Pul əl çirkidir...
18.06.2022 [10:21]
Nağdsız əməliyyatların həcmi artır
Mübariz ABDULLAYEV
Dünyada ikinci
Dördüncü sənaye inqilabı kimi səciyyələndirilən müasir dövrdə informasiya-kommunikasiya texnologiyaları həyatımıza getdikcə daha çox dərəcədə nüfuz etməkdədir. Bizi əhatə edən mühitdə, bir-birimizlə ünsiyyətdə, iş yerində, hər gün faydalandığımız xidmət sektorunda, ticarət obyektlərində tez-tez yeni tətbiqlərlə üzləşirik.
Dördüncü sənaye inqilabının çağırışlarına uyğun olaraq Azərbaycan Böyük Britaniyadan sonra dünyada ikinci Rəqəmsal Ticarət Qovşağı (RTQ) yaradan ölkədir. Respublikamızda RTQ Prezident İlham Əliyevin 2017-ci il 22 fevral tarixli “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nəzdində yaradılıb. Rəqəmsal Ticarət Qovşağı ölkədə elektron ticarətin infrastruktur bazasının daha da inkişaf etdirilməsi və Azərbaycan Respublikasının regionda rəqəmsal ticarət qovşağı kimi mövqeyinin gücləndirilməsi məqsədi ilə yaradılmış elektron dövlət-özəl tərəfdaşlıq platformasıdır. RTQ vasitəsilə qeyri-rezidentlərə mobil və elektron rezidentlik təqdim olunur. Azərbaycan dünyada m-Residentlik təklif edən 1-ci, e-Residentlik təklif edən Estoniyadan sonra 2-ci ölkədir. Bu qovşaq vasitəsilə bir sıra elektron xidmətlər təqdim olunur.
Bank sektorunun transformasiyası
Bütün dünyada olduğu kimi, respublikamızda da yeni növ koronavirus pandemiyası bank sektorunda rəqəmsallaşmanın, xüsusilə də müxtəlif xidmətlərin onlayn qaydada təqdim edilməsinin əhatə dairəsinin genişlənməsinə təkan verdi. Pandemiya dövründə sərt qapanmalar şəraitində elektron ticarətə üstünlük verən müştərilərin sayı artdı və bu da müxtəlif sahələrdə, o cümlədən də bank sektorunda zəruri rəqəmsal infrastrukturun yaradılması prosesini sürətləndirdi. “Fintex Summit” Maliyyə və Texnologiyalar Sərgisində çıxış edən Azərbaycan Banklar Assossasiyasının (ABA) sədri Zakir Nuriyev bank sektorunda transformasiyanın uğurla getdiyini, yeni çağırışların adekvat şəkildə qarşılandığını bildirib. “2022-ci ildə də bu proses davam edir və qlobal miqyasda bankçılıq yeni dövrə keçir”, - deyə qurum rəsmisi vurğulayıb.
Ölkəmizdə bank sektorunda transformasiya proseslərinin uğurla getməsini nağdsız qaydada aparılan əməliyyatların həcminin artmasından da görmək mümkündür. Zakir Nuriyevin verdiyi məlumata görə, cari ilin ilk dörd ayında ölkədə banklarda ödənişlərin 69%-i elektron daşıyıcılar üzərindən həyata keçirilib. Bu, ötən ilin eyni dövrünə nisbətən aktivliyin 7% artması deməkdir. Zakir Nuriyev əlavə edib ki, pandemiyadan əvvəl Azərbaycanda bir il ərzində, məsələn, 2019-c? ildə aparılan nağdsız əməliyyatların həcmi 4.5 milyard manat təşkil edirdisə, artıq cari ilin 4 ayında bu rəqəm 6 milyard manata çatıb. 2022-ci ilin yanvar-aprel aylarında ölkədaxili kartlarla aparılan əməliyyatların say baxımından 75%-i, həcm baxımından 40%-i nağdsız hesablamaların payına düşüb.
Ölkəmizdə nağdsız qaydada aparılan valyuta əməliyyatlarının həcmi də artmaqdadır. Mərkəzi Bankdan “Yeni Azərbaycan”a verilən məlumata əsasən, 2022-ci ilin birinci rübündə nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi ötən ilin müvafiq dövrünə nəzərən 25,8 faiz artaraq 7,4 milyard ABŞ dolları ekvivalentində olub. Nağdsız valyuta əməliyyatlarının 86,9 faizi ABŞ dollarında, 13,1 faizi isə digər valyutalarda aparılıb. Valyuta əməliyyatlarının 30,1 faizi banklararası valyuta bazarında (BVB), 69,9 faizi isə bankdaxili valyuta bazarında (BDVB) həyata keçirilib.
Smart kartın yaratdığı imkanlar dövrü
Dördüncü sənaye inqilabı dövründə transformasiyalar çox sürətlə baş verir və bəzən biz proseslərə çatmaqda çətinlik çəkirik. Budur, nağd ödənişlərin tədricən tarixə qovuşduğu vaxtda artıq özümüzlə kart gəzdirməyə də ehtiyac qalmır. İndi biz, sadəcə, telefonla və yaxud smart kartın yaratdığı imkanlardan istifadə etməklə alış-verişi həyata keçirə bilərik. Hazırda ayrı-ayrı bankların müştəriləri bank kartlarından istifadə etmədən, alış-verişi Apple Pay və Apple Watch vasitəsilə həyata keçirmək fürsəti qazanıblar, hətta biz UTM-lərdən vəsaitlərimizi də öz telefonlarımız vasitəsilə nağdlaşdıra bilirik. Unibank ölkədə bu xidmətin aktiv olduğu ilk banklardandır. Təkcə bu ilin ilk 5 ayı ərzində Unibank müştərilərinin Apple Pay əməliyyatlarının sayı 1 milyonu ötüb. Bu xidmət müştərilərə telefon və digər cihazlarla rahat ödəniş həyata keçirmək imkanı yaradır və əlavə üstünlüklər qazandırır. Əvvəla, üstümüzdə nağd pul və bank kartı daşımağa ehtiyac qalmır. Əməliyyatlar tam təhlükəsiz şəraitdə həyata keçirilir, vaxta qənaət olunur və daha çox keşbek qazanırıq.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05

