Dünya miqyasında elektron ticarət deyilən bir yeniliyin meydana çıxması...
28.08.2014 [09:47]
Bu, yeni yaranmış münasibətlərin tənzimlənməsinə, o cümlədən, texniki, iqtisadi, maliyyə, vergi və hüquq normalarının uzlaşdırılmasına zərurət yaradıb
İnternet vasitəsi ilə elektron ticarətin həyata keçirilməsi dünyada gedən qloballaşma prosesinin tərkib hissələrindən biridir. Son dövrlərdə inkişaf etmiş ölkələr də artıq yeni inkişaf mərhələsinə - vahid informasiya cəmiyyətinin yaradılması mərhələsinə daxil olmaqdadır. Sahibkarlıq fəaliyyəti sahəsində bu istiqamətdə baş verən yeni dəyişikliklər biznesin elektron qaydada aparılmasında və ya elektron ticarətin tətbiqində öz əksini tapıb.
Bunu KİV-ə müsahibəsində Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Natiq Şirinov deyib. Onun sözlərinə görə, dünya miqyasında elektron ticarət deyilən bir yeniliyin meydana çıxması yeni yaranmış münasibətlərin tənzimlənməsinə, o cümlədən, texniki, iqtisadi, maliyyə, vergi və hüquq normalarının uzlaşdırılmasına zərurət yaradıb: “Son illərdə ABŞ, Kanada, Avstraliya və bəzi Avropa ölkələrində elektron qaydada həyata keçirilən biznesi tənzimləyən qanunvericilik aktları qəbul edilir. Artıq Azərbaycanda da biznesin elektron qaydada aparılması zamanı meydana çıxan hüquqi və iqtisadi münasibətləri tənzimləyən bir sıra qanunvericilik aktları qəbul olunub. “Elektron sənəd, elektron imza haqqında”, “Elektron ticarət haqqında” qanunları, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə elektron ticarətlə bağlı müddəaların daxil edilməsini misal göstərmək olar”.
Qeyd olunub ki, hazırda sahibkarlıq fəaliyyətinin bütün sahələrinə, o cümlədən, elektron ticarətə vergi nəzarəti Vergi Məcəlləsi ilə müəyyən olunmuş ümumi qaydada aparılır. Lakin elektron ticarətin yuxarıda göstərilən xüsusiyyətləri nəzərə alınaraq bu sahədə vergi nəzarətinin təkmilləşdirilməsi vacib məsələlərdən biridir. Yaxın gələcəkdə elektron ticarətə vergi nəzarətinin həyata keçirilməsi sahəsində beynəlxalq təcrübənin öyrənilərək təkmil vergi nəzarəti mexanizminin yaradılması ilə bağlı tədbirlərin görülməsi nəzərdə tutulur.
Müsahibəsində digər məqamlara da toxunan N.Şirinov bildirib ki, vergi sisteminin inkişafı ilə bağlı qəbul edilmiş Strateji Planda nazirliyin strukturlarının və işçilərinin fəaliyyətinin qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi, bu sahədə beynəlxalq təcrübənin araşdırılaraq tətbiqi imkanlarının müəyyən edilməsi və digər ölkələrin vergi orqanları ilə təcrübə mübadiləsinin həyata keçirilməsi nəzərdə tutulur. Bu məqsədlə Vergilər Nazirliyi tərəfindən fəaliyyətin qiymətləndirilməsi sahəsində mütərəqqi beynəlxalq təcrübə öyrənilib. Bu ilin martında Avropa İttifaqının “TAİEX” proqramı çərçivəsində Avstriya Vergi Administrasiyasının nümayəndələri ekspert missiyası qismində Bakıda olarkən ekspert hesabatı hazırlayıblar. Eyni zamanda, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın qərarı ilə “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydaları” təsdiq edilib.
N.Şirinovun sözlərinə görə, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Prezidentin Fərmanına əsasən yerli vergilərin və ödənişlərin düzgün hesablanmasında, tam və vaxtında ödənilməsində, habelə vergi qanunvericiliyinə tam və dəqiq riayət edilməsində bələdiyyələrə metodik rəhbərliyi Vergilər Nazirliyi həyata keçirir. Mövcud vəziyyətin yaxşılaşdırılması, bələdiyyələrin vergi xidmətlərinin fəaliyyətinin gücləndirilməsi üçün yerli özünüidarəetmə orqanlarında İKT-nin tətbiqi prioritet məsələyə çevrilib. Bu məsələ “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında da nəzərdə tutulan vəzifələrdən biridir.
Bələdiyyələrdə elektron uçotun həyata keçirilməsi ilə bağlı Vergilər Nazirliyinin sifarişi əsasında “Bələdiyyə Vergi İnformasiya Sistemi” (BVİS) proqram təminatı hazırlanıb. Avtomatlaşdırılmış uçot sisteminin tətbiq olunması bələdiyyələrdə geniş məlumat bazasının yaradılmasını təmin etməklə, yerli vergi və ödənişlərin düzgün hesablanmasına, onların tam və vaxtında yerli büdcələrə ödənilməsinə xidmət edəcək.
Məlum olduğu kimi, bu gün sahibkarları narahat edən məsələlərdən biri də mövcud təcrübədə vergi qanunvericiliyi sahəsində yaranmış mübahisəli halların onlara izah edilməsidir. Müsahibəsində həmin məqama da toxunan Natiq Şirinov “Vergi Məcəlləsində vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamların vergi ödəyicisinin xeyrinə şərh olunması öz əksini tapıb. Qanunvericilik Vergi Məcəlləsinə rəsmi şərhlərin hazırlanmasını zəruri edir. Vergilər nazirinin əmrinə əsasən Vergi Məcəlləsinin şərhlərinin hazırlanması ilə bağlı komissiya yaradılıb. Məcəllənin müddəalarının aydın və konkret şərh edilməsi üçün komissiya ciddi işlər görür. Düşünürük ki, şərhlərin hazırlanması məcəllənin maddələri ilə əlaqədar sorğuların sayının da əhəmiyyətli dərəcədə azalmasına səbəb olacaq”, - deyib.
Xəbər lenti
Hamısına baxHadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52

