Natiq Baxışov: Azərbaycanda aparılan hər bir islahat ABŞ-da müsbət qarşılanır
17.05.2019 [09:38]
ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışov mayın 16-da Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC) olub. AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanovla görüşdə agentliklə ABŞ-Azərbaycan Ticarət Palatası arasında əməkdaşlığa dair birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Görüşdən sonra Palatanın icraçı direktoru AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.
- ABŞ-Azərbaycan iqtisadi əlaqələrinin perspektivlərini necə görürsünüz? Ümumiyyətlə ABŞ-dan Azərbaycana investisiya axınında artım gözlənilirmi?
- Azərbaycanla ABŞ arasında ticarət münasibətlərində müsbət dinamika var və bu, davam etməkdədir. İki ölkə arasında ticarət potensialı çox böyükdür. Bizim kimi ticarət palatalarının əsas fəaliyyət prinsipi bu potensialın reallaşdırılması işini sürətləndirmək, ticarətin maksimum dərəcədə artırılması üçün şirkətlərin qarşılıqlı səfərlərini təşkil etməkdir. ABŞ Cənubi Qafqaz regionunda ən böyük investisiyaları Azərbaycana yatırıb. Ölkəmizə 10 milyard dollardan çox investisiya cəlb olunub. Bu sərmayələr əsasən neft sektoruna yatırılsa da, artıq qeyri-neft sektorunda da dinamika hiss olunur. Digər xoş xəbər odur ki, Azərbaycanın da ABŞ-a investisiyaları artır. Region ölkələri ilə müqayisə etsək görərik ki, ABŞ-ın maliyyə bazarına investisiyalar əsasən Azərbaycan tərəfindən yatırılıb. Məsələn, Azərbaycan Dövlət Neft Fondu ABŞ-ın maliyyə bazarında fəal iştirak edir və 7 milyard dollardan çox vəsait qoyub. Bu da iki ölkə arasında iqtisadi əlaqələrin qarşılıqlı şəkildə inkişaf etdiyini göstərir.
- Azərbaycanda həyata keçirilən islahatlar ABŞ investorları tərəfindən necə qarşılanır?
- Azərbaycanda aparılan islahatlara dair hər bir xəbər ABŞ-da müsbət qarşılanır. Ölkəmizdə fəaliyyət göstərən ABŞ şirkətləri də buna müsbət reaksiya verirlər. Biz də Ticarət Palatası olaraq Azərbaycanda iştirak etməyən şirkətlərə bu xəbəri çatdıranda görürük ki, onlar buna maraq göstərirlər. Ümumiyyətlə aparılan islahatlar xarici şirkətlərin Azərbaycanda fəaliyyətinə geniş imkanlar yaradır.
-Apreldə Çikaqoda birinci İllinoys-Azərbaycan kənd təsərrüfatı forumu keçirildi. Bu forumun əhəmiyyəti barədə nə deyə bilərsiniz? Belə forumların digər ştatlarda da təşkili nəzərdə tutulurmu?
- İllinoys-Azərbaycan kənd təsərrüfatı forumunun əhəmiyyəti odur ki, biz ilk dəfə olaraq ştat bazarlarına çıxmağa başladıq, İllinoysdakı şirkətləri Azərbaycanın aqrobazarı ilə tanış etdik. Kənd Təsərrüfatı Nazirinin başçılıq etdiyi nümayəndə heyətinə 14 kiçik və orta şirkətin təmsilçiləri daxil idi. Azərbaycanlı sahibkarlar oradakı şirkətlərin fəaliyyəti ilə yaxından tanış oldular. Digər ştatlarda da analoji tədbirlər keçirilməsi nəzərdə tutulur. Növbəti forumun Oklahoma ştatında təşkil olunması planlaşdırılır. Kənd təsərrüfatı əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensiala malik sahədir. Bu sahədə ticarət palatası hər iki ölkənin səfirlikləri ilə əməkdaşlıq edir. Həmçinin ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) ilə əməkdaşlıq şəraitində fəaliyyət göstəririk.
- Azərbaycanda istehsal olunan hansı növ qeyri-neft sektoru məhsulları ABŞ bazarı üçün cəlbedici ola bilər?
- Azərbaycanda orqaniq məhsullar daha çox istehsal olunur. Belə məhsullar ABŞ bazarında rəqabətli ola bilər. Bunun üçün Azərbaycan şərabları kifayət qədər rəqabətlidir. O cümlədən çərəz məhsullarımız bazarda rəqabətli ola bilər. Ancaq vacib olan bir məsələ var ki, sahibkarlarımız bunu nəzərə almalıdır. ABŞ bazarı həssas olduğu üçün əvvəlcədən məhsulların keyfiyyəti ilə bağlı ciddi işlər görülməlidir. Digər amil odur ki, bazarda dayanıqlığı qoruyub saxlamaq üçün keyfiyyəti daim qorumaq lazımdır.
- Azərbaycanın təşəbbüskarı olduğu və Avropanın enerji təhlükəsizliyinə istiqamətlənən Cənub Qaz Dəhlizi meqa layihəsinə ABŞ-ın münasibəti barədə nə deyə bilərsiniz?
- ABŞ administrasiyaları Azərbaycanın təşəbbüskarı olduğu böyük neft-qaz layihələrinə həmişə birmənalı dəstək veriblər. Bu strateji səviyyədə olan bir dəstəkdir və onu Cənub Qaz Dəhlizi layihəsində də görürük. ABŞ bu meqa layihənin məşvərət şurasında iştirak edir. Hazırkı administrasiya Avropanın enerji təhlükəsizliyi istiqamətində görülən işləri dərindən başa düşür.
- AZƏRTAC-la ABŞ-Azərbaycan Ticarət Palatasının mümkün media tərəfdaşlığına necə baxırsınız?
- ABŞ-Azərbaycan Ticarət Palatası ilə AZƏRTAC arasında əməkdaşlıq ilkin mərhələdədir. Bir sıra sahələr var ki, bu istiqamətdə əməkdaşlıq etmək olar. Bunlardan ən mühümü ABŞ-dakı azərbaycanlı biznesmenlərlə təbliğat işi aparmaqdır. ABŞ-da uğurlu azərbaycanlı iş və elm adamları var. Düşünürük ki, ABŞ-da Azərbaycan diasporunu dəstəkləmək üçün AZƏRTAC-la birgə fəaliyyət göstərə bilərik. Bundan başqa, Azərbaycana bağlı olan amerikalıları da AZƏRTAC vasitəsilə ölkəmizdə tanıda bilərik.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17

