Azərbaycan güclü iqtisadi dayaqlara malik ölkədir
10.01.2015 [11:30]
Respublikada qeyri-neft sektorunun dinamik inkişafının təmin olunması və strateji valyuta ehtiyatlarının ilbəil artması hər hansı qlobal təsirlərdən qorunmağa, maliyyə-büdcə-fiskal öhdəliklərini tam yerinə yetirməyə, planlaşdırılan layihələri reallaşdırmağa imkan verir
Hazırda qlobal miqyasda böyük narahatlıqla izlənilən mövzulardan biri də dünya birjalarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsidir. Neftin bir barelinin 50 dollaradək ucuzlaşması əmtəə dövriyyəsinin əsasını neft və neft məhsulları təşkil edən və milli gəlirləri karbohidrogen ehtiyatlarının satışı hesabına formalaşan ölkələrdə ciddi ajiotaja səbəb olub.
Bəs dünya bazarına karbohidrogen ehtiyatları çıxaran ölkələr sırasında yer alan Azərbaycanda vəziyyət necədir? Əlbəttə, dünya birjalarında neftin ucuzlaşması ölkəmiz üçün də arzuolunmaz haldır. Bununla belə, bütövlükdə Azərbaycan iqtisadiyyatının qlobal təsirlərə həssaslıq nümayiş etdirməməsi nikbinlik doğurur.
Neftin qiymətində müşahidə edilən azalma tendensiyasının ölkədə həyata keçirilməsi nəzərdə tutulan planlara müəyyən mənfi təsirlər göstərəcəyi istisna olmasa da, bütövlükdə Azərbaycan iqtisadiyyatı öz dayanıqlılığını saxlayır və ekspertlər bundan sonra da ölkədə ciddi iqtisadi-maliyyə təbədülatlarının baş verməyəcəyini proqnozlaşdırırlar.
Dünyada baş verən kataklizmlərin fonunda Azərbaycanın sabitlik və inkişaf adası kimi səciyyələnməsi bir sıra obyektiv amillərlə bağlıdır. Azərbaycan o ölkələrdəndir ki, öz iqtisadiyyatını sırf neft amili üzərində qurmayıb. Zamanında həyata keçirilən preventiv tədbirlər, islahatlar kursu, iqtisadiyyatın məqsədyönlü şəkildə şaxələndirilməsi respublikamızın güclü iqtisadi dayaqlarını formalaşdırıb.
Son illərdə Prezident İlham Əliyevin ciddi səyləri sayəsində ölkəmizdə qeyri-neft sektorunun üstün inkişafının təmin edilməsi Azərbaycan iqtisadiyyatının qlobal risklərə, o cümlədən də, neftin qiymətinin aşağı düşməsinə yüksək dayanıqlılıq göstərməsini şərtləndirən amillər sırasında mühüm yer tutur. Bir vaxtlar ölkədə istehsal olunan ümumi daxili məhsulda neft sektorunun çəkisi 80 faiz civarında idi. Hazırda bu göstərici 45 faizə düşüb və ÜDM-də qeyri-neft sektorunun payı 60 faizə yaxınlaşıb. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu, məhz şaxələndirmə siyasətinin, əvvəlki illərdə ölkə iqtisadiyyatının diversifikasiyası üçün çoxlu investisiya yatırılmasının nəticəsidir.
Təsadüfi deyil ki, ekspertlər də dünya bazarında neftin qiymətinin aşağı düşməsinin müqabilində ölkə iqtisadiyyatının yüksək dayanıqlılıq nümayiş etdirməsi ilə bağlı nikbin proqnozlar irəli sürürlər. “Dünya bazarında neftin qiymətinin aşağı düşməsi Azərbaycan iqtisadiyyatına ciddi təsir etməyəcək. Çünki ölkəmizdə düzgün iqtisadi siyasət həyata keçirilir”. Bu fikirləri Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov ifadə edib. V.Əhmədov bildirib ki, Azərbaycan valyuta ehtiyatlarını ildən-ilə artırır, hər il qeyri-neft sektorunda artım baş verir. “Dünyanın siyasi və iqtisadi aləmində ciddi dəyişikliklər baş verir. Azərbaycan dövləti də bu proseslərə hazırlığı diqqət mərkəzində saxlayır. Ölkəmizin kifayət qədər valyuta ehtiyatı var. Qeyri-neft sektorunun inkişafında getdikcə daha güclü artımlar baş verir. Bu amil isə Azərbaycanın dövlət büdcəsində neft gəlirlərinin çəkisinin aşağı düşməsinə səbəb olur” - deyə, komitə üzvü vurğulayıb. V.Əhmədov, həmçinin, müəyyən ehtiyat tədbirlərinin görülməsinin zəruriliyinə də diqqət çəkib: “Hesab edirəm ki, Azərbaycanda 2015-ci ildə ciddi problem olmayacaq. Amma bütün bunlara baxmayaraq, ehtiyatlı yanaşmaq lazımdır. Müəyyən qədər büdcədə qənaət mexanizmini həyata keçirmək lazımdır”.
Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, partiyanın İqtisadi məsələlər komissiyasının sədr müavini Aydın Hüseynov da dünya bazarında neftin qiymətinin aşağı düşməsinin müqabilində Azərbaycan iqtisadiyyatının yüksək dayanıqlılıq göstərməsinə münasibətini ifadə edərək bildirib ki, neftin ucuzlaşması Azərbaycan üçün təhlükə yaratmır: “Azərbaycanın güclü iqtisadiyyatı var, maliyyə potensialı dözümlüdür, iqtisadi təhlükəsizlik yastığı maliyyə-büdcə-fiskal öhdəlikləri tam yerinə yetirməyə imkan verir”.
A.Hüseynov vurğulayıb ki, neftin ucuzlaşması, əslində dünya iqtisadiyyatında artım templərinin zəifləməsi və dünyada yanacağa istehlakın aşağı düşməsi fonunda baş verir və bu, təkcə, neft ixrac edən ölkələrə deyil, həm də ümumilikdə, qlobal səviyyədə ölkələrin iqtisadi-maliyyə sektorlarına təsir etməkdədir: “Hazırda qlobal maliyyə böhranının təsirləri bütün dünyada hiss olunur və beynəlxalq miqyasda aparıcı güc mərkəzlərinin, xüsusən də Avropa iqtisadiyyatının geriləməsi müşahidə olunmaqdadır. İqtisadi artım tempi Avropada çox zəifdir, bu region ölkələrində artım ötən il 0,3-1 faiz təşkil edib. Avrozonada xarici borc 14 trilyon dollara çatıb. Cənubi Avropa ölkələrində xarici borc 5 milyard dollardır. ABŞ-da isə işsizlik problemi aktualdır, 9 faiz işsizlik var. Asiya regionunda ixrac potensialı aşağı düşdüyü üçün böhran, durğunluq təhlükəsi yaranıb”.
A.Hüseynovun sözlərinə görə, dünya bazarında yanacağın qiymət dəyişiklikləri dəfələrlə baş verib və qlobal proseslər fonunda Azərbaycan iqtisadiyyatı böhrana qarşı dözümlülük nümayiş etdirib: “2009-cu ildə neftin kəskin ucuzlaşması zamanı milli iqtisadiyyata ciddi təsirlər hiss olunmadı. Postböhran dövründə öz dayanıqlı inkişafını davam etdirən və iqtisadiyyatın diversifikasiyası ilə bağlı siyasəti dərinləşdirən Azərbaycanda maliyyə bazarlarının bütün seqmentləri üzrə dinamizm müşahidə olundu, respublikamızda iqtisadi aktivlik artdı. 2009-2010-cu illərdə Avropanın və Amerikanın iqtisadi inkişaf dinamikasının zəif templərlə artmasına baxmayaraq, Azərbaycan iqtisadiyyatında yüksək aktivlik qeydə alındı”.
A.Hüseynov bildirib ki, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi altında məqsədyönlü islahatların ardıcıllıq və peşəkarlıqla həyata keçirilməsi iqtisadiyyatın şaxələnməsini təmin edib. Həyata keçirilən təsirli tədbirlər ölkəmizin dünya maliyyə böhranının meyillərindən kənarda qalmasına səbəb olub, respublikamızın maliyyə qüdrətinin daha da yüksəlməsinə, valyuta rezervlərinin artmasına zəmin yaradıb. Ekspert vurğulayıb ki, qlobal proseslər fonunda baş verənlər Azərbaycanda iqtisadi inkişaf dinamikasına təsir etməyərək makroiqtisadi sabitliyin dönməzliyini gücləndirəcək, islahatların dinamik xarakterini davamlı edəcək. Azərbaycan iqtisadiyyatının neftdən kənar sahələrinin inkişafı sayəsində milli iqtisadiyyatımız daha da inkişaf edir və milli istehsal iqtisadi dayanıqlılığa güclü zəmin yaradır.
A.Hüseynovun sözlərinə görə, güclü sənaye bölməsi, regionlarda fəaliyyəti artan aqrar-sənaye, emal, yeyinti müəssisələri, müasir aqrar komplekslər, tikinti materialları, məişət malları, yeyinti sənayesi istehsalatları, eləcə də, rabitə, informasiya-kommunikasiya texnologiyaları, nəqliyyat, turizm müəssisələri qeyri-neft sektorunda əsas strateji sahələr hesab oluna bilər: “Həmin sahələrdə istehsalın artması isə iqtisadiyyatda qeyri-neft sektorunun çəkisinin daha da yüksəlməsi və qeyri-neft gəlirlərinin real büdcə daxilolmalarında payının artmasına imkan verəcək. Nəticədə, qeyri-neft gəlirləri neft gəlirlərini üstələyəcək və bu amil milli iqtisadiyyatın dinamik inkişafını təmin edəcək”.
A.Hüseynov əminliklə vurğulayıb ki, neftin ucuzlaşması Azərbaycanın real büdcə öhdəliklərini yerinə yetirməsinə mane olmayacaq və infrastruktur layihələrinin reallaşmasının qarşısını almayacaq: “Ölkəmizin güclü maliyyə potensialı var. Azərbaycanın 55 milyard dollar həcmində valyuta ehtiyatlarının olması güclü iqtisadi təhlükəsizlik yastığı deməkdir və bu faktor Azərbaycan iqtisadiyyatının dayanıqlılığını möhkəmləndirir”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxİdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58
YAP xəbərləri
27 Oktyabr 21:30
Dünya
27 Oktyabr 21:10
İdman
27 Oktyabr 20:49
YAP xəbərləri
27 Oktyabr 20:36
Sosial
27 Oktyabr 20:15
Hadisə
27 Oktyabr 19:54
Dünya
27 Oktyabr 19:32
YAP xəbərləri
27 Oktyabr 19:18
YAP xəbərləri
27 Oktyabr 18:46
YAP xəbərləri
27 Oktyabr 17:34
Sosial
27 Oktyabr 17:13
Siyasət
27 Oktyabr 16:46
Gündəm
27 Oktyabr 16:34
Gündəm
27 Oktyabr 16:28
Sosial
27 Oktyabr 16:27
Gündəm
27 Oktyabr 16:24
Gündəm
27 Oktyabr 16:23
Maraqlı
27 Oktyabr 16:20
YAP xəbərləri
27 Oktyabr 16:01
Dünya
27 Oktyabr 15:42
YAP xəbərləri
27 Oktyabr 15:30
Dünya
27 Oktyabr 15:29
YAP xəbərləri
27 Oktyabr 15:00
YAP xəbərləri
27 Oktyabr 14:47
YAP xəbərləri
27 Oktyabr 14:42
Elanlar
27 Oktyabr 14:41
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:38
YAP xəbərləri
27 Oktyabr 14:37
Dünya
27 Oktyabr 14:30
Sosial
27 Oktyabr 14:19
Sosial
27 Oktyabr 14:16
YAP xəbərləri
27 Oktyabr 14:08
Dünya
27 Oktyabr 13:24
YAP xəbərləri
27 Oktyabr 13:05
Dünya
27 Oktyabr 12:53
Dünya
27 Oktyabr 12:29
YAP xəbərləri
27 Oktyabr 12:11
YAP xəbərləri
27 Oktyabr 12:10
İqtisadiyyat
27 Oktyabr 11:58
İqtisadiyyat
27 Oktyabr 11:57
Hadisə
27 Oktyabr 11:56
Dünya
27 Oktyabr 11:36
Dünya
27 Oktyabr 11:10
YAP xəbərləri
27 Oktyabr 11:03
Hadisə
27 Oktyabr 10:55
Dünya
27 Oktyabr 10:21
Dünya
27 Oktyabr 09:40
İdman
27 Oktyabr 09:13
Dünya
27 Oktyabr 08:52
Hadisə
27 Oktyabr 08:25
Dünya
27 Oktyabr 07:14
İdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
YAP xəbərləri
26 Oktyabr 14:36

