Ticarət və xidmət obyektlərində monitorinqlər davam edir
08.07.2020 [09:32]
İqtisadiyyat Nazirliyinin xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarətin gücləndirilməsi məqsədilə iyulun 6-da monitorinqlər apardığı 528 obyektin 224-də zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması hallarına rast gəlinib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, belə hallar Binəqədi rayonunda “Karvan market”də, “Şah market”də, “Ruslan market”də, “Bolluq market”də, “Oba market”də, “Ekomart”da, Səbail rayonunda “Cənub kənd məhsulları mağazası”nda, “Starmart market”də, “Güloğlu market”də, “Real market”də, “Xəzər market”də, “Qədim təndir restoranı”nda, Nərimanov rayonunda “Araz market”də, “Good food dönər evi”ndə, “Məhəllə market”də, “Oba market”də, “Dəniz market”də, Sabunçu rayonunda “Nərmin market”də, “Xəzər market”də, “Savalan market”də, Xəzər rayonunda “Xəzər inşaat” və “Ev qur qarışıq mallar” mağazalarında, “Mərdəkan market”də, “Abşeron market”də, “Favorit market”də, Xətai rayonunda “Ulduz market”də, “Qardaşlar market”də, “Araz market”də, “Buta Farm” aptekində, Yasamal rayonunda “Esmanur market”də, “Bəyaz market”də, “Dalğa market”də, “Araz market”də, “Bizim market”də, “Təndir və kababçı” ictimai iaşə obyektində, “Zeytun aptek”də, Nizami rayonunda “Nihad telefon mağazası”nda, “Rahat market”də, “Səba ət və süd məhsulları mağazası”nda, “Yeni poliqrafist” xidmət obyektində, “Şaurma 1” ictimai iaşə obyektində, “Dokta aptek” və “Zeytun aptek”də, Nəsimi rayonunda “1001 xırdavat” mağazasında, “A market”də, Suraxanı rayonunda “Suraxanı market”də, “Ceyhun market”də, Qaradağ rayonunda “Hədiyyə mağazası”nda, Gəncə şəhərində “Oboy evi” mağazasında, “Lombart “MEQO” MMC-də, Lənkəran rayonunda “Moskva market”də, Namiq Allahverənova məxsus “Ərzaq dükanı”nda, Elgün Rəcəbova məxsus “İnşaat malları mağazası”nda, Füzuli rayonunda “Aytac market” və “Bizim market”də, Bərdə rayonunda “Şahin oğlu market”də, “Market 09”da, “Samux market”də, “Aptek Məftun”da, “Aptek Təbib”də və “Şəfa Aptek”də, Şamaxı rayonunda “Ocaq market”də, Sahib Yusifova məxsus ət dükanında, Elşad Kərimova məxsus “Yem dükanı”nda, İmran Osmanova məxsus “Paltar mağazası”nda, Zaqatala rayonunda “Orbita market”də aşkarlanıb.
İqtisadiyyat Nazirliyinin əməkdaşları nəzarət tədbirləri zamanı xidmət personalının və istehlakçıların qoruyucu vasitələrdən istifadəsinin, sosial məsafənin gözlənilməsinin, marketlərə istehlakçıların məhdudiyyətli girişinin, ticarət obyektinin dezinfeksiyaedici vasitələrlə təmin olunmasının zəruriliyi bir daha sahibkarların diqqətinə çatdırıblar və tələblərin pozulması hallarına yol veriləcəyi halda ciddi tədbirlərin görüləcəyi barədə məlumatlandırıblar.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 3 iyul tarixli Fərmanı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsinə dəyişiklik edilərək, sahibkarlıq fəaliyyəti subyektləri və onların vəzifəli şəxsləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirmək kimi əlavə səlahiyyətlər verilib.
İyunun 4-6-da 830-dək təsərrüfat subyektində aparılmış monitorinqlər zamanı bu obyektlərin 230-da epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib və nöqsana yol vermiş vergi ödəyiciləri barədə İnzibati Xətalar Məcəlləsinin 211.1-ci və 211.2-ci maddələri ilə protokollar tərtib olunub.
Qeyd edək ki, mayın 22-dən iyulun 7-dək monitorinq aparılmış 11 min 819 sahibkarlıq subyektindən 5560-da zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin pozulması halları aşkarlanıb.
Xəbər lenti
Hamısına baxMüsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28

