/ / “BakuTel-2013” çərçivəsində Regional Rabitə Birliyinə daxil olan ölkələrin rabitə administrasiyaları başçılarının görüşü olub
“BakuTel-2013” çərçivəsində Regional Rabitə Birliyinə daxil olan ölkələrin rabitə administrasiyaları başçılarının görüşü olub
04.12.2013 [08:49]
“BakuTel-2013” XIX Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi çərçivəsində dekabrın 3-də Regional Rabitə Birliyinə (RRB) daxil olan ölkələrin rabitə administrasiyaları başçılarının görüşü olub.
AzərTAc xəbər verir ki, iclasda RRB-nin tamhüquqlu üzvləri - Azərbaycanın, Belarusun, Qazaxıstanın, Qırğızıstanın, Ukraynanın və RRB-nin müşahidəçiləri olan Latviyanın, Litvanın və Sloveniyanın rabitə administrasiyalarının rəhbərləri iştirak ediblər.
Açılış mərasimində Rusiya Federasiyasının rabitə və kütləvi kommunikasiyalar naziri Nikolay Nikiforov tədbirin əhəmiyyətini vurğulayaraq RRB və digər beynəlxalq təşkilatlar, həmçinin qonşu dövlətlərlə əməkdaşlıq çərçivəsində təcrübə mübadiləsinin aparılmasının vacibliyini bildirib.
Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov qeyd edib ki, son illərdə informasiya-kommunikasiya texnologiyaları (İKT) sürətlə inkişaf edərək iqtisadiyyatın davamlı yüksəlişində və cəmiyyətin həyatında aparıcı sahəyə çevrilib. İKT dövlət siyasətində prioritet hesab edilir. Təsadüfi deyildir ki, Prezident İlham Əliyev tərəfindən 2013-cü ili Azərbaycanda “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilib və artıq bu sahənin müxtəlif istiqamətlərini əhatə edən xüsusi tədbirlər planı icra olunub.
Nazir Əli Abbasov Azərbaycanda rəqəmli televiziya yayımı sisteminin tətbiqindən danışaraq bildirib ki, ölkəmizdə bu sistemə keçidi zəruri edən başlıca amil televiziya yayımında keyfiyyətə olan tələbat, məhdud tezlik resurslarından səmərəli istifadə olunması və mobil televiziyaya ehtiyacın yaranmasıdır. Hazırda Azərbaycan ərazisinin 96 faizi rəqəmsal yayımla əhatə olunub. Cari ilin sonunadək bu göstərici 100 faizə çatdırılacaq. Bakıda 100-dən çox, regionlarda isə 40-dək rəqəmsal televiziya kanalından istifadə olunur.
Tədbirdə internetə genişzolaqlı simsiz çıxışı təmin edən avadanlığın istehsalının təşkili və onların 694-790 MHz radiotezlik zolaqlarında əsas fəaliyyətləri barədə məlumat verilib.
İclasda mövzu ilə bağlı çıxışlar və ətraflı müzakirələr aparılıb.
Sonda radiotezlik zolaqlarının səmərəli və perspektiv istifadəsinin aktuallığını və vacibliyini təsdiqləyən yekun sənəd qəbul edilib.
Xəbər lenti
Hamısına baxSiyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59

