Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini endirib
08.06.2019 [07:24]
Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) idarə heyəti uçot dərəcəsinin 8,75 faizdən 8,5 faizə endirilməsi haqqında qərar qəbul edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.
Bildirilir ki, faiz dəhlizinin yuxarı həddi 10,5 faiz, aşağı həddi isə 6,5 faiz (uçot dərəcəsinə ±2 faizlik simmetrik diapazonda) səviyyəsində müəyyən olunub.
Bu qərar faktiki inflyasiyanın hədəf diapazonunun (4±2 faiz) mərkəzindən aşağıda olması, inflyasiya gözləntilərinin sabitliyi, xarici mühitin əlverişli qalması və yenilənmiş makroiqtisadi proqnozlar nəzərə alınmaqla qəbul edilib.
İnflyasiya prosesləri
İnflyasiya gözlənilən trayektoriyada dəyişir. Bu ilin aprel ayında 12 aylıq inflyasiya hədəf çərçivəsində olmaqla 3,1 faiz təşkil edib. Ərzaq və xidmətlər üzrə qiymət artımı (müvafiq olaraq 3,5 faiz və 3,8 faiz) hədəf intervalında formalaşıb. Qeyri-ərzaq məhsullarının qiymətləri isə 1,4 faiz yüksəlib. May ayında mövsümi amillərin təsiri ilə istehlak səbətində mühüm xüsusi çəkiyə malik ərzaq məhsulların ucuzlaşması müşahidə olunub.
İnflyasiya gözləntiləri
İstehlak qiymətlərinin cari dinamikası və valyuta bazarında tarazlıq inflyasiya gözləntilərini stabil saxlayır. Real sektor monitorinqinin nəticələrinə əsasən son ayda qiymət gözləntiləri ticarət, xidmət və tikinti sektorlarında azalıb, qeyri-neft emal sənayesində dəyişməz qalıb.
Kənd təsərrüfatı məhsulları mövsümi xarakterli amillərin təsiri ilə qarşıdakı bir neçə ayda da ərzaq inflyasiyasına azaldıcı təsir edəcək. Proqnozlar cari ilin sonuna inflyasiyanın hədəf daxilində (4±2 faiz) qalacağını göstərir.
Xarici şərait
Xarici sektorda müsbət meyillər davam etməkdədir. Cari ilin 4 ayında ixrac (malların ixracı) 25,4 faiz, o cümlədən qeyri-neft ixracı 19,9 faiz artıb, ticarət balansında 2,5 milyard dollarlıq müsbət saldo yaranıb.
Profisitli tədiyə balansı şəraitində ölkənin strateji valyuta ehtiyatları ilin əvvəli ilə müqayisədə 6,2 faiz artaraq 47,5 milyard dollara çatıb.
Beynəlxalq konyunktur Azərbaycan üçün əlverişli olaraq qalır. Neftin qiyməti ilin əvvəlindən 24 faiz yüksəlib.
Dünya ərzaq qiymətləri aprel ayında ötən ilin eyni dövrünə nəzərən 2,2 faiz aşağı düşüb (Mənbə: BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı).
İqtisadi aktivlik
İqtisadi artım pozitiv dinamikasını saxlayır. Bu ilin 4 ayında ötən ilin eyni dövrünə nəzərən real iqtisadi artım 2,1 faiz təşkil edib. Qeyri-neft sektorunda artım 2,1 faiz olub və əsasən ticari sektordan qaynaqlanıb. Real sektorun monitorinqi əsasında hesablanan biznes inam indeksi son ayda qeyri-neft emal və xidmət sektorunda artıb.
İqtisadi artım həm xarici tələb, həm də daxili tələblə dəstəklənir. Yanvar-aprel aylarında ötən ilin müvafiq dövrünə nəzərən pərakəndə əmtəə dövriyyəsinin artım tempi (2,7 faiz) əhali gəlirlərinin artım tempindən (5,5 faiz) geri qalıb. Bu, ev təsərrüfatlarının hələ ki, əhəmiyyətli inflyasiya təzyiqi yaratmayan istehlak davranışı nümayiş etdirdiyini göstərir.
İnflyasiya riskləri
Qısamüddətli dövrdə inflyasiya üzrə risklər balansı tarazlı qiymətləndirilir. Buraya əlverişli beynəlxalq konyunktur, profisitli tədiyə balansı, tarazlı valyuta bazarı, antiinflyasion xarakterli monetar şərait və mövsümi amillər aiddir.
Ortamüddətli perspektiv üzrə risklər balansı mürəkkəbləşməkdədir. Xarici sektor üzrə başlıca qeyri-müəyyənlik qlobal iqtisadi artım perspektivlərinin pisləşməsi, ticarət müharibələrinin yeni dalğası və geosiyasi gərginlik fonunda neftin qiymət dinamikası ilə bağlıdır. Neftin may ayından başlayan ucuzlaşmasının davamlı xarakter alması iqtisadi gözləntilərə neqativ təsir edə bilər. Digər xarici risk mənbəyi dünya ərzaq bazarlarında bahalaşmanın davam etməsi və potensial inflyasiya idxalıdır. Ticarət tərəfdaşı ölkələrinin maliyyə bazarlarında qeyri-sabitlik riski isə nisbətən azalıb ki, bu da qabaqcıl ölkələrdə monetar siyasətin daha da sərtləşməsi gözləntilərinin azalması ilə izah edilir.
Daxili risk amillərinin reallaşması sosial xarakterli fiskal stimullar və maliyyə sektoru ilə bağlı qərarların istehlak bazarına və monetar sektora təsirinin miqyasından asılı olacaq. Son aylarda müşahidə edilən proseslər bu təsirlərin zaman üzrə yayıldığını göstərir. Qeyd olunan faktorların inflyasiyaya ötürücülüyü dərəcəsi tam olaraq ilin sonuna formalaşacaq. Mürəkkəbləşməkdə olan xarici fonda fiskal siyasətin mövcud qaydalar çərçivəsində həyata keçirilməsi, fiskal siyasətlə monetar siyasətin vahid çərçivədə sərt əlaqələndirilməsi dayanıqlı makroiqtisadi sabitliyin baza şərti olaraq qalır.
Monetar şərait
May ayının yekunu üzrə manatla pul bazası ilin əvvəlinə nəzərən 6,6 faiz artıb ki, bu da inflyasiya hədəfinə nail olmaq baxımından məqbul səviyyədir. Mərkəzi Bankın sterilizasiya əməliyyatları üzrə qalığın azalması fiskal profisit şəraitində pul bazasını hədəf daxilində tənzimləməklə əlaqədardır.
Aşağı kredit aktivliyi şəraitində bank sisteminin likvidlik mövqeyində irihəcmli struktur profisiti qalmaqdadır. Yanvar-aprel aylarında kredit qoyuluşları 0,1 faiz, o cümlədən hüquqi şəxslər üzrə 2,7 faiz azalıb. Kredit aktivliyinin son illərdə də aşağı düşməsi iqtisadi artıma və məcmu təklifin genişlənməsinə neqativ təsir göstərməklə makroiqtisadi və maliyyə sabitliyinə xələl gətirir. Bu fonda cari ildə bankların xarici investisiya aktivliyi diqqəti cəlb edir.
Faiz dəhlizinin parametrləri barədə növbəti qərarlar faktiki inflyasiyanın proqnozla müqayisəsi, inflyasiya gözləntiləri, xarici mühitin dəyişimi və maliyyə bazarlarının buna reaksiyasından asılı olaraq qəbul olunacaq.
Bu qərar iyunun 7-dən qüvvəyə minir. Mərkəzi Bankın idarə heyətinin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı barədə məlumat cari il iyulun 26-da ictimaiyyətə təqdim ediləcək.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45

