/ / Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Londonda keçirilən Beynəlxalq Dəniz Təşkilatı Assambleyasının 29-cu sessiyasında iştirak edib
Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Londonda keçirilən Beynəlxalq Dəniz Təşkilatı Assambleyasının 29-cu sessiyasında iştirak edib
03.12.2015 [10:32]
Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Millətlər Təşkilatının (BMT) ixtisaslaşmış agentliyi olan, 1995-ci ildən Azərbaycan Respublikasının üzvü olduğu Beynəlxalq Dəniz Təşkilatının (IMO) London şəhərində yerləşən baş qərargahında 23 noyabr - 02 dekabr 2015-ci il tarixlərində keçirilən Beynəlxalq Dəniz Təşkilatı Assambleyasının 29-cu sessiyasında iştirak edib.
Beynəlxalq Konvensiyaların statusu, təşkilata üzvlük barədə hesabatın və Təşkilatın komitələri tərəfindən təqdim edilən hesabatların dinlənilməsi, həmçinin Beynəlxalq Dəniz Təşkilatına yeni Baş Katibin, Assambleyaya yeni Prezidentin və vitse-prezidentlərin seçilməsi, Şuranın üzvlərinin seçilməsi və digər məsələlərlə bağlı müzakirələrin aparılması sessiyanın gündəmində duran əsas məsələlər olub.
Assambleyanın 29-cu sessiyasında Beynəlxalq Dəniz Təşkilatının Baş Katibi Koji Sekimizunun fəaliyyəti dövründə görülmüş işlər və əldə olunmuş nailiyyətlər barədə ətraflı məlumat verilib və həmin işlərin məntiqi nəticəsi olaraq, son dövrlərdə əvvəlki illərlə müqayisədə dəniz quldurluğu hallarının azalmasının müşayiət olunması yüksək qiymətləndirilib.
Sessiya zamanı Assambleya tərəfindən Beynəlxalq Dəniz Təşkilatı Şurasının Koreya Respublikasının nümayəndəsi Kitak Limin Təşkilatın yeni Baş Katibi seçilməsi barədə təklifi müzakirəyə qoyulub və Kitak Lim yeni Baş Katib seçilib.
Həmçinin İspaniya Krallığının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Federiko Trillo-Fiqueroa Martinez-Konde dörd illik (2016-2020) müddətə Beynəlxalq Dəniz Təşkilatının ali idarəetmə orqanı olan Assambleyanın yeni Prezidenti vəzifəsinə seçilib.
Sessiyada Beynəlxalq Dəniz Təşkilatının komitələrinin hesabatları dinlənilib və dəniz nəqliyyatı sahəsi ilə bağlı bir sıra mühüm sənədlərə təklif edilmiş dəyişikliklər nəzərdən keçirilib.
Sessiya zamanı Beynəlxalq Dəniz Təşkilatına Üzv Dövlətlərin Könüllü Audit Yoxlamasından keçməsi və dəniz nəqliyyatı sahəsinə dair bir sıra digər mühüm normativ sənədlər barədə də ətraflı müzakirələr aparılıb.
Assambleyanın 29-cu sessiyasında Beynəlxalq Dəniz Təşkilatının Ali İcra orqanı olan Şura Üzvlüyünə seçkilər keçirilib, ümumilikdə 40 dəniz Dövləti Şuranın yeni Üzvlüyünə seçilib.
Sessiya müddətində həmçinin Azərbaycan nümayəndə heyətinin Beynəlxalq Dəniz Təşkilatının rəsmiləri, sessiyaya qatılmış bir sıra üzv dövlətlərin nümayəndə heyətlərinin rəhbərləri ilə ikitərəfli görüşləri keçirilib və fikir mübadiləsi aparılıb.
Dünyanın 171 Dövlətinin üzv olduğu Beynəlxalq Dəniz Təşkilatının Assambleyasının 29-cu sessiyası öz işini dəniz təhlükəsizliyi üzrə bir sıra mühüm qərarların qəbul edilməsi ilə yekunlaşdırıb.
Arif ƏSƏDOV
Xəbər lenti
Hamısına baxMüsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59

