/ / Gömrük Komitəsində informasiya texnologiyaları sahəsində ixtisaslaşan iş adamları ilə görüş keçirilib
Gömrük Komitəsində informasiya texnologiyaları sahəsində ixtisaslaşan iş adamları ilə görüş keçirilib
12.09.2018 [08:52]
Sentyabrın 11-də Dövlət Gömrük Komitəsində informasiya texnologiyaları və texnoloji innovasiyalar üzrə xarici iqtisadi fəaliyyət iştirakçıları ilə görüş keçirilib.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev gömrük xidmətinin hər zaman iş adamları, biznes subyektləri ilə qarşılıqlı əlaqələrin, səmərəli əməkdaşlıq münasibətlərinin qurulmasına xüsusi önəm verdiyini, o cümlədən gömrük orqanları ilə Azərbaycanda Amerika Ticarət Palatası arasındakı səmimi və işgüzar dialoqun, vaxtaşırı keçirilən görüşlərin bunun bariz nümunəsi olduğunu diqqətə çatdırıb.
Qeyd edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü, innovativ islahatlar ölkədə əlverişli biznes mühitinin yaradılmasına, sahibkarlığın, qeyri-neft sektorunun inkişafına, xüsusilə ixrac potensialının artmasına münbit şərait yaradıb. Artıq Azərbaycan Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərini özündə birləşdirən logistika mərkəzinə çevrilməkdədir ki, bu da, eyni zamanda, ölkənin tranzit potensialının sürətlə artımını təmin edən amillərdəndir.
Komitə sədri həyata keçirilən müvafiq tədbirlər çərçivəsində Səlahiyyətli İqtisadi Operatorlar Beynəlxalq Assosiasiyasının illik Assambleyası və Konfransının bu il mayın 2-4-də Bakıda keçirilməsini ölkəmizin bu sahədə xüsusi mövqeyinin, eyni zamanda, beynəlxalq aləmin Azərbaycanla əlaqələrə önəm verməsinin bariz nümunəsi olduğunu vurğulayıb.
S.Mehdiyev bildirib ki, gömrük işinin təşkili sahəsində reallaşdırılan innovativ islahatlar hesabına “Yaşıl dəhliz” buraxılış sisteminin tətbiqi, gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi, gömrük işinin beynəlxalq standartlara uyğun aparılması beynəlxalq ticarətin sürətli və maneəsiz şəkildə həyata keçirilməsinə, xidmət keyfiyyətinin yaxşılaşdırılmasına, gömrük sistemində şəffaflığın tam təmin olunmasına şərait yaradıb.
Gömrük işinin təşkili sahəsində informasiya texnologiyalarının tətbiqinin sürətlə genişləndirildiyini vurğulayan komitə sədri nəticədə məmur-vətəndaş təmasının minimuma endirildiyini, istənilən xarici iqtisadi fəaliyyət iştirakçısının gömrük orqanına gəlmədən internetə çıxış imkanı olan hər hansı məkandan - ofisdən, evdən gömrüklə bağlı əməliyyatları yerinə yetirmək imkanına malik olduğunu qeyd edib. O diqqətə çatdırıb ki, Elektron Hökumət Portalı vasitəsilə Dövlət Gömrük Komitəsinin təqdim etdiyi xidmətlərin sayı artırılıb və cari ilin 8 ayı ərzində ümumilikdə elektron xidmətlərdən istifadə edənlərin sayı 2 milyon 50 mindən çox olub.
Dövlət Gömrük Komitəsinin sədri 2018-ci ildə Azərbaycana gələn turistlərin sayında ciddi artım olduğunu bildirib. Məhz gömrük xidmətinin informasiya texnologiyaları sahəsində həyata keçirdiyi yeniliklər hesabına, xüsusilə hava limanlarında turistlərin sərhədkeçmə və gömrük məsələlərinin yüksək səviyyədə həllini tapdığı, sıxlıqların və vaxt itkilərinin qeydə alınmadığı diqqətə çatdırılıb.
Ölkəmizin ixrac potensialının artması sahəsində informasiya texnologiyalarının payının az olduğunu bildirən komitə sədri qeyd edib ki, görüşün əsas məqsədi də sahibkarların bu sahədəki problemlərini, təklif və rəylərini öyrənərək vəziyyətdən çıxış yollarını müzakirə etməkdir.
S.Mehdiyev gələn il Ümumdünya Gömrük Təşkilatının İKT sahəsində ən böyük tədbiri olan İnformasiya Texnologiyaları Konfransı və Sərgisinin Azərbaycanda keçirilməsinin ölkəmizin bu sahədə əldə etdiyi nailiyyətlərdən qaynaqlandığını bildirib və görüş iştirakçılarını bu mühüm tədbirdə fəal iştirak etməyə çağırıb.
Azərbaycanda Amerika Ticarət Palatasının direktorlar şurasının prezidenti Nuran Kərimov Azərbaycan Dövlət Gömrük Komitəsinin rəhbərlik etdiyi qurumun ən önəmli tərəfdaşlarından biri olduğunu və bu əməkdaşlığı yüksək qiymətləndirdiklərini diqqətə çatdırıb. O, Ümumdünya Gömrük Təşkilatının İnformasiya Texnologiyaları Konfransı və Sərgisinin Azərbaycanda keçirilməsinin sevindirici hal olduğunu və Palata üzvlərinin bu konfransda fəal şəkildə iştirak edəcəyinə əminliyini ifadə edib.
Palatanın icraçı direktoru Natəvan Məmmədova isə gömrük sistemində aparılan islahatları diqqətlə izlədiyini, bu islahatların artıq müsbət nəticələr verdiyini bildirib. İcraçı direktor bu islahatlar fonunda gömrük xidmətinə qarşı irəli sürülən ittihamların həqiqətə uyğun olmadığını, subyektiv xarakter daşıdığını vurğulayıb.
Gömrük Komitəsi ilə Azərbaycanda Amerika Ticarət Palatası arasında işgüzar əlaqələrə görə təşəkkürünü bildirən N.Məmmədova gələcəkdə əməkdaşlığın daha da inkişaf edəcəyinə inamını ifadə edib.
Daha sonra görüşdə iştirak edən biznes subyektlərinin təklif və rəyləri dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.
Görüşün sonunda Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Kommunikasiya, Tədbirlər və Texnoloji İnnovasiyalar İdarəsinin baş meneceri Lyudovik Tanay gələn il ÜGT tərəfindən Bakıda keçiriləcək İnformasiya Texnologiyaları Konfransı və Sərgisi ilə bağlı təqdimatla çıxış edib, görüş iştirakçılarına tədbirin məqsədi və əhəmiyyəti barədə məlumat verib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22

