Azərbaycan Çin iqtisadiyyatına 1,7 milyard dollar sərmayə yatırıb
21.09.2019 [10:17]
Çin Azərbaycan iqtisadiyyatına 800 milyon ABŞ dollarından çox, Azərbaycan isə Çinə 1,7 milyard dollar investisiya yatırılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Şahin Mustafayev Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Li Canşunun Azərbaycana səfəri çərçivəsində “SINOMACH Group”un marketinq direktoru, “China CAMC Engineering” şirkətinin prezidenti Luo Yanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə deyib.
Nazir L.Canşunun Azərbaycana səfərinin mühüm əhəmiyyətini, Azərbaycan-Çin əlaqələrinin davamlı inkişafını diqqətə çatdırıb. Ş.Mustafayev Azərbaycan və Çin dövlət başçıları arasında qarşılıqlı hörmətə və etimada əsaslanan münasibətlərin ölkələrimiz arasında fəal dialoqun əsasını təşkil etdiyini və ikitərəfli əməkdaşlığın genişləndirilməsində mühüm rolunu vurğulayıb. Prezident İlham Əliyevin Çinə səfərləri, bu ilin aprelində Pekində keçirilən II “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunda iştirakı, Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşü və forum çərçivəsində imzalanan sənədlər əlaqələrin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.
“Azərbaycan Çinlə sənaye, kənd təsərrüfatı, ticarət, turizm, İKT, nəqliyyat-logistika və sair sahələrdə uğurlu əməkdaşlıq edir. Ölkəmizdə 119 Çin kapitallı şirkət fəaliyyət göstərir. Bu ilin birinci yarısında iki ölkə arasında ticarət dövriyyəsi 2,3 dəfə artaraq 1,4 milyard ABŞ dollarından çox olub. Qarşılıqlı investisiya əlaqələrimiz genişlənir. Çindən Azərbaycan iqtisadiyyatına 800 milyon ABŞ dollarından çox, Azərbaycandan isə Çinə 1,7 milyard dollar sərmayə yatırılıb”, - deyə nazir bildirib.
“Bununla belə, qarşılıqlı sərmayə qoyuluşları, ticarət dövriyyəsinin artırılması üçün geniş imkanlar mövcuddur və bu istiqamətlərdə davamlı olaraq tədbirlər həyata keçirilir. Hazırda Çində Azərbaycanın 2 şərab və 1 ticarət evi fəaliyyət göstərir. Çində Azərbaycanın daha 3 ticarət və 1 şərab evinin açılması nəzərdə tutulur. Azərbaycan istehsalçıları mütəmadi olaraq Çində keçirilən beynəlxalq sərgilərdə iştirak edir, bu ölkəyə ixrac missiyaları təşkil olunur. Ötən il ölkəmiz Birinci Çin Beynəlxalq İdxal Sərgisində vahid ölkə stendi ilə böyük çeşiddə məhsullarını nümayiş etdirib. Bu il təşkil olunacaq İkinci Çin Beynəlxalq İdxal Sərgisində də Azərbaycan şirkətlərinin iştirakı nəzərdə tutulur. Aparılan işlər Azərbaycan məhsullarının Çində daha çox tanıdılmasına imkan yaradır”, - deyə Ş.Mustafayev əlavə edib.
Sənaye sahəsində əlaqələrdən danışan nazir “China CAMC Engineering” şirkəti ilə Azərbaycan şirkətləri arasında bu gün imzalanan sənədlərin də uğurlu əməkdaşlığın nəticəsi olduğunu vurğulayıb, bu sənədlərin böyük həcmli investisiya qoyulması, minlərlə yeni iş yerinin yaradılmasına imkan yaratdığını qeyd edib.
“SINOMACH Group”un marketinq direktoru, “China CAMC Engineering” şirkətinin prezidenti L.Yan Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, ölkəsi ilə Azərbaycan arasında siyasi-iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb. O qeyd edib ki, Azərbaycandakı əlverişli investisiya mühiti və biznesə yüksək dövlət dəstəyi özəl sektorun inkişafına, investisiya qoyuluşuna geniş imkanlar açır.
Rəhbərlik etdiyi şirkətin fəaliyyət istiqamətləri barədə məlumat verən L.Yan “SINOMACH Group”un “Fortune Global 500” dünyanın ən böyük şirkətlərinin illik reytinqində 250-ci yerdə qərarlaşdığını, sənaye, xüsusilə maşınqayırma, kənd-təsərrüfatı və digər sahələrdə böyük təcrübəsinin Azərbaycanda tətbiq etməyə hazır olduğunu qeyd edib.
Görüş çərçivəsində qarşılıqlı investisiyaları cəlb etməklə kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və qablaşdırılması, kənd təsərrüfatı təyinatlı maşın və avadanlıqların istehsalı, logistika və digər xidmət sahələri üzrə Aqrar-Sənaye Parkının yaradılması barədə “Azərbaycan İnvestisiya Şirkəti” ASC ilə “China CAMC Engineering” şirkəti arasında anlaşma memorandumu, Azərbaycanın “AS İnvestment” şirkəti və “China CAMC Engineering” arasında mühəndislik, inşaat və təchizat müqaviləsi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə “China CAMC Engineering” şirkəti arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
Xəbər lenti
Hamısına baxSiyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59

