/ / Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Dünya İqtisadi Forumunun Asiya sammitində iştirak edib
Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Dünya İqtisadi Forumunun Asiya sammitində iştirak edib
13.09.2014 [10:57]
Sentyabrın 10-12-də Çin Xalq Respublikasının (ÇXR) Tiencin şəhərində Dünya İqtisadi Forumunun Asiya sammiti keçirilib.
“Yay Davosu” adlandırılan iclasda 90 ölkədən 1600-dən çox nümayəndə, o cümlədən hökumət rəsmiləri, nazirlər, regional təşkilatların və iri şirkətlərin rəhbərləri, vətəndaş cəmiyyətinin təmsilçiləri, elm adamları, ictimai xadimlər iştirak ediblər. “İnnonasiya vasitəsilə dəyərin yaradılması” mövzusundakı illik iclasın məqsədi dünya iqtisadiyyatının yeni elmi-texniki nailiyyətlərinin və inkişaf modellərinin tətbiqi əsasında inkişaf etdirilməsi yollarının müzakirəsi olub. Üç gün ərzində 140-dan çox bölmə iclasında davamiyyət və cəmiyyət, innovasiya və sənaye, elm və texnologiya, yaradıcılıq və mədəniyyət, kibertəhlükəsizlik mövzuları üzrə müzakirələr aparıb. İştirakçılar nano, robot, enerji və informasiya texnologiyalarının inkişafı ilə bağlı məsələləri nəzərdən keçiriblər.
Tiencindəki Meycianq Konfrans və Sərgi Mərkəzində təşkil olunan iclasın açılış mərasimində Çinin Dövlət Şurasının sədri (baş nazir) Li Keçyan, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı direktoru Klaus Şvab çıxış ediblər.
İllik iclasda Azərbaycan rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun rəhbərliyində nümayəndə heyəti ilə təmsil olunub. Nazir Ə.Abbasov iclasın “Hiper-birləşmiş dünya və internet idarəçiliyi”, “Avrasiya: yeni hüdudlar üçün ssenarilər” mövzularındakı sessiyalara məruzəçi, digər bölmə iclaslarına isə iştirakçı qismində qatılıb. O, Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi altında son illər iqtisadi baxımından dinamik inkişafı, həyata keçirilən islahatlar nəticəsində yaradılan əlverişli sərmayə mühiti barədə danışaraq, əldə olunan uğurları diqqətə çatdırıb.
Nazir Ə.Abbasov çıxışında regional əməkdaşlıq, internet idarəçiliyi, internet təhlükəsizliyi mövzularına toxunaraq müvafiq sahələrdə Azərbaycanda görülən işlər barədə də məlumat verib.
İclas çərçivəsində Azərbaycan nümayəndə heyətinin Çinin kiberməkanı məsələləri üzrə naziri Vey Lu ilə ikitərəfli görüşü keçirilib. Görüşdə iki ölkə arasında informasiya-kommunikasiya texnologiyaları, kibertəhlükəsizlik fəaliyyəti və internet idarəçiliyi məsələləri müzakirə olunub. Bundan başqa, BMT-nin Baş Məclisi qətnamələri ilə siyasi dəstək almış “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) və ölkəmizin təşəbbüsü ilə yaradılan “Avrasiya Rabitə Alyansı” (Eurasian Connectivity Alliance-EuraCA) kimi beynəlxalq layihələrin dəstəklənməsi və reallaşdırılması ilə bağlı danışıqlar aparılıb.
Nazir Ə.Abbasov Vey Lunu dekabrın 2-5-də Bakıda təşkil olunacaq “Bakutel-2014” sərgisinə, eləcə də sərgi çərçivəsində Azərbaycan hökuməti, Beynəlxalq Telekommunikasiya İttifaqı, Dünya İqtisadi Forumunun birgə təşkilatçılığı ilə keçiriləcək və internetin 45 illiyinə həsr olunan beynəlxalq konfransa dəvət edib. Qarşı tərəf dəvəti yüksək qiymətləndirərək, konfransda ölkəsinin təcrübəsini bölüşməyə hazır olduğunu bildirib.
Çinli nazir öz növbəsində nazir Ə.Abbasovu noyabrda Pekində Çin prezidentinin iştirakı ilə keçiriləcək qlobal internet sammitinə dəvət edib.
Nazir Ə.Abbasov daha sonra Gürcüstan, Vyetnam, Ruanda, Mali və digər ölkələrin əlaqədar nazirləri, Avropa Yenidənqurma və İnkişaf Bankı, Dünya İqtisadi Forumu, İCANN kimi beynəlxalq təşkilatların, habelə “Microsoft” (ABŞ), “Huawei” (Çin), “Vikua” (Venesuela) və digər şirkətlərinin rəhbərləri və nümayəndələri ilə də görüşlər keçirib. Görüşlərdə müvafiq sahələrdə əməkdaşlıq imkanları, beynəlxalq sərgilərdə qarşılıqlı iştirakın təmin olunması, xarici şirkətlərin ölkəmizin iqtisadiyyatına sərmayə qoyuluşunun təşviqi, habelə Azərbaycan şirkətlərinin beynəlxalq bazarlara çıxış imkanları müzakirə olunub.
Azərbaycan nümayəndə heyətinin rəhbəri Çin Mərkəzi Televiziyasının (CCTV) və “21st Century Business Herald” qəzetinin müxbirlərinə müsahibə verib.
Xəbər lenti
Hamısına baxDünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51

