/ / Vergi bazasının genişləndirilməsi və qeyri-formal iqtisadiyyatın leqallaşdırılması istiqamətində mühüm addımlar atılır
Vergi bazasının genişləndirilməsi və qeyri-formal iqtisadiyyatın leqallaşdırılması istiqamətində mühüm addımlar atılır
28.01.2016 [09:58]
Bu istiqamətdə həyata keçirilən tədbirlər ölkədə diversifikasiyalı, neftdənkənar sahələrlə bağlı iqtisadiyyatın formalaşmasına ciddi zəmin yaradır
Son illərdə dünyada müxtəlif səbəblərdən iqtisadi tənəzzül meyillərinin artması, o cümlədən də 2014-cü ilin yayından etibarən birjalarda neftin qiymətinin 4 dəfəyədək aşağı düşməsi qlobal miqyasda iqtisadi gərginliyi əhəmiyyətli dərəcədə artırıb. Hazırda qlobal məkanda yaranan çağırışlara uyğun yeni iqtisadi inkişaf hədəflərinin müəyyənləşdirilməsi dünya ölkələri üçün son dərəcə aktual məsələyə çevrilib. Bu baxımdan Azərbaycanda Prezident İlham Əliyevin siyasi iradəsi əsasında atılan addımlar ölkəmizin qlobal təsirlər nəticəsində üzləşdiyi vəziyyətdən mümkün qədər az itkilərlə çıxacağına böyük əminlik yaradır. Prezident İlham Əliyev istər Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında, istərsə də iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirədəki nitqlərində respublikada ötən ilin son ongünlüyündə milli valyutanın devalvasiyasından sonra yaranan vəziyyəti qlobal məkanda müşahidə edilən proseslərin fonunda ətraflı təhlil edərək bir sıra mühüm tapşırıqlarını verib. Qarşıya qoyulan əsas məqsəd ölkəmizin yaranmış vəziyyətdən mümkün qədər minimal itkilərlə çıxmasına nail olmaqdan və inkişafın ardıcıllığını təmin etməkdən ibarətdir. Prezident İlham Əliyev yuxarıda bəhs olunan müşavirədəki nitqində qarşıda duran vəzifələrdən bəhs edərək vurğulayıb: “... İqtisadi islahatlar dərinləşməlidir. Biz burada inkişaf etmiş ölkələrin müsbət praktikasını mütləq nəzərə almalıyıq. Bizim bütün iqtisadi və maliyyə sistemimiz şəffaflaşdırılmalıdır. Bank sektoru inkişaf etməlidir. Biznes mühiti daha da yaxşılaşdırılmalıdır. İş adamlarına daha da yaxşı şərait yaradılmalıdır. Bütün bürokratik əngəllər aradan qaldırılmalıdır”.
Azərbaycanda 2016-cı il və perspektiv üçün yeni inkişaf kursu müəyyənləşdirilib
Prezident İlham Əliyevin ölkənin güclü iqtisadi potensialına əsaslanaraq verdiyi tapşırıqlar və iqtisadi fəallığın artırılması, daxili istehsalın təşviq edilməsi, islahatların dərinləşdirilməsi, şəffaflığın artırılması məqsədi ilə imzaladığı bir sıra mühüm sənədlər onu deməyə əsas verir ki, Azərbaycanda 2016-cı il və perspektiv üçün yeni inkişaf kursu müəyyənləşdirilib. Prezident İlham Əliyevin ölkənin uğurlu inkişafının davamlılığını təmin etmək məqsədilə aldığı siyasi qərarlar konseptual xarakter daşımaqla Azərbaycanın real imkanlarını özündə ehtiva edir və konkret hədəflərə hesablanıb. Xüsusi olaraq vurğulayaq ki, dövlət başçısının manatın məlum devalvasiyasından sonra müəyyənləşdirdiyi yeni iqtisadi kurs iqtisadiyyatın neftdənkənar sahələrinin üstün inkişafının təmin edilməsinə geniş imkanlar açır. Prezident İlham Əliyevin iqtisadiyyatın yeni şəraitdə inkişafının təmin edilməsi məqsədilə imzaladığı sənədlər içərisində investisiya fəaliyyətinin genişləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması, sənaye istehsalının artırılması məqsədilə “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı xüsusi yer tutur. Bu Fərmanla investisiya təşviqi sənədinin verilməsi qaydası təsdiqlənib. Qaydalara əsasən investisiya təşviqi sənədinin verilməsi üçün meyarlar müəyyənləşdirilib. Dövlət başçısının imzaladığı sənədlər arasında qeyri-neft məhsullarının ixracının stimullaşdırılması, rəqabət qabiliyyətli qeyri-neft məhsullarının istehsalı və ixracının, ənənəvi və yeni bazarlara çıxış imkanlarının artırılması, bu sahədə əlverişli şəraitin daha da genişləndirilməsi məqsədi ilə “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam da xüsusi yer tutur.
Vergi bazası genişləndirilməlidir
Dövlət başçısı əminliyini ifadə edərək bildirib ki, verilən tapşırıqlar yerinə yetirilərkən həm ölkə iqtisadiyyatı yeni nəfəs alacaq, iqtisadi fəallıq artacaq və əlbəttə ki, insanların sosial müdafiəsi lazımi səviyyədə təmin ediləcəkdir. Prezident İlham Əliyevin ölkədə yaranmış yeni şəraitə uyğun verdiyi mühüm tapşırıqlar içərisində vergi bazasının genişləndirilməsi, qeyri-formal iqtisadiyyatın leqallaşdırılması ilə bağlı müəyyənləşdirdiyi hədəflər də xüsusi aktuallıq kəsb edir. Həqiqətən də, vergi bazasının genişləndirilməsi və qeyri-leqal şəkildə fəaliyyət göstərən iqtisadi subyektlərin leqallaşdırılması və onların dövriyyəsinin vergiyə cəlb edilməsi büdcə daxilolmalarını əhəmiyyətli dərəcədə artıra bilər. Dövlət başçısının Nazirlər Kabinetinin yuxarıda bəhs olunan iclasında vurğuladığı kimi, bunun üçün geniş imkanlar var: “Vergi bazası genişləndirilməlidir. Buna nail olmaq üçün kifayət qədər ehtiyatlar var. Biz qeyri-formal iqtisadi fəaliyyəti leqal müstəviyə gətirməliyik və bu istiqamətdə çox ciddi addımlar atılmalıdır. Vergi Məcəlləsinə edilmiş bir sıra dəyişikliklər artıq qüvvəyə minmişdir və daha da gözəl imkanlar yaradır.
Gömrük rəsmiləşdirilməsi və bütün idxal-ixrac əməliyyatları tam şəffaf aparılmalıdır. İnhisarçılığa qarşı daha da ciddi mübarizə aparılmalıdır. Hesab edirəm ki, bax biz bu üç istiqamət üzrə fəal işləsək, büdcə gəlirlərimizin məbləğini böyük dərəcədə artıra bilərik. Hesab edirəm ki, büdcəyə mövcud proqnozlardan daha çox vəsait daxil olmalıdır”.
Vergi yükünün azaldılması yolu ilə vergi bazasının daha da genişləndirilməsi Prezident İlham Əliyevin daim diqqət mərkəzində saxladığı məsələdir
Prezident İlham Əliyevin vergi bazasının genişləndirilməsi və qeyri-formal iqtisadiyyatın leqallaşdırılması ilə bağlı verdiyi tapşırıqlar ölkədə iqtisadi sahədə şəffaflığın təmin edilməsi, iqtisadi fəallığın təmin olunması, eyni zamanda, büdcə daxilolmalarının həcminin artırılması baxımından böyük önəm daşıyır. Yeri gəlmişkən, ekspertlər də dövlət başçısının vergi bazasının genişləndirilməsi və qeyri-formal iqtisadiyyatın leqallaşdırılması ilə bağlı tapşırıqlarının yerinə yetirilməsinin ölkənin yaranmış vəziyyətdən mümkün qədər az itkilərlə çıxmasında, həmçinin neftdənkənar iqtisadiyyatın inkişafında, biznes mühitinin daha da optimallaşmasında, gizli dövriyyələrin aradan qaldırılmasında effektiv rol oynayacağına əminliklərini ifadə edirlər. Bununla bağlı qəzetimizə açıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, Prezident İlham Əliyevin son günlərdə imzaladığı sənədlər Azərbaycanda qeyri-neft sektorunun, sahibkarlığın inkişafı üçün böyük önəm daşıyır. Millət vəkili vurğulayıb: “Dövlət başçısı ölkədə vergi intizamının möhkəmləndirilməsi, eləcə də vergi bazasının genişləndirilməsi üçün əlavə ehtiyatlardan istifadə edilməsinin zəruriliyi məsələsini gündəmə gətirib. Məlumdur ki, respublikada vergi sisteminin təkmilləşdirilməsi məqsədilə Vergilər Nazirliyi tərəfindən çox böyük işlər həyata keçirilir. Cari ilin əvvəlindən etibarən Vergi Məcəlləsinə bir sıra dəyişikliklər qüvvəyə minib. Vergi yükünün azaldılması yolu ilə vergi bazasının daha da genişləndirilməsi Prezident İlham Əliyevin daim diqqət mərkəzində saxladığı məsələdir. Zənnimcə, dövlət başçısının vergitutma ilə bağlı verdiyi son göstərişlər, eləcə də, Vergi Məcəlləsinə edilən dəyişikliklər, ölkədə qeyri-neft sektorunun inkişafına və sahibkarlara köməklə əlaqədar nümayiş etdirilən siyasi iradə Azərbaycanda vergi bazasının genişləndirilməsinə çox böyük kömək göstərəcək. Hesab edirəm ki, Prezidentin qəbul etdiyi qərarlar ölkədə vergi intizamını möhkəmləndirməyə və vergi bazasını genişləndirməyə xidmət edir”.
Manatın məlum devalvasiyasından sonra Prezident İlham Əliyevin ölkə iqtisadiyyatına nəzarəti birbaşa Öz üzərinə götürdüyünü və bunun effektiv nəticələr verdiyini deyən Vahid Əhmədov, eyni zamanda, dövlət başçısının qeyri-formal iqtisadiyyatın leqallaşdırılması ilə bağlı tapşırıqlarını da təqdir etdiyini bildirib: “O ki qaldı qeyri-formal iqtisadiyyata, bəli, Azərbaycanda müəyyən sahələrdə gizli, qeyri-leqal istehsalatlar fəaliyyət göstərir. Beləliklə də, dövlət büdcəsinə çatası müəyyən gəlirlər gizlədilir. Hazırda dövlət başçısının siyasi iradəsinə uyğun olaraq, belə istehsalatların leqallaşdırılması istiqamətində müəyyən addımlar atılır. O cümlədən cənab Prezident ölkədə inhisarçılığın, müəyyən sahələrdəki monopoliyanın aradan qaldırılması ilə bağlı ciddi göstərişlər verib. Belə hallar aradan qaldırılmalıdır, idxal-ixrac əməliyyatları tam liberallaşdırılmalıdır, elə edilməlidir ki, Azərbaycanda gizli iqtisadiyyat tamam aradan qaldırılsın. Bu, çox önəmli məsələdir. Mən belə hesab edirəm ki, qəbul edilən qərarlar ölkədə gizli, qeyri-formal iqtisadiyyatın aradan qaldırılmasına öz müsbət təsirini göstərəcək”.
əsas vəzifələrdən biri qeyri-formal iqtisadiyyatın leqallaşdırılmasından ibarətdir
“Vergi bazasının genişləndirilməsi iqtisadi subyektlərin bütün dövriyyəsinin vergiyə cəlb edilməsinə imkan yaradır. Vegi bazasının genişləndirilməsi birmənalı şəkildə dövlət büdcəsinə daxilolmaların artmasına gətirib çıxaracaq. Prezident İlham Əliyev iki mühüm məqamı - həm vergilərin ödənilməsi ilə əlaqədar sahibkarların vəzifələrini, həm də vergitutma bazasının genişləndirilməsini gündəmə gətirib. Sahibkarın vəzifəsi vergi ödənişlərini vaxtında və tam həyata keçirməkdir. Eyni zamanda, sahibkarlardan vergi ödənişlərindən başqa, hər hansı digər ödənişlər tələb edilə bilməz. Vergi bazasının genişləndirilməsi həm sahibkarlara məcburi öhdəliklərini şəffaf şəkildə həyata keçirmək, büdcə qarşısındakı öhdəliklərini tam reallaşdırmaq imkanı verəcək, həm də onların fəaliyyətinə yersiz müdaxilələr aradan qaldırılacaq. Vergi bazası genişləndikcə dövlət tərəfindən sahibkarlığın inkişafına əlavə dəstək verilməsi imkanları da genişlənəcək”. Bu fikirləri isə qəzetimizə açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov ifadə edib.
V.Bayramov açıqlamasında, həmçinin indiki məqamda əsas vəzifələrdən birinin də qeyri-formal iqtisadiyyatın leqallaşdırılmasından ibarət olduğunu bildirib. Bunun əhəmiyyəti barədə danışan iqtisadçı-ekspert vurğulayıb ki, qeyri-formal iqtisadiyyatın leqallaşdırılması həmin iqtisadiyyatın, gizli dövriyyənin büdcəyə cəlb edilməsinə imkan verəcək: “Qeyri-formal iqtisadiyyatın leqallaşdırılması imkan verəcək ki, vergidən yayınmanın qarşısı alınsın, dövlət büdcəsinə daha çox ödənişlər həyata keçirilsin və daha sağlam sahibkar-büdcə münasibətləri qurulsun. Ümumiyyətlə, həm vergi bazasının genişləndirilməsinə, həm qeyri-formal iqtisadiyyatın leqallaşdırılmasına qeyri-neft sektorunun inkişafı ilə bağlı aparılan islahatların tərkib elementləri kimi baxılmalıdır. Çünki vergitutma, vergi bazası qeyri-neft sektorunun inkişafında olduqca vacib məqamlardır. Burada əsas məqsəd neftdən asılılığın minimallaşdırılması və iqtisadi inkişafın qeyri-neft sektoru üzərində qurulmasıdır. Dövlət başçısının qərarları, atılan addımlar diversifikasiyalı iqtisadiyyatın, neftdənkənar sahələrlə bağlı iqtisadiyyatın formalaşmasına ciddi zəmin formalaşdırmağa xidmət edir”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
28 Oktyabr 23:41
Siyasət
28 Oktyabr 23:20
Dünya
28 Oktyabr 22:41
İqtisadiyyat
28 Oktyabr 22:30
Sosial
28 Oktyabr 22:18
YAP xəbərləri
28 Oktyabr 22:09
Dünya
28 Oktyabr 21:55
İdman
28 Oktyabr 21:27
Sosial
28 Oktyabr 21:15
Dünya
28 Oktyabr 20:46
İqtisadiyyat
28 Oktyabr 20:34
İqtisadiyyat
28 Oktyabr 20:18
Dünya
28 Oktyabr 19:51
Dünya
28 Oktyabr 19:23
Dünya
28 Oktyabr 19:10
Hadisə
28 Oktyabr 18:37
Siyasət
28 Oktyabr 17:49
Siyasət
28 Oktyabr 17:48
Siyasət
28 Oktyabr 17:48
YAP xəbərləri
28 Oktyabr 17:29
Sosial
28 Oktyabr 17:23
YAP xəbərləri
28 Oktyabr 17:13
Sosial
28 Oktyabr 17:11
Dünya
28 Oktyabr 16:25
Siyasət
28 Oktyabr 16:24
Siyasət
28 Oktyabr 16:23
Gündəm
28 Oktyabr 15:54
Gündəm
28 Oktyabr 15:53
Gündəm
28 Oktyabr 15:52
Dünya
28 Oktyabr 15:45
YAP xəbərləri
28 Oktyabr 15:29
YAP xəbərləri
28 Oktyabr 15:28
Gündəm
28 Oktyabr 15:23
İqtisadiyyat
28 Oktyabr 14:47
YAP xəbərləri
28 Oktyabr 14:45
Mədəniyyət
28 Oktyabr 14:40
Gündəm
28 Oktyabr 14:38
Sosial
28 Oktyabr 14:37
Sosial
28 Oktyabr 14:35
Gündəm
28 Oktyabr 13:48
YAP xəbərləri
28 Oktyabr 13:21
YAP xəbərləri
28 Oktyabr 12:39
Gündəm
28 Oktyabr 12:14
Sosial
28 Oktyabr 12:03
İqtisadiyyat
28 Oktyabr 11:57
İqtisadiyyat
28 Oktyabr 11:56
Hadisə
28 Oktyabr 11:55
Gündəm
28 Oktyabr 11:52
Siyasət
28 Oktyabr 11:37
Gündəm
28 Oktyabr 11:23
Gündəm
28 Oktyabr 11:22
Gündəm
28 Oktyabr 11:21
Gündəm
28 Oktyabr 11:19
Siyasət
28 Oktyabr 11:13
Analitik
28 Oktyabr 10:56
Siyasət
28 Oktyabr 10:46
MEDİA
28 Oktyabr 10:34
Analitik
28 Oktyabr 10:17
Dünya
28 Oktyabr 10:14
Siyasət
28 Oktyabr 10:13
Analitik
28 Oktyabr 09:49
Analitik
28 Oktyabr 09:34
Analitik
28 Oktyabr 09:15
Mədəniyyət
28 Oktyabr 08:51
Ədəbiyyat
28 Oktyabr 08:25
İdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58

