Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Maraqlı / Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri təlim-məşq uçuşlarını icra ediblər

Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri təlim-məşq uçuşlarını icra ediblər

25.11.2024 [15:54]

Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) aviasiya vasitələri təlim-məşq uçuşlarını icra ediblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, əvvəlcə pilotların təlim uçuşlarının şərtləri və təhlükəsizlik qaydaları barədə nəzəri bilikləri yoxlanılıb, şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılıb.

Uçuş heyətlərinin sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra hərbi pilotlar Su-25 və Su-25 ML hücum təyyarələrinə nəzarət baxışı keçiriblər.

Plana uyğun olaraq, havaya qalxma və yerə enmə, müxtəlif hündürlüklərdə çətin pilotaj manevrləri, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin edilməsi, eləcə də hava kəşfiyyatının aparılması və digər təlim tapşırıqları icra olunub.

Təlim uçuşlarının keçirilməsində başlıca məqsəd şəxsi heyətin döyüş vərdişlərinin təkmilləşdirilməsindən ibarətdir.

Qarşıya qoyulan tapşırıqlar hərbi pilotlar tərəfindən yüksək dəqiqlik və peşəkarlıqla yerinə yetirilib.

Paylaş:
Baxılıb: 991 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Həsrət bitdi...

22 Avqust 09:55  

Elm

Mədəniyyət

Hibrid kitabxana

22 Avqust 09:15

Ədəbiyyat

Şənbə üçün nəzm

22 Avqust 08:48  

Sosial

Unudulmayan faciələr

21 Avqust 11:48  

Analitik

Analitik

İqtisadiyyat

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31