Ünvanlı sosial yardımın məbləği 550 manata çatacaq
09.02.2024 [10:50]
Ölkəmizdə yürüdülən sosial siyasətin ən mühüm təzahürlərindən biri ünvanlı sosial yardımla əhatə olunan insanların sosial müdafiəsinin gücləndirilməsidir. 2024-cü ildə sosial siyasət sahəsində mühüm dəyişikliklərdən biri ünvanlı dövlət sosial yardımının
məbləğində artım dinamikası ilə bağlıdır. Belə ki, 2024-cü il üçün ehtiyac meyarının həddi 270 manat məbləğində təsdiq edilib ki, bu da ünvanlı yardımın məbləğində artıma imkan yaradacaq. Belə ki, ehtiyac meyarı əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan hədddir. Yəni, ehtiyac meyarının artırılması əsas etibarilə ünvanlı yardımın məbləğinin artmasını da təmin edir.
2024-cü ildə ehtiyac meyarı təxminən 10 faiz artıb, bu isə avtomatik olaraq ünvanlı yardımın həcminin də eyni həddə yüksəlməsinə səbəb olacaq. Bu isə hazırda 65 mindən çox ailənin, 280 minə yaxın aztəminatlı ailənin üzvlərinin sosial rifahının dəstəklənməsində əhəmiyyətli rol oynaycaq.
Son 5 ildə ehtiyac meyarı 2,3 dəfə artaraq 116 manat 270 manata çatıb. Ünvanlı sosial yardımın hər ailəyə düşən orta aylıq məbləği isə 2,8 dəfə artaraq 175 manatdan 487 manata yüksəlib. Yəni ünvanlı yardımın artımı ehtiyac meyarının artımını 2 dəfə üstələyib ki, bu da yaşayış normaları baxımından aztəminatlı ailələrin sosial dəstəyinin bir təzahürüdür.
Son illərdə aparılan islahatlar ünvanlı dövlət sosial yardımın məbləğinin artırılması ilə yanaşı, bu sistemdə təkmilləşdirmələrin aparılması və ünvanlılığın artımını da əhatə edib. Ünvanlı yardımın təyinatı şərtlərinin yumşaldılması, aztəminatlı ailələrin sosial yardım proqramına əlçatanlığının artırılması sahəsində mühüm addımlar atılıb. Elektron Hökumət Portalında sosial yardım sisteminə daha asan çıxış üçün xüsusi e-bölmə yaradılıb, vətəndaşlara ünvanlı dövlət sosial yardımının alınması üçün fərdi elektron informasiya vasitələrindən (kompyuterlərdən, mobil telefonlardan və s.) istifadə etməklə elektron formada müraciət etmək imkanı təmin edilib. Eləcə də, ünvanlı dövlət sosial yardımı üçün müraciət etmiş şəxslər və onların ailə üzvləri üzrə tələb olunan arayış və məlumatların əldə olunması məqsədilə ƏƏSMN “Elektron hökumət” portalı vasitəsilə müvafiq dövlət qurumlarının informasiya resurslarına çıxışı təmin edilib. Eyni zamanda, ünvanlı dövlət sosial yardımı üçün edilən müraciətə baxılması üçün müvafiq məlumatların “Elektron Hökumət” portalı üzərindən aidiyyatı dövlət qurumlarının informasiya resurslarından real vaxt rejimində əldə edilməsi mümkündür. Bütün bunlar məmur təması olmadan yardımların birbaşa elektron sənəd dövriyyəsi əsasında təminatına yönəlib. Hazırda sosial yardım sisteminin təkmilləşdirilməsi işləri davam etdirilir və bu sahədə əlçatanlığın daha da yüksəldilməsi üçün yeni alətlərin tətbiqi nəzərdə tutulur.
Ünvanlı yardımın əsas fəlsəfəsinin əsasən uşaqların sosial müdafiəsinə yönəldiyini nəzərə alsaq, bu sahədə artımlar birbaşa uşaqların sosial rifahını da yaxşılkaşdıracaq. Qeyd edək ki, “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanun əsasında uşaqların aylıq sosial maddi dəstəklə təmin edilməsində ünvanlı sosial yardım ilk yerdə dayanır. 12 ildən artıqdır ki, həyata keçirilən bu sosial yardım strategiyasının əsas fəlsəfəsi məhz uşaqların sosial rifahını nəzərdə tutur. Hazırda ölkəmizdə 65 mindən artıq ailəyə ünvanlı sosial yardım ödənilir, bu, təxminən, 280 min insan deməkdir. Ünvanlı dövlət sosial yardım alan ailələrin üzvlərinin təxminən 60 faizi uşaqlardır, yəni yardımla əhatə edilən insanların ən azı 140 min nəfəri uşaqlardır. Bu o deməkdir ki, bir ailə hazırda ödənilən 487 manat ünvanlı yardımın yarısından çoxu uşaqların payına düşdüyündən bir uşağa hesablanmış orta sosial yardım məbləği təxminən 120-125 manat təşkil edir.
2024-cü ildə ünvanlı sosial yardımın məbləğinin təxminən 10 faiz artaraq 550 manata çatacağı gözlənilir.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31

