Ölüm riskini azaldır
06.12.2024 [08:37]
İnsan 5 il daha çox yaşaya bilər...
Əgər bütün amerikalılar idmanla əzmlə məşğul olan həmvətənləri kimi aktiv olsaydılar, ömürlərini orta hesabla 5 il uzada bilərdilər. Yeni araşdırmanın müəllifləri bu nəticəyə gəliblər.
Müntəzəm idmanla məşğul olan insanlarda ürək xəstəlikləri, şəkərli diabet, depressiya, demensiya və bir sıra digər sağlamlıq problemləri riskinin daha az olması hər kəsə məlumdur.
Lakin “British Journal of Sports Medicine” jurnalında dərc edilən yeni təhlil fiziki fəaliyyətin uzunömürlülükdəki rolunu və əhalinin ən çox və ən az aktiv qrupları arasında fərqlərin nə qədər böyük olduğunu üzə çıxarıb.
Tədqiqat çərçivəsində alimlər 2003-2006-cı illər arasında 40 və daha yuxarı yaşlı amerikalı böyükləri fiziki aktivlik səviyyəsinə görə dörd qrupa ayırıb bir neçə il ərzində onların sağlamlığını izləyiblər.
Bu dövrdə ən aktiv insanların hər hansı səbəbdən ölmək ehtimalı ən az aktiv olanlara nisbətən 73 faiz az olub.
“Ölüm riskini yarıdan çox azaltmaq üçün yeganə edə biləcəyiniz - böyük gücə malik olan fiziki fəaliyyətdir”, - deyə tədqiqatın aparıcı müəllifi və Avstraliyadakı Qriffit Universitetinin ictimai səhiyyə üzrə professoru Lennert Veerman bildirib.
Ən aktiv yetkinlər gündə iki saat 40 dəqiqə yeriməyə bərabər səviyyədə məşq edirdilər. Onlara yetişmək üçün ən az aktiv olan yetkinlər gündəlik rejiminə təxminən iki saat gəzinti əlavə etməli olacaqlar.
Lakin onlar bunu etsələr, orta hesabla 10,9 il daha çox yaşaya biləcəklər, bunu hesablamalar göstərir. Ən aktiv yetkinlər üçün bu, hər saat gəzinti əlavə 6,3 saat həyat deməkdir.
Veerman deyir ki, bir saatlıq gəzinti məşqindən “maksimum faydalanan” ən aktiv yetkinlər üçün çox da ciddi fərq olmayacaq.
Fiziki fəaliyyət səviyyəsinin artırılması ABŞ-da orta ömür müddətini 2017-ci ildəki 78,6 il ilə müqayisədə 83,7 yaşa qədər artırmağa imkan verərdi.
Tədqiqatçıların sözlərinə görə, əldə edilən nəticələr idmanın sağlamlıq üçün əhəmiyyətini vurğulayır. Bu amili yaşayış məntəqələrinin layihələndirilməsində nəzərə almaq lazımdır.
Veerman əmindir ki, şəhərləri gəzinti və velosiped sürmək üçün daha əlverişli hala gətirməklə, “biz nəinki ömrün uzunluğunu artıra, həm də səhiyyə sistemləri və ətraf mühitə olan yükü azalda bilərik”.
Xəbər lenti
Hamısına baxDünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05

