlim fəaliyyəti öhdəliyinə sadiq olan təşkilatlarla yeni əməkdaşlıq əlaqələri, eləcə də investisiya və tərəfdaşlıqlar çərçivəsində Azərbaycanın yeni təşəbbüslərinin dəstəklənməsi baxımından səmərəli platforma kimi yadda qalacaq. Tədbirdə əldə edilən anlaşmalar iqlim həllərinin inkişaf etdirilməsi məsələsində beynəlxalq əməkdaşlıq və sinerjini daha da gücləndirəcək. Azərbaycanın regionda iqlim tədbirlərində lider mövqeyini qoruyacaq və yaşıl keçid imkanlarını nümayiş etdirməyə davam edəcək.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxSosial
20 Yanvar 16:54
Dünya
20 Yanvar 16:23
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Gündəm
20 Yanvar 11:51
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Gündəm
20 Yanvar 00:24
Dünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32
Gündəm
19 Yanvar 19:25
Dünya
19 Yanvar 19:14
Dünya
19 Yanvar 18:43
YAP xəbərləri
19 Yanvar 18:22
YAP xəbərləri
19 Yanvar 18:16
YAP xəbərləri
19 Yanvar 17:10
YAP xəbərləri
19 Yanvar 17:09
Elm
19 Yanvar 16:56
YAP xəbərləri
19 Yanvar 16:53
Hadisə
19 Yanvar 16:45
YAP xəbərləri
19 Yanvar 16:13
Sosial
19 Yanvar 16:07
Dünya
19 Yanvar 16:06
İdman
19 Yanvar 16:06
İqtisadiyyat
19 Yanvar 16:05
Siyasət
19 Yanvar 15:59
Gündəm
19 Yanvar 15:58
Sosial
19 Yanvar 15:39
YAP xəbərləri
19 Yanvar 15:38
YAP xəbərləri
19 Yanvar 15:31
YAP xəbərləri
19 Yanvar 15:29
YAP xəbərləri
19 Yanvar 15:24
YAP xəbərləri
19 Yanvar 15:23
Gündəm
19 Yanvar 15:13
Sosial
19 Yanvar 14:35

