Azərbaycanın regionlarında fermerlərə dəstək tədbirlərinin əhatə dairəsi genişləndirilir
01.04.2021 [08:47]
Ölkə üzrə daha 45348 fermerə payızlıq əkinlərə görə subsidiya ödənilib və bununla da müvafiq dövrdə payızlıq əkinlərə görə subsidiya almış fermerlərin sayı 227998 nəfərə çatıb
Azərbaycanda 2004-cü ildən etibarən uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarında qarşıya qoyulan əsas hədəflərdən biri bölgələrdə yerli potensialdan səmərəli istifadə etməklə bitkiçilik və heyvandarlıq məhsullarının istehsalını artırmaqdan ibarətdir. Ötən 17 ildə regional inkişaf proqramlarının icrası çərçivəsində görülən işlər, eləcə də kənd təsərrüfatında aparılan islahatlar, dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə əsaslanan yeni yanaşmaların tətbiq olunması bunun üçün münbit zəmin formalaşdırıb. Paralel şəkildə fermerlərin maliyyə mənbələrinə çıxış imkanları asanlaşdırılır, onlara göstərilən dəstək tədbirlərinin əhatə dairəsi getdikcə genişləndirilir. Təkcə 2020-ci ildə İqtisadiyyat Nazirliyi nəzdində Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən sahibkarlara müvəkkil kredit təşkilatları vasitəsilə ümumi dəyəri 397 milyon manat olan 908 investisiya layihəsinin maliyyələşdirilməsinə 126,9 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 2700-dən çox yeni iş yerinin açılması imkanı yaranıb. Kreditlərin 57 faizi aqrar sektorun (istehsal və emal), 43 faizi sənaye məhsullarının istehsalı və emalı və digər sahələrin inkişafına yönəldilib. Verilmiş kreditlərin 79 faizi regionların, 21 faizi isə Bakı qəsəbələrinin payına düşür. Güzəştli kredit alanların 99 faizdən çoxu mikro, kiçik və orta sahibkarlıq, 1 faizdən az hissəsi isə böyük sahibkarlıq subyektləridir.
Respublikanın bütün bölgələrində fermerlərə payızlıq əkinlərə görə subsidiya ödənişləri davam etdirilir
Son illərdə ölkə üzrə fermerlərə dəstək tədbirləri çərçivəsində, həmçinin subsidiyaların həcmi artırılıb, eləcə də subsidiya alan sahibkarlıq subyektlərinin əhatə dairəsi daha da genişləndirilib. Bunun nəticəsi olaraq respublikamızda fermerlərin bir sıra perspektivli sahələrə marağı artıb. Dəstək tədbirlərindən bəhrələnən fermerlər müxtəlif sahələrə məmnuniyyətlə investisiyalar yönəldirlər.
Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, qurum 2020-ci ilin payızlıq əkinlərinə görə fermerlərə subsidiya ödənişlərini davam etdirir. Aparılan monitorinqlərin nəticələrinə uyğun olaraq müraciətləri təsdiqlənmiş daha 45,348 fermerə əkin subsidiyası ödənilib. Bununla da, müvafiq dövrdə payızlıq əkinlərə görə subsidiya almış fermerlərin sayı 227998 nəfərə çatıb.
Məlumatda bildirilir ki, ümumilikdə 335 min nəfərdən artıq fermer Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində 2020-ci il üzrə payızlıq əkinləri bəyan edib. Fermerlərin əkin bəyanları təlimatlara uyğun olaraq yoxlanılır və müvafiq qaydada subsidiya ödənişləri həyata keçirilir. Subsidiya qaydalarına uyğun olaraq, ödənişlər fermer kartlarına 25 faiz nağdlaşdırıla bilən və 75 faiz nağdsız hissə şəklində ödənilib. Fermerlər subsidiyanın nağdlaşdırıla bilinməyən hissəsi ilə gübrə, pestisid, toxum və ting təchizatçılarından təsərrüfatlarına lazım olan məhsulları POS-terminal vasitəsilə ödəniş həyata keçirməklə əldə edə bilərlər.
2021-ci ildə aqrar sahədə çalışan sahibkarlara əlavə əkin subsidiyası ödəniləcək
Respublikamızda müxtəlif dəstək tədbirləri vasitəsilə fermerlərin mümkün risklərdən qorunması davamlı hal alıb. O cümlədən ölkəmizdə dizel yanacağının qiymətindəki dəyişikliklərin kənd təsərrüfatına mümkün təsirini aradan qaldırmaq məqsədilə dövlət tərəfindən fermerlərə stimullaşdırıcı dəstək tədbirləri davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin verdiyi müvafiq tapşırığa əsasən, Aqrar Subsidiya Şurası kənd təsərrüfatı bitkiləri üzrə 2021-ci ildə fermerlərə əlavə əkin subsidiyası verilməsi barədə qərar qəbul edib. Şuranın qərarında yeni əkin əmsalları öz əksini tapıb. Bu məqsədlə hökumət tərəfindən 2021-ci ilin dövlət büdcəsində əlavə vəsaitin ayrılması nəzərdə tutulur. Yeni əkin əmsalına uyğun artırılmış subsidiya məbləğinin ödənişi cari il ərzində həyata keçiriləcək. Əkin əmsallarının artırılması fermerlərin müxtəlif istehsal vasitələrinin alınması ilə bağlı xərclərinin əkin subsidiyası hesabına daha böyük hissəsini qarşılamağa və bununla da dizel yanacağının qiymətinin artmasından yaranan əlavə xərclərini kompensasiya etməyə imkan verəcək. Subsidiyalar fermerlərə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi üzərindən verilir.
Ölkə üzrə mineral gübrələrin səyyar satışının həyata keçirilməsi fermerlərin işini asanlaşdırır
Aqrar sektorda məhsuldarlığın artmasında gübrə təminatı mühüm rol oynayır. Buna görə də respublikamızda fermerlərin gübrələrlə vaxtında təchiz edilməsi diqqət mərkəzində saxlanılır. Yeni əkin mövsümü ilə əlaqədar olaraq “Aqroservis” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən rayon bölmələrindən uzaq məsafədə yerləşən kənd və qəsəbələrdə mövsümi mineral gübrələrin səyyar satışına başlanılıb ki, bu da fermerlərin işini asanlaşdırır.
Fermerlərin gübrələrə olan tələbatını vaxtında ödəmək üçün “Aqroservis” ASC anbarları mövsümi mineral gübrələrlə tam təchiz edib. ASC tərəfindən gün ərzində paralel olaraq 10-dan çox istiqamətdə səyyar satış xidmətləri təşkil edilir. “Aqroservis” əməkdaşları rayon bölmələrindən uzaq məsafədə yerləşən kəndlərə və qəsəbələrə gedərək fermer və sahibkarların tələbatlarına uyğun mövsümi gübrələrin satışını həyata keçirir, əksər hallarda mineral gübrələrin fermerin ünvanına kimi ödənişsiz çatdırılmasını təmin edirlər. Ümumiyyətlə, aqrar sahədə aqrotexniki qulluq işlərinin mövsümə uyğun, vaxtında və operativ həyata keçirilməsi məqsədilə “Aqroservis” ASC gücləndirilmiş iş rejiminə keçib. Fermerlər şənbə və bazar günləri də daxil olmaqla ASC-nin istənilən rayon bölməsinə yaxınlaşaraq heç bir əlavə sənəd və vəsait ödəmədən mineral gübrə əldə edə bilərlər.
Fermerlərin mineral gübrə və pestisid sifarişlərinin operativ qəbul edilməsi və səyyar xidmətlərin keçirilmə ünvanlarının fermerlərin istəyinə uyğun təşkil edilməsi üçün ASC-nin yeni 4 rəqəmli (1659) əlaqə xətti (Satış Mərkəzi) fəaliyyətə başlayıb. Həmçinin fermerlər Kənd Təsərrüfatı Nazirliyinin 1652 Çağrı Mərkəzinə də müraciət edərək, səyyar satışla bağlı təklif və şikayətlərini ünvanlaya bilərlər. “Aqroservis” ASC mineral gübrələrə olan tələbatın ödənilməsi ilə yanaşı, rayon bölmələrində olan texnikalar vasitəsilə fermerlərin aldıqları gübrələrin sahələrdə istifadəsi üçün onlara aqrotexniki xidmətlər də göstərir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı müvafiq Fərmana əsasən, “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda dəyişiklik edilib. Dəyişikliklərə əsasən, ayrılan subsidiya daxilində alınan gübrə və biohumusun dəyərinin 30 faizinin fermerlər tərəfindən nağd şəkildə ödənilməsi qaydası ləğv edilib. Bundan sonra aqrar sektorda çalışan sahibkarlar aldıqları biohumusun və gübrənin tam dəyərini “Fermer kartı”nın nağdlaşdırılmayan hissəsindəki vəsait hesabına ödəyə biləcəklər. Xatırladaq ki, bəhs olunan Qaydalarda dəyişikliklər fermerlərin çoxsaylı müraciətləri nəzərə alınmaqla edilib. İndiyədək regionlarda aqrar sektorda çalışan sahibkarlar “Fermer kartı”nın nağdlaşdırılmayan hissəsindəki vəsaitdən tam şəkildə istifadə etməkdə çətinliklərlə üzləşirdilər.
Azərbaycanda ilk dəfə mal-qaranın sığortası kalkulyatoru istifadəyə verilib
Müasirləşməni strateji hədəf kimi müəyyənləşdirən respublikamızda aqrar sahədə həyata keçirilən islahatlar innovativ səciyyə daşıyır. O cümlədən ölkənin kənd təsərrüfatında yeniliklər tətbiq olunarkən informasiya-kommunikasiya texnologiyalarının yaratdığı imkanlardan geniş istifadə olunur. Respublikamızda dövlət dəstəyi ilə aqrar sığorta mexanizmi çərçivəsində ilk dəfə olaraq kənd təsərrüfatı heyvanlarının sığorta kalkulyatorunun istifadəyə verilməsi deyilənlərə daha bir nümunədir. Aqrar Sığorta Fondunun məlumatına görə, artıq mal-qara və heyvandarlıq təsərrüfatının sahibləri bu kalkulyatorun köməyi ilə öz heyvanlarının sığorta haqqını müstəqil şəkildə hesablaya biləcəklər. Kalkulyatorun istifadəyə verilməsində məqsəd fermerləri aqrar sığorta tarifləri, o cümlədən heyvanların sığortası haqları barədə daha aktiv məlumatlandırmaqdır.
Aqrar sığorta kalkulyatorundan istifadə üsulu sadədir. İstənilən şəxs kalkulyatora daxil olaraq ona məxsus olan kənd təsərrüfatı heyvanlarının növünü, sayını və qiymətini, eləcə də istədiyi təminatı və sığorta müddətini sistemə daxil etməklə ödəyəcəyi sığorta haqqını asanlıqla hesablayacaq. Kalkulyatordan istifadə edərkən sığorta haqqının ümumi məbləği ilə yanaşı, dövlətin və fermerin ödəyəcəyi məbləğlər də ayrıca göstərilir. Bu da kənd təsərrüfatı sahəsində çalışanların sığorta tarifləri və haqları ilə daha asan şəkildə tanış olmasına, öz gəlirlərini və xərclərini planlaşdırmasına kömək edəcək.
Ölkədə ilk dəfə tətbiq edilən dövlət dəstəyi ilə aqrar sığorta mexanizmi vasitəsilə hazırda 1-7 yaşlı südlük inək və camışları sığortalamaq mümkündür. Aqrar sığorta qaydalarına görə, hesablanmış aqrar sığorta haqqının 50 faizini dövlət ödəyir.
Qeyd edək ki, bundan əvvəl Azərbaycanda ilk dəfə olaraq əkin sahələrinin aqrar sığortası üzrə kalkulyator da istifadəyə verilib. Hazırda Aqrar Sığorta Fondu 1 növ heyvanı (südlük inək-camışlar), 14 növ bitkini (buğda, arpa, çəltik, qarğıdalı, kartof, üzüm, naringi, limon, portağal, fındıq, çay, pambıq, tütün, çuğundur) və balıqları sığortalayır. Bu bitkilər ölkədəki bütün əkin sahələrinin 85 faizini təşkil edir. Gələcəkdə sığortalanan bitki və heyvanların siyahısının daha da genişləndirilməsi, nəticədə, aqrar sığortanın ölkədəki bütün əkin sahələrinin 95 faizini əhatə etməsi nəzərdə tutulur.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

