Sumqayıt Kimya Sənaye Parkı - 10
01.02.2022 [10:02]
Sənayenin inkişafı üçün bütün şərtlər təmin edilib
Mübariz ABDULLAYEV
Dünyanın qabaqcıl ölkələrinin təcrübəsi ortadadır - onlar məhz innovativ əsaslı sənaye quruculuğu sayəsində yüksək inkişaf səviyyəsinə çatıblar. Müasir dövlət kimi inkişaf edən Azərbaycan da yüksəksəviyyəli sənaye quruculuğunu öz inkişafının əsas paradiqmalarından biri kimi müəyyənləşdirib. Ölkəmizdə qarşıya qoyulan hədəfə nail olmaqdan ötrü çoxvektorlu tədbirlər görülür. Sənaye istehsalının və ixracının təşviqi, bu sektora investisiya qoyuluşunun artırılması belə tədbirlər sırasında yer alır. Bütövlükdə, respublikamızda sənayenin müasir yanaşmalar əsasında inkişafı üçün bütün şərtlər təmin edilib. Nəticə, əlbəttə ki, uğurludur. Son illərdə milli iqtisadiyyatımızda ən yaxşı inkişaf göstəriciləri məhz sənaye sektorunda müşahidə edilir. Ötən il respublikamızda qeyri-neft sənayesində təxminən 20 faiz artım baş verib. Bu, bütün dünya üzrə ən yüksək göstərici sayıla bilər.
Sənaye parkları
Dünyadakı qabaqcıl təcrübə nəzərə alınmaqla yaradılan sənaye parkları milli iqtisadiyyatımızın sənaye sektorunun inkişafına güclü impuls verən amillərdən biri qismində çıxış edir. Azərbaycanın ilk sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkının (SKSP) yaradılmasından 10 il keçir. Sözügedən sənaye parkının əsası dövlət başçısının 2011-ci il 21 dekabr tarixli Fərmanı ilə qoyulub. Sənaye Parkı yaradılarkən 168 hektara yaxın ərazini əhatə edirdi. Hazırda isə parkın ərazisi 583,5 hektara bərabərdir. Sumqayıt Kimya Sənaye Parkında ümumi investisiyalarının həcmi 5,4 milyard manatdan artıq olan 25 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Həmin rezidentlərdən 17-si artıq fəaliyyət göstərir. İndiyədək SKSP-da 5,1 milyard manat həcmində investisiya yatırılıb və 5700-dək insan daimi işlə təmin olunub.
Hazırda Sumqayıt Kimya Sənaye Parkında əvvəlki dövrlərdə idxal hesabına təmin edilən azot gübrəsi, polimerlər, ferroərintilər, tütün məmulatları, aqrokimyəvi məhsullar, sənaye istifadəsi üçün torbalar, tibbi maskalar, şüşə lövhələr digər yeni məhsullar istehsal edilir. Burada məhsul istehsalı və ixracında artım dinamikası yüksəkdir. Belə ki, sənaye parkı fəaliyyətə başlayandan 2021-ci ilədək 2,5 milyard manatlıq məhsul istehsal edilmişdisə, təkcə 2021-ci ilin 11 ayında 1,9 milyard manatlıq məhsul istehsal olunub. Həmçinin sənaye parkı fəaliyyətə başlayandan 2021-ci ilədək 764 milyon manatlıq məhsul ixrac edilmişdisə, 2021-ci ilin 11 ayında 764 milyon manatlıq məhsul ixrac olunub.
Xarici bazarlara çıxış
SKSP-da buraxılan yüksək rəqabətqabiliyyətli məhsullar ölkədə daxili tələbatın ödənilməsi ilə yanaşı, “Made in Azerbaijan” brendi altında dünyanın 30-dan çox ölkəsinə ixrac edilir. Ümumilikdə, Sumqayıt Kimya Sənaye Parkının rezidentləri tərəfindən 4,4 milyard manatlıq satış həyata keçirilib. Bunun 1,5 milyard manatlıq hissəsi - təqribən 34%-i ixracın payına düşür.
SKSP-nın rezidenti - “SOCAR karbamid” zavodu ölkəmizdə kənd təsərrüfatının inkişafında, həmçinin qeyri-neft ixracında önəmli rola malikdir. Belə ki, son 3 il ərzində zavodda istehsal olunan karbamid gübrəsinin satışı 3 dəfə artmaqla, təxminən 372 min ton təşkil edib. Ötən il müəssisənin gəlirləri 6 dəfə artaraq 223 milyon manatı ötüb.
Müəssisədə istehsal olunan karbamid gübrəsi daxili bazarla yanaşı, xarici bazarlara da çıxarılır. Zavodun məhsullarının 87%-i Braziliya, Türkiyə, Rumıniya, Rusiya, Bolqarıstan, Albaniya, İtaliya, Gürcüstan və s. ölkələrə ixrac olunur.
Daha 6 sənaye parkı
Sumqayıt Kimya Sənaye Parkının yaradılmasından sonra ölkəmizdə daha 6 sənaye parkı - Balaxanı, Mingəçevir, Qaradağ, Pirallahı, Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları təşkil olunub. Balaxanı Sənaye Parkı Prezident İlham Əliyevin 2011-ci il 28 dekabr tarixli Sərəncamı ilə yaradılıb. Ötən dövrdə sahibkarların marağı nəzərə alınaraq onun ərazisi 10,15 hektaradək genişləndirilib. Parkda 23 rezident qeydiyyata alınıb və onlardan 16-sı fəaliyyətə başlayıb. Qaradağ Sənaye Parkı dövlət başçısının 2015-ci il 3 iyun tarixli Sərəncamına əsasən yaradılıb. Parkın bir rezidenti var. Bu, “Bakı Gəmiqayırma Zavodu” MMC-dir. Sənaye parkına 847,1 milyon manat investisiya qoyulub. Burada 2000-dək iş yeri yaradılıb. Prezident İlham Əliyevin 2015-ci il 26 fevral tarixli Sərəncamı ilə yaradılan Mingəçevir Sənaye Parkının təməli 2016-cı ildə qoyulub. Burada rezident kimi qeydiyyata alınmış “Mingəçevir Tekstil” MMC-nin iplik istehsalı üzrə illik istehsal gücü 20 min ton iplik olan 2 fabriki (“Ring” və “Open End” üsulu ilə) 2018-ci ilin 27 fevral tarixində dövlət başçımızın iştirakı ilə istifadəyə verilib. Dövlət başçısının 2016-cı il 14 sentyabr tarixli Sərəncamı ilə yaradılan Pirallahı Sənaye Parkı 30 hektar ərazini əhatə edir. Hazırda Pirallahı Sənaye Parkında 4 müəssisə (“R-Pharm” MMC, “Diamed Co” MMC, “İFFA” MMC və “Absheron Saffron LTD” MMC) rezident kimi qeydiyyatdan keçib və onlardan 2-si fəaliyyətə başlayıb. Ümumilikdə, rezidentlər tərəfindən sənaye parkına 36,7 milyon manat investisiya yatırılıb. Bundan başqa, mövcud layihələr üzrə əlavə olaraq 12 milyon manatadək investisiyanın qoyulması və 200-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.
Daha iki sənaye parkı isə Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərdə yaradılır. Ötən ilin may ayında Prezident İlham Əliyevin iştirakı ilə Ağdam Sənaye Məhəlləsinin təməlqoyma mərasimi keçirilib. Ağdamda yaradılacaq sənaye mərkəzində ilkin müraciətlər əsasında 33 kiçik istehsal və xidmət müəssisəsi, iri sənaye və qida sənayesi müəssisələri fəaliyyət göstərəcək. Buraya 110 milyon manata yaxın sərmayə qoyulacaq, 330 iş yeri açılacaq. Dövlətimizin başçısı, həmçinin 4 oktyabr 2021-ci il tarixində “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması haqqında müvafiq Fərman imzalayıb. Cəbrayıl rayonunda yaradılacaq sənaye parkı 200 hektar ərazini əhatə edəcək. Ərazi kənd təsərrüfatı məhsullarının emalı, sənaye, sosial və texniki zonalara bölünəcək. Burada müxtəlif təyinatlı məhsullar istehsal olunacaq. Sənaye Parkının yaxınlığında yaşayış məntəqəsi olmadığı üçün sosial zonada 150 nəfərlik konteyner şəhərciyi qurulacaq.
Xəbər lenti
Hamısına baxMaraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
Dünya
26 Oktyabr 14:36
Hadisə
26 Oktyabr 13:19
Dünya
26 Oktyabr 12:31
Dünya
26 Oktyabr 11:20
Dünya
26 Oktyabr 10:59
İdman
26 Oktyabr 10:23
Dünya
26 Oktyabr 09:57
Hadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
Siyasət
24 Oktyabr 20:13
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51

