Kamran İmanov: Azərbaycan innovasiya sahəsində sürətli inkişaf yoluna qədəm qoyub
24.04.2019 [09:22]
Azərbaycanda bütün istiqamətlərdə həyata keçirilən islahatlar ölkəmizə innovasiya sahəsində sürətli inkişaf yoluna qədəm qoymağa imkan verib.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Moskvada keçirilən “Rəqəmsal transformasiya: IP diqqət mərkəzində” mövzusunda II beynəlxalq konfransındakı çıxışında Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri, professor Kamran İmanov söyləyib. Müasir rəqəmsal dövrdə əqli mülkiyyətlə bağlı yaranmış problemlər və onların həlli yollarının müzakirə olunduğu konfransda Kamran İmanov bildirib ki, Azərbaycanda Prezident İlham Əliyevin səyləri sayəsində əqli mülkiyyətin qorunması istiqamətində əsaslı işlər görülür. Əqli mülkiyyətin və müəllif hüquqlarının qorunması infrastrukturunun qanunvericilik sahəsinə xüsusi diqqət yetirilir.
Kamran İmanov vurğulayıb ki, bir sıra nüfuzlu beynəlxalq reytinqlərin nəticələri bu qənaətə gəlməyə imkan verir. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında əqli mülkiyyət inkişaf prioriteti elan olunub, institusional islahatlar çərçivəsində isə Azərbaycan Əqli Mülkiyyət Agentliyi yaradılıb.
İdarə Heyətinin sədri çıxışında müəlliflik hüququ və patent hüququnun qarşılıqlı təsiri, əqli mülkiyyətin müasir texnologiyalarla qarşılıqlı fəaliyyəti, “Copyright” hüququ, etibarlı müasir saxlama sistemləri, o cümlədən blokçeyn, müəlliflik hüququ sahəsində yaranmış böhran vəziyyətindən çıxış yolları və digər mühüm məsələlərə toxunub. O deyib: “İnkişafın innovasiya yolunu, ölkədə həyata keçirilən iqtisadi islahatların səmərəliliyini əqli mülkiyyətsiz təmin etmək mümkün deyil. Məhz buna görə milli əqli mülkiyyət sistemi qarşısında duran vəzifələr ölkənin innovasiyalı islahat siyasəti ilə əvvəlcədən müəyyən olunur, respublikada həyata keçirilən dəyişikliklərə xidmət edir”.
Kamran İmanov AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib ki, Azərbaycanda rəqəmli mühitdə müəllif hüquqlarının qorunması sahəsində mühüm araşdırmalar aparılır, monitorinq sistemi yaradılıb. Konfransın əhəmiyyətindən danışan sədr deyib: “Müasir dövrdə innovasiyalı iqtisadiyyata böyük əhəmiyyət verilməlidir. Məsələn, patent hüququnu götürək. Patent hüququnun əsas məqsədi bir tərəfdən resurs cəlb etmək, digər tərəfdən isə layihələri kommersiyalaşdırmaqdır. Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyevin səyləri nəticəsində ölkəmizdə mühüm struktur islahatları aparılıb. Konfrans iştirakçılarının bir çoxu Azərbaycanda bu sahədə mövcud yeniliklərlə tanış olmaq üçün ölkəmizə gələcəklərini də bildirdilər”.
“Rəqəmsal transformasiya: IP diqqət mərkəzində” mövzusunda II beynəlxalq konfrans iki gün davam edəcək. “Rospatent” və Rusiya Ticarət-Sənaye Palatasının təşkil etdikləri konfransa 20 ölkədən 800-dən çox iştirakçı qatılıb.
Konfransda rəqəmsal sahədə meydana gələn çağırışlar və imkanlar, süni intellekt texnologiyalarının səmərəli tətbiqi, metod və prinsipləri, əqli mülkiyyətin rəqəmsal obyektlərinin patentləşdirilməsi sahəsində dünya təcrübəsi, əqli mülkiyyət hüququnun ötürülməsinin onlayn qeydiyyatına dair informasiya sistemi və digər məsələlər müzakirə olunur.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42

