Azərbaycan Dünya Neft Şurasının 2023-cü ildə keçirəcəyi Konqresə ev sahibliyini irəli sürüb
09.05.2019 [10:11]
Azərbaycanın Dünya Neft Şurasının (WPC) 2023-cü ildə keçirəcəyi 24-cü Dünya Neft Konqresinə ev sahibliyi irəli sürülüb.
AZƏRTAC xəbər verir ki, mayın 8-də energetika naziri Pərviz Şahbazovun sədrliyi ilə “Azərbaycan Milli Neft Komitəsi” İctimai Birliyinin (İB) ötənilki fəaliyyətinə və qarşıda duran vəzifələrə həsr edilmiş iclası keçirilib.
P.Şahbazov “Azərbaycan Milli Neft Komitəsi” İB-in 2005-ci ildə təsis edildiyini diqqətə çatdırıb. O, Azərbaycanın Dünya Neft Şurasına üzv kimi qəbulunda Ümummilli Lider Heydər Əliyevin neft strategiyasının rolunu xüsusi qeyd edib. Bildirib ki, Dünya Neft Şurasının əsas qayəsi qlobal miqyasda karbohidrogen ehtiyatlarından insanların rifahı naminə istifadə edilməsidir və bu, Azərbaycanın enerji kursunun da başlıca hədəfidir.
Karbohidrogen ehtiyatları və düşünülmüş məqsədyönlü siyasətin bütövlükdə regional inkişafı təmin etdiyini deyən nazir enerji layihələrinin əhəmiyyətindən danışıb. Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində Xəzər regionunun tərəfdaşlıq münasibətləri ilə dünyanın digər enerji mərkəzlərindən fərqli statusda olduğunu bildirib.
Qeyd edib ki, indiyə kimi ölkəmizdə hasil olunmuş 2 milyard 58 milyon ton neftin 746 milyon tonu müstəqillik dövründə çıxarılıb. Hazırda orta gündəlik neft hasilatı isə təxminən 770 min barreldir.
Energetika naziri neftlə bağlı fəaliyyətin bir neçə istiqamətdə həyata keçirildiyini deyib: “Bu gün neft ehtiyatlarının işlənməsi, neft sənayesinin investisiya ilə təmin edilməsi ilə yanaşı, neftin qiymətinin sabitləşdirilməsi prosesində də iştirak edirik. Eyni zamanda, neftin qiymətlərdən asılılığının azaldılması üçün hasilatda səmərəliliyə nail olunması, neftdən əlavə dəyər yaradan məhsul kimi istifadə edilməsi istiqamətində tədbirlər görürük. Həmçinin, quruda və açıq dənizdə ilk dəfə neft hasilatının, neft sənayesində bir sıra mühüm ilklərin beşiyi kimi ölkəmizin dünyada tanıdılmasına çalışırıq”.
Dünya Neft Şurasının 2023-cü ildə keçiriləcək 24-cü Dünya Neft Konqresinə ev sahibliyi etməsi üçün Bakının namizəd olduğunu deyən nazir lazımi dəstəyin qazanılmasında “Azərbaycan Milli Neft Komitəsi” İB-in üzərinə mühüm vəzifələrin düşdüyünü qeyd edib, müvafiq tapşırıqlar verib.
Sonra “Azərbaycan Milli Neft Komitəsi” İB-in illik fəaliyyətinə dair hesabat dinlənilib. Birliyin idarəetmə aparatının rəhbəri Nazim Vəliyev “Azərbaycan Milli Neft Komitəsi” İB-in ölkəmizin neft-qaz sektorundakı maraqlarını Dünya Neft Şurası beynəlxalq təşkilatında fəal təmsil etdiyini vurğulayaraq, Bakı şəhərinin namizədliyi çərçivəsində görülmüş işləri diqqətə çatdırıb.
Energetika nazirinin müavini Elnur Soltanov isə bildirib ki, 24-cü Dünya Neft Konqresinə namizəd bu ilin iyununda Sankt-Peterburqda keçiriləcək növbəti iclası zamanı gizli səsvermə ilə müəyyən ediləcək. Azərbaycanla yanaşı, Kanada, Birləşmiş Ərəb Əmirlikləri, Argentina və Qazaxıstan da namizəd ölkələr sırasındadır. İclasda üzv ölkələrin dəstəyinin qazanılması üçün aparılan təbliğat işləri barədə söhbət açılıb.
Həmçinin “Azərbaycan Milli Neft Komitəsi” İB-in gələcək fəaliyyətinin digər istiqamətlərinə dair də müzakirələr aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17

