Ölkəmizdəki dini və milli tolerantlıq mühiti dünyaya nümunədir
09.07.2021 [09:41]
Ekspertlərin fikrincə, Azərbaycan təcrübəsi əyani şəkildə göstərir ki, müxtəlif mədəniyyətlərə və dinlərə mənsub olan xalqlar mehribanlıq, sülh, əməkdaşlıq şəraitində bir ailə kimi yaşaya bilərlər
Tolerantlıq nümunəsi olan Azərbaycanda multikultural dəyərlərə və ənənələrə həssaslıqla, hörmətlə yanaşılır. Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan, eyni zamanda, millətlərarası və dinlərarası münasibətlərin inkişaf etdirilməsi baxımından da nümunəvi ölkə kimi xarakterizə olunur. Bu da səbəbsiz deyil. Belə ki, ölkəmizdə milli və dini müxtəliflik bəzi dövlətlərdən fərqli olaraq insanlar arasında fərq yaradan amil kimi deyil, əksinə, tolerantlıq mühitinin əsas komponentləri olaraq çıxış edir. Daha dəqiq desək, bu amil birləşdirici funksiya daşıyır.
Bu məqamda vurğulanmalıdır ki, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu, milli və dini tolerantlığı özündə əks etdirən siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Təsadüfi deyil ki, ölkəmizdə müxtəlif xalqların nümayəndələri bir ailə kimi yaşayırlar.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov bildirib ki, ölkəmizdə dini tolerantlığın qorunması və millətlərarası münasibətlərin inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılır. Millət vəkili deyib ki, respublikamızda dövlət qeydiyyata alınan hər bir dini icmaya sərbəst şəkildə, maneəsiz fəaliyyət göstərmək üçün şərait yaradılıb.
Ölkəmizdə müxtəlif dinlərin nümayəndələrinə olan diqqət və qayğının Azərbaycan dövlətinin din siyasətinin mühüm istiqamətlərindən birini təşkil etdiyini söyləyən Ceyhun Məmmədov əlavə edib ki, hər il dövlət tərəfindən dini icmalara müvafiq qaydada dəstək göstərilir, dini bayram və mərasimlər dövlət səviyyəsində qeyd edilir: “Azərbaycanda dövlət müstəqilliyindən əvvəl 18 məscid mövcud idisə, hazırda ölkəmizdə 2250 məscid, 16 kilsə və 7 sinaqoq fəaliyyət göstərir. Bu günədək Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 970 dini qurum dövlət qeydiyyatından keçib. Onlardan 933-ü İslam, 37-si isə qeyri-islam - 26-sı xristian, 8-i yəhudi, 1-i krişna, 2-si bəhai dini icmalarıdır. Eyni zamanda, ölkəmizdə 11 dini təhsil müəssisəsi (kollec) dövlət qeydiyyatına alınıb. 2014-cü ilin mayında Azərbaycanda dini dözümlülük ənənələrinin daha da möhkəmləndirilməsi, milli və dini azlıqlara dövlət qayğısının artırılması məqsədilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb. Sözügedən mərkəzin fəaliyyəti Azərbaycan həqiqətlərinin və multikulturalizmin dünyada təbliğində olduqca mühüm əhəmiyyətə malikdir”.
Millət vəkili onu da bildirib ki, 30 ilə yaxın işğal altında qalmış dini tarixi abidələrimizə qarşı ermənilər tərəfindən törədilən vəhşiliklər haqqında dünya ictimaiyyətinə 44 günlük Vətən müharibəsində əldə olunmuş qələbədən sonra əyani şəkildə məlumat verildi. Eyni zamanda, Ermənistandan fərqli olaraq Azərbaycan dövlətinin digər dinlərə məxsus tarixi abidələri qorumaq, bərpa etmək üçün davamlı addımlar atdığı bir daha beynəlxalq birliyin diqqətinə çatdırıldı.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Azər Badamov da Azərbaycanın tarixən müxtəlif millətlərin dinc, yanaşı yaşadığı, milli və dini tolerantlığın bərqərar olduğu ölkə olduğunu bildirib. Millət vəkili qeyd edib ki, Azərbaycanda hər zaman hər bir xalqın, millətin nümayəndəsinə bərabər münasibət göstərilib və göstərilməkdədir. Ölkəmizdə millətlərarası münasibətlərin inkişafı istiqamətində Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdıran A.Badamov əlavə edib ki, məhz dövlət başçımızın apardığı uğurlu fəaliyyət Azərbaycanın multikulturalizm ünvanı və tolerantlıq nümunəsi kimi dünyada şöhrət qazanmasını şərtləndirdi: “Fərqli dini və etnik mənsubiyyətə malik insanların ölkəmizdə mehriban birgəyaşayış mədəniyyəti nümayiş etdirməsi xalqımızın üstünlüyü, cəmiyyətimizin zənginliyidir. Bu gün ölkəmizdə bütün dinlərə mənsub şəxslər azad və rahat şəkildə öz inanclarına, dini dəyərlərinə sahib çıxır, ibadətlərini edirlər”.
Millət vəkili onu da vurğulayıb ki, istər Birinci, istərsə də İkinci Qarabağ müharibəsində Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələri ölkəmizin ərazi bütövlüyü uğrunda böyük fədakarlıq və qəhrəmanlıq nümayiş etdiriblər. Ölkəmizdə fərqli millətlərdən olan çoxsaylı Milli Qəhrəmanlarımız var. Hər zaman olduğu kimi, bu gün də ölkəmizdə yaşayan bütün xalqlar ölkəmizin ərazi bütövlüyü məsələsində Azərbaycan dövləti ilə eyni mövqedən çıxış edirlər və vahid yanaşma sərgiləyirlər.
Beləliklə, Azərbaycan təcrübəsi əyani şəkildə göstərir ki, müxtəlif mədəniyyətlərə və dinlərə mənsub olan xalqlar mehribanlıq, sülh, əməkdaşlıq şəraitində bir ailə kimi yaşaya bilərlər.
Pərviz SADAYOĞLU
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24

