Avropanın yeni enerji xəritəsini formalaşdıracaq layihə - “Şahdəniz-2”
23.01.2014 [10:26]
Ötən il həm ölkə daxilində, həm də Azərbaycanın xarici siyasəti çərçivəsində əhəmiyyətli layihələrin reallaşdırılması milli inkişafı sürətləndirməklə yanaşı, ölkəmizin beynəlxalq əlaqələrinin əhatə dairəsinin genişlənməsinə də mühüm töhfələr vermiş oldu
Sirr deyil ki, 2013-cü il Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil oldu. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu başa vurduğumuz 2013-cü ildə də mühüm nailiyyətlərin əldə edilməsini şərtləndirdi. Belə ki, sosial, iqtisadi, mədəni sahələrdə əhəmiyyətli tədbirlər görüldü, mühüm siyasi-hüquqi islahatların həyata keçirilməsi sayəsində ölkəmiz demokratik inkişaf yolunda qətiyyətlə irəliləməyə davam etdi və Azərbaycanın beynəlxalq mövqeyi daha da möhkəmləndi. Ümumilikdə, ötən ildə əldə edilən nailiyyətləri şərtləndirən mühüm faktorlardan biri də səmərəli layihələrin həyata keçirilməsi oldu. Həm ölkə daxilində, həm də Azərbaycanın xarici siyasəti çərçivəsində əhəmiyyətli layihələrin həyata keçirilməsi milli inkişafı sürətləndirməklə yanaşı, ölkəmizin beynəlxalq əlaqələrinin əhatə dairəsinin genişlənməsinə də mühüm töhfələr vermiş oldu.
Bu kontekstdə həyata keçirilən siyasətin səmərəliliyini anlamaq üçün reallaşdırılan layihələrə ayrı-ayrılıqda nəzər yetirmək məqsədəmüvafiqdir. Yeri gəlmişkən, bu baxımdan 2013-cü ilin ən yaddaqalan və uğurlu nəticələrindən biri kimi dekabrın 17-də Bakıda “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması mərasimini qeyd etmək olar. “Şahdəniz-2”nin təsdiq edilməsi layihənin artıq reallaşdırılma mərhələsinə qədəm qoymasından xəbər verir.
Qeyd etmək lazımdır ki, Avropada yeni enerji xəritəsi formalaşdıracaq bu layihə enerji təhlükəsizliyi kontekstində regional və beynəlxalq təhlükəsizliyə mühüm strateji töhfədir. Təkcə layihənin əhəmiyyətinə nəzər yetirmək bunu deməyə əsas verir. Məlum olduğu kimi, “Şahdəniz-2” layihəsi Azərbaycan və Gürcüstan ərazisi boyunca Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsinə xidmət etməklə Trans-Anadolu və Trans-Adriatik qaz boru kəmərlərinin tikintisi ilə bağlı planların reallaşmasına təkan verəcək, Avropaya yeni qaz dəhlizi açacaq. Layihə çərçivəsində 26 sualtı quyunun qazılması, həmçinin körpü ilə birləşdiriləcək iki platformanın tikintisi, Səngəçalda isə yeni texniki emal və kompressor qurğularının inşası nəzərdə tutulur. Nəql olunacaq qaz Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya və digər ölkələrdə milyonlarla istehlakçını təmin edəcəkdir. İlk qazın Avropaya 2019-cu ildə çatdırılması planlaşdırılır.
1999-cu ildə kəşf olunan “Şahdəniz” yatağının işlənilməsinin birinci mərhələsi çərçivəsində 2006-cı ildən Gürcüstan və Türkiyəyə qaz ixrac edilir. “Şahdəniz” yatağının işlənilməsinin ikinci mərhələsi və “Cənub” qaz dəhlizi layihələri isə dünyanın neft-qaz sənayesində indiyə qədər həyata keçirilmiş ən böyük və mürəkkəb təşəbbüslərdən hesab olunur.
Onu da vurğulamaq gərəkdir ki, beynəlxalq mətbuat və nüfuzlu ekspertlər “Şahdəniz-2” layihəsini XXI əsrin enerji təhlükəsizliyinə mühüm töhfələr verəcək əsas strateji proyekt kimi dəyərləndiriblər. Eyni zamanda, dünya ictimaiyyəti və aparıcı milli dövlətlər bu hadisəni olduqca yüksək qiymətləndiriblər. Məsələn, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger Avropa İttifaqının TAP layihəsini tam dəstəklədiyini, “Şahdəniz-2” layihəsinin yekun investisiya qərarının imzalanmasının səmərəli əməkdaşlıq üçün yeni imkanlar açdığını vurğulayıb: “Azərbaycan 2011-ci ildə verdiyi vədinə sadiq qalaraq “Cənub” qaz dəhlizinin icrasına başlayır. Zaman keçdikcə biz görəcəyik ki, bu layihə də digər uzunmüddətli layihələr kimi xüsusi əhəmiyyət kəsb edəcəkdir. Lakin gələcəyin inkişafını təmin edən siyasi təməl bu gün qoyulur”.
Avropa İttifaqının enerji məsələləri üzrə komissarı əlavə edib ki, yaxın keçmişdə bəziləri bu layihəni mümkünsüz layihə adlandırıblar: “Lakin ilk dəfə deyildir ki, bu regionda mümkünsüz hesab edilən layihələr tərəfdaşların əməkdaşlığı nəticəsində uğurla başa çatdırılır. Birincisi, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, indi isə “Cənub” qaz dəhlizi. Qərar Avropanın qaz mənbələrinin şaxələndirilməsinə xidmət edəcəkdir və Qafqaz ilə Avropa İttifaqı arasında əlaqələri möhkəmləndirəcəkdir”.
Göründüyü kimi, “Şahdəniz-2” layihəsi mühüm geostrateji maraqların ifadəçisi olmaq etibarilə xüsusilə də Avropada perspektiv enerji təhlükəsizliyinin qarantı kimi çıxış edəcək. Bu, həmçinin, tərəfdaşlar arasında praqmatik iqtisadi maraqların uzlaşdırılması və diversifikasiyasına əsaslanır. “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması mərasimində çıxış edən Prezident İlham Əliyev bu məsələyə xüsusi olaraq toxunaraq qeyd edib ki, “Şahdəniz-2” dünyanın ən iri enerji layihələrindən biridir: “Bu layihə enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi layihəsidir. Bu tarixi layihədə iştirakçı dövlət və şirkətlərin geniş əməkdaşlığı təmin ediləcəkdir”.
Nəticə etibarilə, “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması mövcud xarici siyasət kursunun fonunda, enerji təhlükəsizliyi kontekstində tarixi nəticə kimi səciyyələndirilməlidir. Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bu məsələyə toxunan dövlətimizin başçısı vurğulayıb ki, bu tarixi nailiyyətdir, tarixi qələbəmizdir: “Bu layihə XXI əsrin layihəsidir. Bu layihə Azərbaycana böyük dividendlər gətirəcəkdir - həm iqtisadi, həm siyasi. Ölkəmizin nüfuzu, bizim iqtisadi gücümüz artacaqdır”.
Sadalananlar ümumilikdə onu deməyə əsas verir ki, bu gün Azərbaycan sahib olduğu zəngin enerji ehtiyatlarından səmərəli şəkildə istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan başlıca aktorlardan biri kimi çıxış edir. Ölkəmiz milli dövlətçilik prinsiplərinə müvafiq olaraq həyata keçirilən praqmatik və rasional siyasət nəticəsində miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli transmilli layihələrin mərkəzi oyunçusu qismində çıxış etməkdədir. Təsadüfi deyil ki, Xəzər dənizinə xarici sərmayədarları ilk dəfə dəvət etməklə uzunmüddətli qarşılıqlı faydalı əməkdaşlığın sağlam təməlini atan Azərbaycanın iştirakı olmadan bu gün regionda heç bir strateji layihə gerçəkləşdirilə bilməz. Bu da Azərbaycanın dünya dövlətlərinin strateji əməkdaşlıqlar perspektivində kəsb etdiyi önəmi aydın şəkildə əks etdirir. Məhz “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması da ölkəmizin regional və beynəlxalq enerji təhlükəsizliyinin təmin olunmasına, eləcə də, yeni əməkdaşlıq platformalarının formalaşdırılmasına mühüm töhfələr verdiyini göstərir...
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
20 Yanvar 17:31
Sosial
20 Yanvar 16:54
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Gündəm
20 Yanvar 00:24
Dünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32
Gündəm
19 Yanvar 19:25
Dünya
19 Yanvar 19:14
Dünya
19 Yanvar 18:43
YAP xəbərləri
19 Yanvar 18:22
YAP xəbərləri
19 Yanvar 18:16
YAP xəbərləri
19 Yanvar 17:10
YAP xəbərləri
19 Yanvar 17:09
Elm
19 Yanvar 16:56
YAP xəbərləri
19 Yanvar 16:53
Hadisə
19 Yanvar 16:45
YAP xəbərləri
19 Yanvar 16:13
Sosial
19 Yanvar 16:07
Dünya
19 Yanvar 16:06
İdman
19 Yanvar 16:06
İqtisadiyyat
19 Yanvar 16:05
Siyasət
19 Yanvar 15:59
Gündəm
19 Yanvar 15:58
Sosial
19 Yanvar 15:39
YAP xəbərləri
19 Yanvar 15:38
YAP xəbərləri
19 Yanvar 15:31
YAP xəbərləri
19 Yanvar 15:29
YAP xəbərləri
19 Yanvar 15:24
YAP xəbərləri
19 Yanvar 15:23
Gündəm
19 Yanvar 15:13

