"Əsrin müqaviləsi" Azərbaycanın milli inkişafına və müstəqilliyinə dərin əsaslar yaratdı
17.09.2011 [10:25]
Məlumdur ki, Azərbaycan müstəqilliyinin ilk illərində dərin siyasi-iqtisadi böhranla üzləşmişdi. Məhz belə bir şəraitdə ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtmasından sonra, 1993-cü ilin iyunundan başlayaraq, Azərbaycan dövlətçiliyinin xilası və ölkəmizin inkişafı istiqamətində mühüm qərarlar qəbul olundu. ölkədə siyasi sabitlik bərqərar oldu, atəşkəs əldə edildi, irimiqyaslı iqtisadi islahatlara başlanıldı. Bunun nəticəsində ölkədə maliyyə vəziyyəti sabitləşdi, iqtisadiyyata cəlb olunan investisiyaların həcmi ildən-ilə artdı, xalqın həyat səviyyəsi yaxşılaşmağa başladı. Əlbəttə ki, ölkə daxilində mövcud olan problemlərin tədricən aradan qaldırılması, iqtisadiyyatın inkişaf yoluna qədəm qoyması Azərbaycanın xarici siyasətdə də daha fəal və qətiyyətli addımlar atmasına imkan yaratdı.
Beləliklə, Ulu öndərin uzaqgörən və qətiyyətli siyasəti nəticəsində 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” kimi tarixi ad almış ilk neft müqaviləsinin imzalanması ilə Azərbaycanda yeni neft strategiyasının əsası qoyuldu. Demək olar ki, Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissələrinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında sazişin imzalanması, Azərbaycanın neft sənayesi tarixində tamamilə yeni bir eranın başlanğıcı idi. Bununla da müstəqil Azərbaycan dövlətinin tarixində yeni milli neft strategiyasının gerçəkləşməsi və beynəlxalq neft şirkətləri ilə sazişlərin imzalanması sayəsində ölkənin neft ehtiyatlarının istismarına çoxmilyardlı xarici investisiyaların cəlb edilməsinin əsası qoyuldu. Müqavilənin bağlanması, həmçinin, yenicə müstəqillik qazanmış Azərbaycanın bir dövlət kimi tanınmasına, onun dünya iqtisadi sisteminə inteqrasiyası prosesinin sürətlənməsi və beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsinə şərait yaratdı, həm də uzun müddətdən sonra xalqımızın öz sərvətləri üzərində sahiblik hüququnu bir daha təsdiqlədi.
Qeyd etmək lazımdır ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu yeni neft strategiyası bu gün ölkəmizin müstəqilliyinin möhkəmlənməsi, təhlükəsizliyinin etibarlı təmin olunması, zəngin və qüdrətli dövlətə çevrilməsi, eləcə də, regionun və dünyanın enerji təhlükəsizliyində əsas yer tutan dövlət kimi nüfuzunun artması ilə nəticələnib. “Əsrin müqaviləsi” Azərbaycanın hərtərəfli inkişafı, qlobal enerji bazarına inamla daxil olması, dünya iqtisadi sisteminə inteqrasiyanın təmin edilməsi üçün münbit zəmin yaratmaqla, həm də ölkə iqtisadiyyatının digər sahələrinin tərəqqisinə də güclü təkan verib. ölkəyə qoyulan investisiyalar isə Azərbaycanda neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun inkişafına da təsirsiz ötüşməyib. Eyni zamanda, “Əsrin müqaviləsi” çərçivəsində görülən işlər ölkəmizdə həm də neft sektorunun tamamilə yenilənməsinə, texniki və texnoloji cəhətdən inkişaf etməsinə möhkəm əsas yaradıb.
İlk dəfə Xəzərin karbohidrogen ehtiyatlarının beynəlxalq bazarlara çıxarılmasını şərtləndirən müqavilənin imzalanması ilə dünya bazarlarına birbaşa çıxışı olmayan Azərbaycan daha sonra yeni, təkcə respublikamız üçün deyil, eyni zamanda, region ölkələri üçün də böyük əhəmiyyət daşıyan çoxistiqamətli neft-qaz kəmərlərinin tikintisini də uğurla reallaşdırıb. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işə düşməsini ikinci belə tarixi hadisə kimi qiymətləndirmək olar. Bu isə o deməkdir ki, “Əsrin müqaviləsi” ölkəmizə siyasi, iqtisadi dividentlər gətirməklə ölkədaxili quruculuq işinin təşkilini, qeyri-neft və xidmət sektorunun inkişafını, eləcə də, əhəmiyyətli kapital dövriyyəsini təmin etmiş oldu.
Beləliklə, Azərbaycanda həyata keçirilən uğurlu enerji siyasəti ölkəmizin uzunmüddətli enerji təminatının möhkəm əsaslarını yaradıb. Bu gün Azərbaycanın enerji siyasəti regional müstəvidən çıxıb, qlobal müstəviyə daxil olub. Azərbaycan neft-qaz ixrac edən etibarlı ölkə kimi dünya birliyi üçün daha önəmli və etibarlı tərəfdaşa, enerji təhlükəsizliyi məsələlərində çox fəal iştirakçıya çevrilib. Bununla belə, hazırda Azərbaycan alternativ enerji mənbələrinin yaradılmasına böyük diqqət verir və bu sahədə dünyanın qabaqcıl şirkətləri ilə əməkdaşlıq etməyə hazırdır.
SEVİNC
Xəbər lenti
Hamısına baxGündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51

