Sahibkarlar Gününə həsr olunmuş konfrans keçirilib
05.06.2019 [08:21]
İyunun 4-də Bakı Konqres Mərkəzində İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə Sahibkarlar Gününə həsr olunmuş “Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır” mövzusunda konfrans keçirilib.
Tədbirdə aidiyyəti dövlət qurumlarının, ali təhsil müəssisələrinin, ictimai təşkilatların rəhbərləri, Milli Məclisin deputatları, sahibkarlar iştirak ediblər.
Əvvəlcə konfrans iştirakçıları Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyublar. Konfrans iştirakçıları, həmçinin Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad ediblər.
AZƏRTAC xəbər verir ki, konfransda çıxış edən İqtisadiyyat naziri Şahin Mustafayev Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu ölkəmizin hərtərəfli inkişaf strategiyasının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən böyük uzaqgörənlik və uğurla davam etdirilməsi nəticəsində digər sahələrdə olduğu kimi, özəl sektorda da sürətli inkişafa nail olunduğunu, bu istiqamətdə bir çox sistemli və ardıcıl tədbirlərin, kompleks islahatların həyata keçirildiyini vurğulayıb. Sahibkarların hərtərəfli dövlət qayğısı ilə əhatə olunduğunu diqqətə çatdıran Şahin Mustafayev Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, dördüncü ildir ki, qeyd edilən Sahibkarlar Gününün sahibkarlığa göstərilən yüksək diqqətin və qayğının daha bir göstəricisi olduğunu bildirib.
Konfransda sahibkarlıq fəaliyyəti və sahibkarlarla iş sahəsində fərqlənən şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı oxunub.
Sonra ölkəmizdə sahibkarlığın inkişafı üçün həyata keçirilən tədbirləri və əldə edilmiş nailiyyətləri əks etdirən “Dayanıqlı inkişafın əsası - sahibkarlıq” filmi nümayiş olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev ölkəmizdə innovativ iqtisadiyyatın formalaşdırılması və sahibkarlığın inkişafının, sosial rifahın yüksəldilməsinin Prezident İlham Əliyevin uğurlu siyasətinin başlıca istiqamətləri olduğunu qeyd edib. Bildirilib ki, sosial islahatlar paketinin yeni uğurları kimi, 2019-cu ildə minimum əməkhaqqı və minimum pensiya, sosial müavinət və təqaüdlər artıb, bu və digər mühüm tədbirlər əhalinin rifahına ciddi dəstək olub.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə və deputat Vahid Əhmədov çıxışlarında iqtisadiyyat və sahibkarlıq sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə danışıblar.
Vergilər nazirinin müavini Sahib Ələkbərov vergi sistemində aparılan dəyişikliklərin əsas istiqamətləri, vergiödəyiciləri ilə münasibətdə şəffaflığın təmin olunması, onların qarşılaşdığı məsələlərin həlli istiqamətində görülən işlər barədə məlumat verib.
Kənd Təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov aqrar sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən, bu sahədə sahibkarlığın rolundan bəhs edib, dövlətin daim sahibkarlara dəstəyini davam etdirdiyini vurğulayıb.
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli qida təhlükəsizliyi sahəsində həyata keçirilən tədbirlər barədə çıxış edib.
ASK-nın prezidenti Məmməd Musayev qeyd edib ki, Azərbaycanın əldə etdiyi uğurlara sahibkarlar da öz töhfələrini verirlər. M.Musayev Konfederasiyanın bu tədbirlərin uğurla həyata keçirilməsi istiqamətində gördüyü işlərdən danışıb.
İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri Orxan Məmmədov ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafı, bu sahədə Agentliyin fəaliyyəti və dəstək mexanizmləri barədə məlumat verib. Qeyd olunub ki, hazırda ölkənin 12 şəhər və rayonunda KOB dostları fəaliyyət göstərir və bu mexanizm yaxın müddətdə ölkənin digər inzibati ərazilərini də əhatə edəcək. Agentliyin digər mühüm layihəsi olan KOB evlərinin yaradılması istiqamətində işlər davam etdirilir. İlk KOB evi tezliklə Bakı şəhərində sahibkarların istifadəsinə veriləcək.
Sonra Bakı şəhərində yaradılmaqda olan və bu il istifadəyə verilməsi nəzərdə tutulan, sahibkarlara vahid məkanda xidmətlər göstərəcək “Kiçik və orta biznes evi”nin (KOB evi) təqdimatı keçirilib.
Konfransda çıxış edən sahibkarlar özəl bölmənin inkişafı istiqamətində həyata keçirilən islahatları, bu istiqamətdə qəbul edilmiş hüquqi aktları böyük razılıqla qarşıladıqlarını bildirib və sahibkarlığın inkişafına göstərilən diqqət və qayğıya, həyata keçirilən çoxsaylı dəstək tədbirlərinə, fəaliyyətlərinə verilən yüksək qiymətə görə dövlət başçısına dərin minnətdarlıqlarını ifadə ediblər.
Tədbir çərçivəsində bir qrup sahibkar korporativ sosial məsuliyyət, fəal assosiasiya, intizamlı vergiödəyicisi, sosial sahibkarlıq, fəal ixracatçı şirkət, innovativ fəaliyyət və uğurlu KOB nominasiyaları üzrə təltif olunublar.
Konfransın sonunda Prezident İlham Əliyevə tədbir iştirakçıları adından müraciət qəbul olunub.
Xəbər lenti
Hamısına baxDünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47

