Azərbaycanda yeni təyinatlı maşınqayırma müəssisələri yaradılmaqdadır
10.08.2011 [10:35]
Azərbaycan iqtisadiyyatının proqressiv dinamikası neft və qeyri-neft bölmələrinin dinamik şəkildə inkişafına yol açıb, sektorlar üzrə bərabər artım meyillərini sürətləndirib. Respublikamızda həyata keçirilən iqtisadi siyasətin mühüm istiqamətlərindən biri olan sənayeləşmə strategiyası öz spesifik və intensiv inkişafı ilə müşayiət olunmaqdadır. Sənaye sektoru çoxşaxəli sahə olub ümumilikdə iqtisadiyyatın bütün bölmələri ilə əlaqəli və paralel şəkildə inkişafı üçün mühüm rol oynayır. Sənayenin əsas sahələrindən biri kimi diqqəti cəlb edən maşınqayırma bölməsində son illər müşayiət olunan yeni keyfiyyət dəyişiklikləri isə ölkəmizdə sənayeləşmənin perspektivliyindən xəbər verir.
Azərbaycanda maşınqayırma sənayesi hələ sovetlər dövründə bir sıra strateji müəssisələrin güclü istehsal imkanlarına görə seçilib. Gəncə Avtomobil Zavodu, B.Sərdarov adına zavod, Bakı və Sumqayıtdakı strateji maşınqayırma müəssisələri rentabelli iş fəaliyyətinə, potensial imkanlarına görə, həmçinin, regionda bir çox iqtisadi subyektlərin maddi-xammal təminatında və ehtiyat hissələrlə təchiz olunmasında xüsusi rol oynayıb. Bu müəssisələr istehsal etdiyi materiallar - maşın və onların hissələrinin istehsalına görə, postsovet məkanında fərqlənib. Eyni zamanda, respublikamızın maşınqayırma sənayesi müəssisələri iqtisadiyyatın milli gəlir baxımından mühüm sahəsi hesab olunub, ümumi sənaye strukturunda xüsusi çəkiyə malik olub.
Bazar iqtisadiyyatının bütün prinsiplərini uğurlu şəkildə təmin edən və liberal iqtisadiyyatın inkişafını dərinləşdirən hökumət ötən əsrin sonlarından başlayaraq sənayenin bütün sektorlarının, o cümlədən, maşınqayırmanın inkişaf üçün xüsusi proqramların icrasına nail olub. Müəssisələrin özəlləşdirilməsi, səhmdar cəmiyyətlərə çevrilməsi, eləcə də, postsənaye dövründə mühüm əhəmiyyətə malik müəssisələrin maddi-texniki bazasının yenidən qurulması, yeni istehsal sahələrinin yaradılması maşınqayırmanın tamamilə yeniləşməsinə, real bazara uyğun fəaliyyət göstərməsinə səbəb olub. Son illər maşınqayırma müəssisələrinin yeni texnologiyalar əsasında təchizatı onların həm istehsal güclərinin, həm də yeni çeşiddə məhsullar buraxılışı üçün imkanlarının artmasına səbəb olub.
Hazırda respublikamız maşınqayırma sənayesində istehsal olunan rəqabətqabiliyyətli məhsulların buraxılışına malikdir. Bu sırada avtomobillərin istehsalı xüsusi əhəmiyyət daşıyır. ümumiyyətlə, avtomobil sənayesi maşınqayırmada əsas sahə kimi nəzərə çarpır və dünyada avtomobil istehsalı rəqabətinin dərinləşdiyi bir ərəfədə Azərbaycan öz milli brendi ilə tanınmağa çalışır. ölkəmiz artıq bir neçə ildir ki, bölgədə ən iri avtomobil müəssisəsi olan Gəncə Avtomobil Zavodunun istehsal etdiyi maşınlarla məşhurdur. Bu müəssisə öz istehsal sahələrinin genişliyinə görə, çox zəngindir və burada bütün növ avtomobillərin istehsalı üçün texniki baza mövcuddur. Həm yük, həm də minik maşınlarının istehsalına malik olan zavod illik gücünü artırmaq potensialına görə də fərqlənir. Zavodda Belarusla birgə istehsal olunan kənd təsərrüfatı üçün traktorlar yerli tələbatın ödənilməsində mühüm rol oynayır. Bir neçə ildən sonra bu maşınların qonşu dövlətlərə ixracı da nəzərdə tutulur. Gəncə Avtomobil Zavodunun istehsal etdiyi yük maşınları, tikinti sektoru üçün nəzərdə tutulan maşınları da rəqabət imkanlarına görə seçilir. Bu müəssisə, həmçinin, minik avtomobillərinin istehsalını da planlaşdırır ki, bu da ölkəmizdə yerli avtomobillərin istehlakında mühüm rol oynayacaq. Onu da qeyd edək ki, Fransanın məşhur “Pejo”, Almaniyanın “Folsfagen” müəssisələri sözügedən zavodda birgə maşınların yığılmasını təklif edirlər.
Məsələ ondadır ki, maşınqayırma sənayesi təkcə, paytaxtı və iri şəhərləri əhatə etmir. Bu gün bu sənaye sahəsi regionlarda inkişaf etməyə başlayıb və bölgələrdə çox iri maşınqayırma zavodları mövcuddur. Xüsusilə də, avtomobil istehsalı regionlarda geniş vüsət almağa başlayıb. Şamaxıda, Naxçıvanda yeni texnologiyaların tətbiqinə əsaslanan maddi-texniki bazanın yaradılması sayəsində müasir avtomobillərin buraxılışı sürətlənməkdədir. Bu gün Naxçıvanda “Lifan” avtomobillərinin istehsalı maşınqayırma sənayesi üçün mühüm rol oynayır. öz texniki göstəricilərinə, dizaynına, digər parametrlərinə görə, qonşu ölkələrin istehsal etdiyi maşınlardan geri qalmayan bu avtomobillər daxili bazarda xüsusi yer tutur. “Lifan”ın yeni versiyalarının buraxılışı da nəzərdə tutulur ki, bu da avtomobil sənayesində yeni keyfiyyət dəyişikliklərinin yaranmasından xəbər verir. Eləcə də, digər markalı maşınların buraxılışı ilə bağlı layihələrin həyata keçirilməsi planlaşdırılır ki, bu da yaxın illərdə Azərbaycanın bir neçə rəqabətqabiliyyətli avtomobil istehsalçısı kimi tanınmasına imkan verəcək.
Hazırda ölkəmizdə avtomobil bazarı daha çox xarici ölkələrin istehsal məhsulları hesabına təmin olunsa da, yaxın illərdə yerli və müştərək müəssisələrin istehsal fəaliyyətinin güclənməsi nəticəsində milli brendlər bu bazarda xüsusi yer tutmağa başlayacaq. Bununla yanaşı, respublikamızın İrana maşın ixracı da nəzərdə tutulan strateji hədəflərə aiddir. Dünyanın ən nəhəng maşınqayırma müəssisələrinin Azərbaycanda öz istehsal sahələrini yaratmaq niyyətlərinin gerçəkləşməsi isə bu sahənin yüksək inkişafını təmin etmiş olacaq. Onu da nəzərə almaq lazımdır ki, maşınqayırma sənayesi yüksək gəlir gətirən sahə hesab olunur. Eyni zamanda, bu sənaye bölməsi öz işçi qüvvəsinin həcminə görə də, iri sahə sayılır. Bu mənada maşınqayırma sənayesinin davamlı şəkildə inkişafı minlərlə iş yerinin yaradılmasına öz töhfəsini vermiş olacaq. Nəzərə alsaq ki, bu cür strateji müəssisələrin böyük əksəriyyəti regionlarda yerləşir, onda bölgələrdə yeni iş yerlərinin sayının daha da artacağını söyləmək olar. Bu isə regionlarda yaşayan insanların məşğulluğunun təmin olunması, sosial vəziyyətlərinin yaxşılaşması baxımından mühüm əhəmiyyət kəsb etmiş olur.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

