Büdcənin prioritet xərc istiqamətləri
27.09.2022 [10:17]
MÜBARİZ
Xəbər verildiyi kimi, Maliyyə Nazirliyi “2023-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama” sənədini təqdim edib. Eyni zamanda, bu günlərdə Nazirlər Kabinetinin Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən geniş iclasında Azərbaycan Respublikasının 2023-cü il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, 2023-cü il və növbəti üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri müzakirə edilib.
Gəlirlər və xərclər
Ölkəmizin hazırkı inkişaf səviyyəsi nəzərə alınmaqla hazırlanan layihə sənədlərinə əsasən, 2023-cü ildə dövlət büdcəsinin gəlirləri 30720,7 milyon manat proqnozlaşdırılır ki, bu da 2022-ci ilin dürüstləşdirilmiş proqnozu ilə müqayisədə 1522,9 milyon manat və yaxud 5,2 faiz, 2021-ci ilin icra göstəriciləri ilə müqayisədə 4324,4 milyon manat və yaxud 16,4 faiz çoxdur. Növbəti ildə dövlət büdcəsinin xərcləri 2022-ci ilin dürüstləşdirilmiş proqnozu ilə müqayisədə 996,2 milyon manat və ya 3,1 faiz artımla 33300,0 milyon manat proqnozlaşdırılır ki, bu da, 2021-ci ilin icra göstəriciləri ilə müqayisədə 5877,6 milyon manat və yaxud 21,4 faiz çoxdur.
2023-ci il üçün 33300,0 milyon manat (ÜDM-nin 31,5 faizi) həcmində proqnozlaşdırılan dövlət büdcəsi xərclərinin 22635,7 milyon manatı və ya 68,0 faizi cari xərclərə, 9659,3 milyon manatı və ya 29,0 faizi əsaslı xərclərə, 1 005,0 milyon manatı və ya 3,0 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönələcəyi proqnozlaşdırılıb.
Nazirlər Kabinetində aparılan müzakirələrdə diqqətə çatdırılıb ki, bütövlükdə 2023-cü il və növbəti 3 il üçün dövlət və icmal büdcə layihələri Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq və Prezidentin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”ndakı hədəflər nəzərə alınmaqla hazırlanıb. 2023-cü ilin dövlət büdcəsində Strategiya ilə nəzərdə tutulan layihə və tədbirlərin maliyyələşdirilməsi üçün 5,2 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub.
İşğaldan azad edilmiş ərazilərin bərpası
44 günlük Vətən müharibəsində işğaldan azad edilən ərazilərin bərpası və ora Böyük Qayıdışın təmin edilməsi 2030-cu ilədək olan dövrü əhatə edən yeni strateji mərhələ üçün Azərbaycanın müəyyənləşdirdiyi beş mühüm prioritetdən birini təşkil edir. Postmüharibə dövründə ölkəmizin gündəliyində belə bir prioritetin müəyyənləşdirilməsi isə heç də təsadüfi deyildir. Ötən əsrin doxsanıncı illərinin əvvəllərində Ermənistanın havadarlarının köməyi ilə respublikamıza qarşı həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində ev-eşiklərini tərk etmək məcburiyyətində qalan qaçqın və məcburi köçkün soydaşlarımız düz üç onillik idi ki, doğma torpaqlarına-Şuşaya, Qubadlıya, Laçına, Füzuliyə, Zəngilana, Cəbrayıla və digər şəhər və kəndlərimizə qayıdacaqları günü səbirsizliklə gözləyiblər. Dövlətimiz, Prezidentimiz də daim ümid verirdi ki, Azərbaycanın ərazi bütövlüyü gec-tez bərpa olunacaq və qaçqınlar, məcburi köçkünlər mütləq dədə-baba torpaqlarına qayıdacaqlar. Müzəffər Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Zəfər sayəsində artıq doğma torpaqlara geri dönüş vaxtı gəlib çatıb.
Güclü Azərbaycan dövləti qaçqın və məcburi köçkün soydaşlarımızın işğaldan azad olunan ərazilərə Böyük Qayıdışını layiqli şəkildə təmin etmək əzmi nümayiş etdirir. Dövlət başçısının yuxarıda xatırlatdığımız Sərəncamı ilə təsdiq edilmiş “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda Böyük Qayıdış üzrə strateji çərçivə müəyyənləşdirilib. Sənəddə vurğulanır ki, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış məqsədinin reallaşdırılması üçün əhalinin dayanıqlı məskunlaşması təmin olunacaq. Əhalinin dayanıqlı məsklunlaşması ərazilərdə planlaşdırılan zəruri ilkin şərtlərin yaradılması ilə dəstəklənəcək. İşğaldan azad edilmiş ərazilərin təhlükəsizlik sistemi və infrastrukturla tam şəkildə əhatəsinə nail olunacaq. Qabaqcıl şəhərsalma qaydaları nəzərə alınmaqla bölgədə yaşayış və qeyri-yaşayış kompleksləri inşa ediləcək, müasir infrastruktura malik “ağıllı şəhər və ağıllı kənd” konsepsiyaları həyata keçiriləcək. Bu əsasda bütün bölgə qabaqcıl standartlara uyğun sosial-iqtisadi və mədəni infrastrukturla tam təmin ediləcək. Kommunal xidmətlər şəbəkəsi, xüsusilə tullantıların səmərəli idarə edilməsi sistemi qurulacaq. Sosial xidmət infrastrukturu bərpa olunacaq. Nəticədə, ilkin strateji mərhələdə əhalinin təhlükəsiz, ləyaqətli və dayanıqlı əsasda planlaşdırılan məskunlaşmasına nail olunacaq.
Güclü və məsuliyyətli dövlət olan Azərbaycan işğaldan azad olunan ərazilərə Böyük Qayıdışın təmin olunması məqsədilə zəruri infrastrukturun yaradılmasına müharibə başa çatdıqdan dərhal sonra başlayıb. Qısa müddətdə həmin ərazilərdə çoxlu sayda layihənin icrası yüksək səviyyədə təmin olunub. İşğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” konsepti ilə ilk yaşayış məntəqəsinin inşasının tamamlaması və ora sakinlərin köçürülməsi Azərbaycan dövlətinin gücünü və niyyətini ifadə edir. İşğaldan azad edilmiş ərazilərin bərpasına ötən il dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrıldı. Prezident İlham Əliyev tərəfindən təsdiqlənən Qanuna əsasən, cari ildə işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasına və bərpasına 2 670 000 000,0 manat məbləğində vəsait ayrılması nəzərdə tutulub. Gələn il eyni məqsəd üçün dövlət büdcəsindən ayrılacaq vəsaitin artacağı gözlənilir. Nazirlər Kabinetində keçirilən müzakirələrdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın təmin edilməsi üçün şəhər və kəndlərin yenidən qurulması, həmin ərazilərdə müasir infrastrukturların yaradılması məqsədilə 2023-cü ilin dövlət büdcəsində 3 milyard manat vəsaitin nəzərdə tutulduğu diqqətə çatdırılıb.
Xəbər lenti
Hamısına baxMaraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32

