/ / Bakıda İnformasiya Cəmiyyətinin İnkişafı üzrə Yüksək Səviyyəli İşçi Qrupunun 6-cı iclası keçirilib
Bakıda İnformasiya Cəmiyyətinin İnkişafı üzrə Yüksək Səviyyəli İşçi Qrupunun 6-cı iclası keçirilib
18.04.2019 [09:57]
Aprelin 17-də Bakıda Regional Rabitə Birliyi (RRB) və Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə İnformasiya Cəmiyyətinin İnkişafı üzrə Yüksək Səviyyəli İşçi Qrupunun 6-cı iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, İşçi Qrupu RRB-nin Rabitə Administrasiyaları rəhbərləri Şurasının kollegial işçi orqanıdır. İşçi Qrupu RRB-yə üzv dövlətlərdə informasiya cəmiyyətinin inkişaf üzrə fəaliyyət məqsədlərinə xidmət edir və həmin ölkələrin nazir müavinlərindən aşağı olmayan səviyyədə təmsilçilik təmin olunur.
Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin sədrliyi ilə keçirilən iclasda Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasının İnformasiya Cəmiyyəti mövzusunda Yüksək Səviyyəli Ümumdünya Sammiti üzrə İşçi Qrupunun sədri Minkin Vladimir Markoviç, İnformasiya texnologiyaları iqtisadiyyatı üzrə RRB Komissiyasının sədri Dadaməhəmmədov Rüstəm Abduqapparoviç, RRB-nin İcra Komitəsinin, eləcə də MDB İcraiyyə Komitəsinin, Rusiya Federasiyasının Rabitə Administrasiyasının nümayəndələri spiker qismində çıxış ediblər.
İclasda 2019-2025-ci illər üçün İşçi Qrupunun fəaliyyət istiqamətləri və prioritetləri, RRB-yə üzv ölkələrdə rəqəmli inkişaf, Davamlı İnkişaf Məqsədlərinə nail olmaq üçün üzv ölkələrin əməkdaşlıq məsələləri müzakirə olunub. Eyni zamanda, rəqəmli iqtisadiyyat proqramlarının həyata keçirilməsində rabitə operatorlarının rolu və vəzifələri istiqamətində də fikir mübadiləsi aparılıb.
Həmçinin 2030-cu ilədək MDB ölkələrinin İqtisadi İnkişaf Strategiyası layihəsinin hazırlanması, “Rəqəmsal inkişaf sahəsində MDB-yə üzv dövlətlərin əməkdaşlıq konsepsiyası” layihəsinin və onun icrası üçün prioritet tədbirlər planının həyata keçirilməsi, “İnternet idarəetməsi sahəsində RRB üzvlərinin əməkdaşlığının genişləndirilməsi”, “RRB işçi orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi” mövzuları da müzakirə predmeti olub.
Müzakirələrin sonunda müvafiq qərarlar qəbul edilib.
Xəbər lenti
Hamısına baxDünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30

