/ / Adil Əliyev: Azərbaycan iqtisadiyyatı liberallaşma nəticəsində öz potensialını daha da gücləndirəcək
Adil Əliyev: Azərbaycan iqtisadiyyatı liberallaşma nəticəsində öz potensialını daha da gücləndirəcək
11.08.2020 [09:34]
Ölkəmizdə aparılan genişmiqyaslı islahatlar bütün sahələrdə dəyişiklikləri baş verməsini təmin etdi və inkişafla bağlı müsbət dinamikanın əldə olunmasına şərait yaratdı. Lakin pandemiyanın yayılması ilə əlaqədar əlavə xərclərin meydana çıxması - yeni xəstəxanaların tikilməsi, təcili tibbi yardım avtomobillərinin alınması, habelə maddi yardımların vedilməsi, təhsil haqlarının müəyyən qisminin dövlət hesabına ödənilməsi, iş yerlərini və gəlirlərini itirmiş şəxslərə kompensasiyaların verilməsi bu sahələrə xüsusi diqqət yetirilməsinə səbəb oldu.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclis Sədrinin müavini Adil Əliyev söyləyib.
Adil Əliyev deyib: “Belə ki, cari ilin ilk 3 ayında iqtisadi sahədə qazanılan uğurlara təəssüf ki, pandemiya öz təsirini göstərdi. Burada bir məsələni xüsusilə diqqətə çatdırmaq lazımdır ki, bəzi inkişaf etmiş ölkələrdə iqtisadi tənəzzül 20 faiz və daha çoxdur. Bu gün dünyanın 150-dən artıq ölkəsi maliyyə yardımı üçün müraciət etdiyi halda, biz lazımi tədbirləri öz hesabımıza həyata keçiririk. Deməli, həmin dövlətlərlə müqayisədə ölkəmizdə vəziyyət daha yaxşıdır. Belə ki, vaxtında atılan addımlar öz uğurlu nəticəsini verir. Pandemiyaya qarşı mübarizə ilə əlaqədar qəbul edilmiş operativ qərarlar sayəsində xəstəliyin yayılması dinamikası zəifləyir və son günlərin statistikası kifayət qədər yaxşıdır”.
Milli Məclis Sədrinin müavini vurğulayıb ki, indi əsas məqamlardan biri iqtisadi gücü bərpa etmək və inkişafa nail olmaqdır. Hazırda iqtisadiyyatın liberallaşdırılması diqqət mərkəzindədir, eyni zamanda, sahibkarlara göstərilən dəstəyin daha da təkmilləşdirilməsi nəzərdə tutulur. Bunun nəticəsində onların kreditlərlə təmin edilməsi, eyni zamanda, yerli və xarici investorların ölkəyə cəlb edilməsi diqqət mərkəzindədir. Sahibkarlar da öz növbəsində fəaliyyətlərini təkcə daxili bazarın tələbatının ödənilməsinə yönəltməməli, əksinə, xarici bazarların tələbinə uyğun əmtəə istehsalı ilə məşğul olmalıdırlar.
Bildiyimiz kimi, bu gün zərər çəkən sahələrdən biri də turizm sektorudur. Bu sahə son illər rentabelli olmuşdur. Ölkəmizin xaricdə tanıdılması istiqamətində aparılan sistemli işlər öz səmərəli nəticəsini verməklə qısa bir zamanda Azərbaycan turistlər tərəfindən ən çox ziyarət edilən ölkələrdən birinə çevrilib. Lakin təəssüflə qeyd etmək lazımdır ki, pandemiya xarici ölkələrdən turistlərin gəlməsinə ciddi maneələr yaratdı. Dövlət haqlı olaraq əhalinin sağlamlığını turizmdən gələn gəlir də daxil olmaqla hər şeydən üstün tutur.
“Lakin vergi və digər daxilolmalarla əlaqədar aparılan islahatlar nəticəsində bu sahədə büdcə daxilolmaları birinci yarımillikdə proqnozlaşdırılandan daha artıq oldu ki, bu da aparılan islahatların uğurlu məntiqi nəticəsidir. Eyni zamanda, Birləşmiş Millətlər Təşkilatının “Dayanıqlı inkişaf indeksi” ilə bağlı yeni hesabatına görə, Azərbaycan regionda şəriksiz liderdir, keçən ilə nisbətən iqtisadiyyatımız daha da irəliləyərək 54-cü yerdə qərarlaşıb”, - deyən A.Əliyev əlavə edib ki, dövlət şirkətlərində hazırda itkilərin aradan qaldırılması istiqamətində ciddi iş aparılır. İslahatların tərkib hissəsi olaraq, həmin şirkətlərin büdcədə yaratdıqları yükün minimuma endirilməsi nəzərdə tutulur. Belə ki, həmin şirkətlərin itkilərinin dövlətin hesabına aradan qaldırılması tendensiyasına birmənalı şəkildə son qoyulması gözlənilir.
Hazırda dünyada geniş yayılmış iqtisadi sistemlərdən biri olan “Build Operate Transfer” (Qur, işlət və ötür), yəni, müəssisələrin qurulması, işlədilməsi və ötürülməsini özündə ehtiva edir. Bu sistem hazırda İqtisadiyyat Nazirliyi tərəfindən sahibkarlara ciddi dəstək kreditinin verilməsini, habelə onlar tərəfindən yeni sahələrin yaradılmasını özündə ehtiva etməkdədir.
Habelə “Public Private Partnership” modelinə uyğun olaraq ictimai faydalılığı təmin etmək, iqtisadiyyatın inkişafına dəstək olmaq və dövlətin sahibkarlarla əlaqələri nəticəsində irəli sürdüyü iqtisadi artımın ehtiva olunmasıdır.
Dövlət müəssisələrinin maliyyə sağlamlığını və dayanıqlılığını yaxşılaşdırmaq, maliyyə resurslarının, habelə xarici borcların cəlb olunmasını səmərəli meyarlar əsasında idarə etmək məqsədilə dövlətimizin başçısının 2020-ci il 7 avqust tarixli Sərəncamına əsasən Azərbaycan İnvestisiya Holdinqi yaradılıb. Bu isə pandemiya dövründə dövlət müəssisələrini vahid çətir altında toplamaqla, onların profisitinin artırılmasına, habelə büdcədən asılılıqlarının azaldılmasına hesablanmış mühüm qərardır. Vahid idarəetmə modeli dövlət şirkətlərinin maliyyə durumlarının yaxşılaşdırılması istiqamətində tədbirlərin görülməsini özündə ehtiva edir. Hansı ki, sözügedən islahatlar azad bazar münasibətlərinin hərtərəfli inkişafına, özəl mülkiyyətin genişlənməsinə, daha sağlam prinsiplərə söykənən idarəçiliyə əsaslanmaqla iqtisadi inkişafı sürətləndirməyə hesablanıb.
Dövlətə məxsus müəssisələrin idarə olunması sisteminin təkmilləşdirilməsi, fəaliyyətinin səmərəliliyinin və şəffaflığının artırılması, xərclərini və risklərini optimallaşdırmaq yolu ilə onların tam sağlamlaşdırılması istiqamətində tədbirlərin görülməsi Azərbaycan Prezidenti tərəfindən aparılan islahatların məntiqi və rasional davamıdır.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46
Ədəbiyyat
17 İyul 11:42
Gündəm
17 İyul 11:35
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:24
Gündəm
17 İyul 11:22
Gündəm
17 İyul 11:15
Analitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14
İqtisadiyyat
17 İyul 11:14
Mədəniyyət
17 İyul 11:13
Gündəm
17 İyul 11:10
Siyasət
17 İyul 11:08

